viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Naxçıvan gömrüyündə saxlanılan mallar orduya verildi Adalet.az | Naxçıvan gömrüyündə saxlanılan mallar orduya verildi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Naxçıvan gömrüyündə saxlanılan mallar orduya verildi

3659    |   2019-07-31 11:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gömrük qanunvericiliyinin tələblərinin pozulması ilə gətirilməsinə cəhd göstərilən malların aidiyyəti qurumlara təhvil verilməsi və gömrük anbarlarında qalan yararsız malların məhv edilməsi həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Əlahiddə Ümumqoşun Ordunun və "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının nümayəndələrindən ibarət birgə komissiya gömrük orqanları tərəfindən saxlanılmış mallara baxış keçirib.

Gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə tədbirləri çərçivəsində saxlanılmış ümumi çəkisi 588 kiloqram olan yuyucu və təmizləyici vasitələr, 162 cüt corab, 65 litr zeytun yağı, 44 ədəd avtomobil şini, 28 kiloqram bint, 5 ədəd alışqan qazı aktlaşdırılaraq Əlahiddə Ümumqoşun Orduya təhvil verilib. "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilən mallar 392 kiloqram yuyucu və təmizləyici vasitələrdən, 45 litr zeytun yağından, 4 ədəd qazla işləyən suqızdırıcıdan, 1 dəst mebel və 10 adda müxtəlif əşyalardan ibarət olub. 207 ədəd patron, 16 ədəd elektroşok, 8 ədəd ov bıçağı, 6 ədəd gözyaşardıcı qaz, 4 ədəd dəyənək, 1700 ədəd TİR patronu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə, 1888 ədəd müxtəlif dərman preparatları, 10 qutu tibbi ləvazimat aidiyyəti üzrə təhvil verilib.

Gömrük orqanları tərəfindən istehlakçıların hüquqlarının, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə saxlanılan mallar isə yandırma üsulu ilə məhv edilib. 457 kiloqram xəmir mayası, 95 kiloqram biskvit, 52 kiloqram turşu, 34 kiloqram uşaq oyuncağı, 29 kiloqram uşaq yeməyi, 24 kiloqram şokolad kremi, 8 ədəd texniki spirt, 6 ədəd saç boyası keyfiyyət standartlarına cavab vermədiyindən, 247 ədəd aksiz markası və 9 kiloqram tara saxta olduğundan, 1811 ədəd pirotexniki vasitə idxalına xüsusi icazə olmadığından yandırılıb. Muxtar respublika gömrük orqanları tərəfindən gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə bundan sonra da davam etdiriləcək, qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.




İmza:
SON XƏBƏRLƏR
2019-08-23
2019-08-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK