nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Qəşəm İsabəyli: O söz mənim sözüm deyil... Adalet.az | Qəşəm İsabəyli: O söz mənim sözüm deyil... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Qəşəm İsabəyli: O söz mənim sözüm deyil...

Beynəlxalq Andersen Şərəf Diplomu laureatı

38216    |   2019-08-16 17:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kömək olmayacaq sənə Allah!

Əlini haqqa,
Gözünü göyə qaldırıb,
Yalvarma Allaha!
İş yeri verməyəcək,
Çörək verməyəcək,
Azadlıq da verməyəcək!

Hər arzunu, hər istəyini ki,
Tapşırırsan Allaha,
Ümüdini üz!
"Səndən – hərəkər...”
İstəyini yadına sal!


O söz mənim sözüm deyil...

O söz ki, geninə-boluna işlədirəm,
Sizin də xoşunuza gəlir, cənablar,
O söz mənim sözüm deyil.
O qədər söz sığa bilməz çinədanıma,
Vallahi-billahi, söz sizin öz sözünüzdü!

Görürəm üzümə mat-mat baxıb,
Qorxa-qorxa "necəəə?” deyirsiniz.
"Necə”si yoxdu ki!
Dalda-bucaqda hirslə, acıqla, qəzəblə
Yumruğunuzu sinənizə çırpıb,
Deyib-danışdığınız,
Xosunlaşıb,
Xısınlaşıb,
Pıçıldaşdığınız
Nə tez çıxdı yadınızdan?!

Mən də oğrun-oğrun güdürəm sizi –
İki daşın arasında, ruhunuz da incimir,
Ağzınızdan qapıb, şeir eləyirəm
Qeybətdən uzağa getməyən sözünüzü.
(Müəllif Hüquqları Agentliyi bilsə,
"Plagiat” deyib, dərimə saman təpər!)

Siz də qəlbinizə yaxın sözləri görüb,
Elə fikrə düşürsünüz ki, mənim sözümdü –
Ona görə də qorxub-eləmədən
"Bəyənirəm” qoyursunuz altına!

Bu nə həyəcandı gözlərinizdə?!
O yan-bu yana baxmağınız nədi?!
Qorxmayın, demərəm söz sizindi!
Bir siz bilin,
Bir mən bilim,
Bir də Allahımız!

Siz özünüzdən arxayınsınız,
Məndən də arxayın olun,
Allah da sirr açan deyil!
Sadəcə oxuyun... oxuyun...
Hətta fikir də deyə bilərsiniz.
Öz aramızdı –
Kölgənizdən qorxub eləməsəniz!

Uşaqlıqda bir şeiri əzbər deyərdik –
Gərək ki, Abdulla Şaiqin idi,
Dovşan... dovşan... a dovşan...

Kasıb

Bütün fəsillərdən
Yay yaxşıdı.
Günəş ki, boy göstərir,
Adamın kasıblığı da
Yadından çıxır.

Baxırsan, dünya
"Gəl-gəl!” deyir sənə!
Göy –Cənnət qapılarını
Açır üzünə,
Yer – vətən olur,
Yaşamaq-yaşamaq
İstəyirsən!

Hətta qarın dolusu
Yedizdirə bilmədiyin
Uşaqlarının da,
Gözünün içinə
Şax baxa bilirsən!



Şıxalı əmi

Düz 32 ildi həyatda yoxdu Şıxalı əmi,
Hələ də çöhrəsi gözümün qabağındadı.
Üzündə xırda təbəssüm olardı,
Yanaqları damar atırmış kimi səyriyərdi.

Danışmaqdan çox susmağı vardı,
Hər sözə, hər söhbətə
Uşaq marağıyla qulaq asmağı vardı.
Heç zaman ucadan güldüyünü,
Hirslənib həyəcanla danışdığını,
İkibaşlı söz dediyini,
Kimisə sancdığını görmədim.

Beyi məktəbində dərs demişdi bizə –
Rəhmətlik Ağabəyə, Bahadıra, mənə.
Bir dəfə sualına cavab verə bilmədim,
Heç gözləmirdim – bərk danladı məni. –
Danladıqca da
Günahkar-günahkar gülümsəyirdim.
–Hələ bir gülürsən də! – Dedi.
Duman kimi əriyib getmişdi təbəssümü,
Cəsarət eləmədim özümü təmizə çıxartmağa!

Kiminsə qəlbinə dəyməyi də sevməzdi,–
İstəməzdi kiminsə ürəyinə xal düşsün.
Yadımdadı, Axtaçıda dərs deyirdim,
Şıxalı əmi də Xəlsədə – atamla işləyirdi,
Bir gün evə qayıdanda yanına döndüm.

Stolun üstünə salınmış, çalın-çarpaz
İmzalardan ala-bəzək qəzeti göstərdi:
–Allah saxlamış İsanın işidi bunlar!
Zalım balası elə bil yadırğayacaq
Qol çəkməyi.
Bayaq nəsə danışırdım, o da
Sözlərimi təsdiq eləyirmiş kimi
İmza-imza dalınca qoyurdu...

Ha çalışıram səhərdən,
Oxuya bilmirəm qəzeti. –
Sonra da şax baxıb üzümə, gülümsədi:
–Dərdimi dedim, ürəyim boşaldı,
Atan bilməsin, küsməz,
Amma qəlbinə dəyər!


Fədayə Laçın

Hər Fədayə Laçın
"Ayrılığın üzü dönsün...” oxuyanda,
Dəryalarım bulanır.
Gözümün qabağına
Öz məhəbbətiylə qürur duyan –
Tayı vurulmuş bir göyərçin gəlir.

Yanılmışdımı sevgisində
Fədayə Laçın?!
Münəccim deyiləm!
Günahkardımı Fədaya Laçın?!
Haçandan sevmək günah olub?!

Çar dövründə belə inqilabçı ərlərinin
Dalıyca Sibirə gedən
Rus qadınlarına sözünüz nədi?”
Niyə onda qanun keşikçiləri
Gözümçıxdıya salmadı onları?!

Kim istəməz ürək bağladığı
İnsanın yanında olsun?!
Bəlkə sən istəməzsən?!
Bəlkə mən istəmərəm?!
Bəlkə o istəməz?!
Fədayə xanım niyə istəməsin?!

Buraxın bolşevik vətənpərvərliyini,
Qanun keşikçisi siz bilən kimi deyil,
Zati-aliləri!
Demokratiya havasına çıxın, –
Başınız aynasın!
Qorxmayın, meninget olmazsınız!



Ağacı ki, çəkirsən...

Baxırsan ki, quzu kimi sakitdi,
Başına vur, çörəyini al əlindən.
Amma rəhmətlik
Qambay əmoğlunun
Sözüylə desəm, ağacı ki, çəkisən,
Çıxır cızığından,
Görəcəksən xalis itdi!


Döyüş

Hələ seyriçidi millət,
Hələ götür-qoy eləyir –
Oğul evləndirir,
Qız köçürür –
Nəvəsinə toy eləyir.
Hərdən ümid yeri gəzir
İqtidar- müxalifət cəbhəsində –
Silah-əsləhəsində.

Orda isə döyüşlər gedir –
Hava gülləsi yağır
Pnevmatik tüfənglərdən...
Üçüncü cəbhə də açıldı –
İqtidaryönlü müxalifət.
Dördüncü cəbhəni də
Məkrli əllər yaradıb –
Müxalifətyönlü iqtidar.
Bərk döyüşlər gedir –
Hava gülləsi yağır
Pnevmatik tüfənglərdən...



Dostum Mahmud Səmədovun
85 yaşlı həmkarına yubiley nitqi

–Mirzə, təbii ki, içək sənin sağlığına!
60-nı şıppıltıyla verdin yelə –
Xudmani bir məclis qurmuşdun.
70-ni təntənəylə qeyd elədik,
Şöbədən "Fəxri fərman” da aldın.
75-ə Nazirlik özü qarışdı.
Şöbə müdirinin şirin sözləri
Arvad-uşağın yanında
Sarı yağ kimi yayılırdı canına,
Tez-tez çevrilib baxırdın
O yan-bu yanına!
Camaat 65-i işsiz qaldığı vaxtda
Sən 80-ni iş başında –
Nazirlik səviyyəsində keçirtdin.
Pul baratı da verdilər,
Alan kimi də açıb baxdın –
Dodaqların qaçdı.
Soruşduq:
–Gizli deyil ki?!
–Allah bərəkət versin! – Dedin.
İndi də 85-ə yetişmisən.
Bizi qıra-qıra gedirsən,
Bu gedişlə, görürəm,
Hələ çox gedəcəksən,
Başına dolanım, mirzə,
Bəs deyil?!






İmza:
SON XƏBƏRLƏR
2020-02-25
2020-02-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK