hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Milli Yaylaq Festivalında “Azərxalça”nın məhsullarına böyük maraq göstərilib Adalet.az | Milli Yaylaq Festivalında “Azərxalça”nın məhsullarına böyük maraq göstərilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Milli Yaylaq Festivalında “Azərxalça”nın məhsullarına böyük maraq göstərilib

4022    |   2019-07-29 15:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə Azərbaycanda ilk dəfə olaraq Milli Yaylaq Festivalı keçirilib.

Adalet.az-ın məlumatına görə, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), "Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilən festival iyulun 26-dan 28-ə qədər davam edib.

Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında təşkil olunan Milli Yaylaq Festivalına 16 ölkədən nümayəndələr, yerli və xarici turistlər qatılıb.
Milli Yaylaq Festivalında iştirak edənlər adət-ənənələrlə tanış olub, milli idman növlərinə tamaşa ediblər.

Miskinli yaylağında orijinal üslubda salınan "Yaylaq yurdu” adlı etno-qəsəbədə yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi, "Dədə Qorqud” ocağı (tamaşaçılar üçün səhnə), yaylaq yatağı (ev heyvanları üçün yerlər), pəhləvan meydanı, "Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi və digər tematik sahələr yaradılıb.

Festivalda "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarında toxunan xalçalar da nümayiş etdirilib. "Azərxalça” üçün ayrılmış guşədə hana qurulub, Səhmdar Cəmiyyətin Şəmkir filialının toxucusu xalça toxuyub. Səhmdar Cəmiyyətin müxtəlif filiallarında istehsal edilən, ayrı-ayrı xalça qruplarına aid olan xalçalar festival iştirakçıları tərəfindən maraqla qarşılanıb. Burada həmçinin xalçaçılıq tariximizdən bəhs edən, "Azərxalça”nın fəaliyyətini özündə əks etdirən müxtəlif dillərdə nəşr olunan kitablar, kataloqlar, broşürlər də sərgilənib. "Azərxalça”nın pavilyonu ilə tanış olanlara qurumun əməkdaşları tərəfindən Azərbaycan xalçaçılıq tarixi, Səhmdar Cəmiyyətin fəaliyyəti, ölkəmizdə bu milli sənət növünə göstərilən qayğı, yaradılan şərait barədə ətraflı məlumat verilib.



İmza:
SON XƏBƏRLƏR
2020-01-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK