Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Valideynlər, əliniz cibinizdə olsun: məktəbli yarmarkalarındakı - QİYMƏTLƏR Adalet.az | Valideynlər, əliniz cibinizdə olsun: məktəbli yarmarkalarındakı - QİYMƏTLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Valideynlər, əliniz cibinizdə olsun: məktəbli yarmarkalarındakı - QİYMƏTLƏR

3395    |   2019-08-21 16:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Düz 25 gündən sonra yeni tədris ili başlayır. Bu ərəfədə valideynlərin əsas işi uşaqları məktəbə hazırlamaqdır. Onlarımaraqlandıran sual isə dəyişmir: görəsən, bu il məktəbli ləvazimatları neçəyədir?

Məktəbə hazırlıq zamanı, təbii ki, məktəbli formaları da almaq lazımdır.

Ötən həftə Bakı Tikiş Evinin satış şöbəsinin direktoru Etibar Əzimov qeyd edib ki, 1-6-cı siniflər üçün vahid məktəbli formaları 40 manata, 7-11-ci siniflər üçün isə 46 manata satışa çıxarılıb. Formaya jilet, pencək, ətək və yaxud şalvar daxildir.

Şagirdlər Təhsil Nazirliyi tərəfindən dərsliklərlə pulsuz təmin olunur. Digər zəruri dərs vəsaitləri isə bir qədər xərc tələb edir.

Paytaxt mağazalarındakı qiymətlərlə "Sədərək" Ticarət Mərkəzində təklif edilən qiymətlər arasında ən azı 20 faiz fərq var.

Məsələn, "Sədərək"də 10-15 manata məktəbli çantası tapmaq mümkündür. Çantanın modelindən, keyfiyyətindən asılı olaraq qiymətlər 35 manatdan 80 manata qədər artır.

Paytaxt mağazalarında isə 23 manatdan ucuz çanta tapmaq mümkün deyil.

Xatırladaq ki, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən paytaxt ərazisində 19 ünvanda (metrostansiyaların çıxışında) yarmarkalar təşkil edilib. Qiymətləri öyrənmək üçün yarmarkalara baş çəkdik. Yarmarkadakı satıcıların sözlərinə görə, məktəb ləvazimatlarının qiymətləriaşağıdakı kimidir:

- 12 vərəqli dəftər - 10-24 qəpik (qiymət keyfiyyətə görə dəyişir);
-24 vərəqli dəftər - 35 qəpik;
-48-60 vərəqli dəftər- 55 qəpik (qiymət keyfiyyətə görə dəyişir);
-96 vərəqli dəftər - 1 manat;
-100 vərəqli dəftər - 80 qəpik (qiymət keyfiyyətə görə dəyişir);
- sadə karandaş - 30-50 qəpik;
- karandaş yonan - 50 qəpikdən 1.50 AZN-ə qədər.

Qələmlərin qiyməti isə formasına, bəzəyinə görə 20 qəpikdən 50 qəpiyədək dəyişir.

Rəngli karandaşları 2-3 manata, xətkeşləri uzunluğuna görə 30 qəpikdən 50 qəpiyə qədər, pozanları 20-40 qəpik, flomasterlər 40 qəpikdən, qələm qabları formasından asılı olaraq2 manatdan 5 manata qədər dəyişən qiymətlərlə təklif olunur.

İbtidai sinifə gedən uşaqlara su qabları almaq istəsəniz, 2-5 manat arasında dəyişən qiymətlərdən cibinizə uyğun olanını seçə bilərsiniz.

Çantalarınqiymətləri isə yarmarkalarda 18 manatdan başlayır, 25-35 manata kimi artır.

Məktəbli yarmarkaları hələ yeni açılıb və bu, ilkinqiymətlərdir. Qeyd edilən ləvazimatlar müxtəlif mağazalarda fərqli qiymətlərə də satıla bilər.(oxu.az)




İmza:

ADU kollektivi Cocuq Mərcanlı kənd orta məktəbində səfərdə olub

Bakı Ali Neft Məktəbində “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi

Heydər Əliyev Fondu yeni məktəb binaları inşa edib

Komitə sədri: Ali məktəb dərsliklərində problemlər var

UNEC-in bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarının sərgisi keçiriləcək

Azərbaycan Dillər Universitetində İngilis dili həftəsi uğurla sona çatıb

Prezident və xanımı yeni tədris kompleksinin açılışında - YENİLƏNİB

Mehriban Əliyevanın tapşırığı ilə Gəncədə bu məktəblər təmir edildi

Təhsil Nazirliyi Bakı Ağ Şəhərdə yeni məktəb binasının layihəsini təqdim etdi

UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib

Rəşad Azadlı: Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum

Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu müvəqqəti dayandırılacaq

SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK