Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Aydın BAĞIROV: “Neftçi”nin məğlubiyyəti və... Adalet.az | Aydın BAĞIROV: “Neftçi”nin məğlubiyyəti və... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aydın BAĞIROV: “Neftçi”nin məğlubiyyəti və...

15642    |   2019-08-17 09:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu həftəni futbolumuz üçün qara həftə də adlandırmaq olar. Əvvəl "Qarabağ” Çempionlar Liqasının, sonra "Neftçi” Avropa Liqasının üçüncü mərhələsində mübarizəni dayandırdı. Ağdam klubu haqda iki gün əvvəl yetərincə tənqidi fikirlər yazdığımı güman etdiyimə görə yenidən o mövzuya qayıtmaq istəmirəm və Kamran müəllimin xətdə qalması şərti ilə əvvəlcə gəlirəm "Neftçi”nin baş məşqçisi Roberto Bordinə.

Bilmirəm, "Bney Yehuda” ilə dünənki oyun bitən kimi italiyalı məşqçinin davranışlarına fikir verdinizmi? Bordin meydana girib hakimlərlə mübahisə edir, sonra rəqib məşqçiyə, böyük ehtimalla hakim idarəçilyi səbəbindən kəskin formada etirazını bildirir. Bu, təxminən məhəllə futbolunda uduzan 10-12 yaşlı cığal məktəbliyə xas davranışa bənzərir, başqa heç nəyə! Bordinin isə 54 yaşı var. Amma belə görünür ki, yaşın başın inkişaf tempinə bəzən qətiyyən təsiri olmur.

Matçdan sonrakı mətbuat konfransında italiyalı mütəxəssis narazılıq edir ki, rəqib bütövlükdə yenə müdafiə olundu. Mərhələ adlamaq istəyən komandanın hətta 11 nəfərlə cərimə meydançasında oturmasında təəccüblü heç nə yoxdu. Problem axtarırıqsa, özümüzə baxaq. Bu müdafiə xəttini yarmaq üçün Bordin hücumda fərqli nəsə etdimi? İki oyunda bizimkinin məşqçi işini kimsə gördümü? Daha pisi isə odur ki, ilk matçda müdafiə xəttimizdəki ciddi problemlər təkrar görüşdə də davam etdi. "Neftçi”nin iki oyunda buraxdığı dörd qolun hamısına fikir verin. Belə müdafiə xəttinə ruslar "proxodnoy dvor” deyir. Bizim dildə, təxminən kavransaray qapısı kimi bir şey. Kim istəyir, nə qədər istəyir, gəlib vurur. Erkin İbrahimovun bir fikri diqqətimi çəkdi: Petrovun 2 oyuna buraxdığı səhvləri Rəşad Sadıqov 12 oyuna etməz. Rəşad Sadıqovdan baş açılanda "Neftçi”nin müdafiə xəttindəki anarxiya haqda da danışsaq, pis olmaz yəqin ki...

Və tək müdafiə xəttində də deyil. Monroz, Dario, Rauf Əliyev... Heç nə edə bilmədilər. İnsafən, fərdi qaydada yaxşı oyunçulardır. Bu futbolçuların potensialı, daha da önəmlisi hər zaman öz təmənnasız fədakarlığı ilə daim komandalarına dəstəyini göstərən fanatları sayəsində "Neftçi” həqiqətən Avropa Liqasının qrupuna düşməyə qadir idi. Bordin isə bunu bacarmadı. Həm yerli çempionat, həm də Avroliqadakı son iki oyun göstərdi ki, italiyalı mütəxəssis həlledici məqamlarda soyuqqanlı düşünərək doğru taktiki qərar verə bilmir, panikaya düşür və bu da komandanın ziyanına işləyir. Məsələn, ötən mövsüm daxili çempionatda "Neftçi” fərdi oyunlarda "Qarabağ”ı üstələdi, amma finişə yaxınlaşanda mənasız yerə xallar itirib çempionluqdan oldu. Bənzər hadisələr "Bney Yehuda” ilə matçda da təkrarlandı. Halbuki "Neftçi”nin bundan əvvəl keçdiyi Rusiya "Arsenal”ı ümumən israillilərdən üstün idi, ən azı "pley-off”a düşmək üçün əla şans yaranmışdı. Amma...

Bir klubun uğuru, əlbəttə, təkcə onun baş məşqçisindən deyil, həm də prezidentindən, idarəetmə sistemindən asılıdır. 2012-ci ili yadınıza salın. O vaxtkı prezident Sadıq Sadıqovun komandaya, məşqçilərə təsiri imkanı, bütün kollektiv arasında nüfuzu o qədər yüksək idi ki, "Neftçi” məhz onun rəhbərliyi və əlbəttə, rəhmətlik Böyükağa Hacıyevin baş məşqçiliyi ilə fikrimcə, futbol tariximizin o vaxta qədərki ən yüksək uğuruna nail oldu. İlk dəfə Avropa Liqasının qrupuna düşdü. Davamlı çempionluqların, Avropadakı uğurun səbəbi Sadıqovun qurduğu sistemdə idi.
Düzdür, olurdu ki, "Neftçi”dəki futboldankənar fəaliyyət haqlı narazılıqlar da yaradırdı.Amma bütün bunlar həqiqəti dəyişdirmir. "Neftçi” məhz Sadıqovun dövründə tarixinin ən yüksək nəticəsini qazandı. Bu, həm də onunla əlaqədar idi ki, "Neftçi”ni idarə edən cəmi bir nəfər idi: Sadıq Sadıqov.

İndiki və onun personalı isə (strateji vəzifədə olanlar) işlərini öz iradələrinə uyğun qura bilmirlər, bilməyəcəklər də. Çünki onlar idarə edən deyil, idarə olunan kuklalardır. Elxan Məmmədovdan başlayaraq üzüaşağı AFFA-dan gələn bütün tapşırıqlar əsasında. Və təəssüf ki, belə idarəetmənin ağır zərbəsi həlledici məqamlarda tarixi ənənəsi olan komandaya da dəyə bilir.

Aydın BAĞIROV


İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK