hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Yol polislərinin operativ müdaxiləsi ilə turistlər yanan maşından xilas edilib Adalet.az | Yol polislərinin operativ müdaxiləsi ilə turistlər yanan maşından xilas edilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Yol polislərinin operativ müdaxiləsi ilə turistlər yanan maşından xilas edilib

2158    |   2019-07-29 18:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun 35-ci kilometrliyində Vüsal Əliyevin idarə etdiyi "Mersedes” markalı mikroavtobusda qısqapanmadan tüstülənmə baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, avtomobilin elektrik sisteminin sıradan çıxması səbəbindən nəqliyyat vasitəsinin qapıları avtomatik olaraq kilidlənib və sərnişinlər salonda köməksiz vəziyyətdə qalıblar.

Yanan maşının tüstüsünün salona dolması səbəbindən sərnişinlər boğulma təhlükəsi ilə üzləşiblər. Bu zaman ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları nəqliyyat vasitəsinə yaxınlaşaraq maşında olan 10 sərnişin və sürücünü avtomobilin pəncərəsindən evakusiya ediblər. Həyatları xilas edilən şəxslərə YPX əməkdaşları tərəfindən ilkin yardım göstərilib. Yol polislərinin operativliyi nəticəsində yanğının böyüməsinin qarşısı alınıb və maşın vaxtında söndürülüb.

Araşdırma zamanı maşında olan şəxslərin ölkəmizə səfərə gələn xarici turistlər olduğu və onların Qobustan dövlət tarixi-bədii qoruğuna ekskursiyaya getdikləri müəyyən edilib.

Qeyd edək ki, hadisəyə vaxtında müdaxilə edildiyindən xəsarət alan olmayıb. Turistlər operativ reaksiya göstərərək onların yanan maşından çıxarılmasını təmin etdikləri üçün polis əməkdaşlarına təşəkkürlərini bildiriblər.

Hadisədən sonra turistlərin yol polisləri tərəfindən əraziyə çağrılan digər avtobusla ekskursiyaları davam etdirmələrinə şərait yaradılıb və onların yol patrul avtomobili ilə müşayət edilməsi təmin olunub.




İmza:
SON XƏBƏRLƏR
2020-01-24
2020-01-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK