viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri Aİİ-ni ziyarət edib Adalet.az | Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri Aİİ-ni ziyarət edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri Aİİ-ni ziyarət edib

4632    |   2019-07-25 10:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ölkəmizin Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov ilə görüş keçirilib.

Aİİ-nin yaranma səbəbi, fəaliyyət istiqamətləri, hədəfləri haqqında ətraflı məlumat verən Ceyhun Məmmədov Aİİ-nin xarici ölkə universitetləri ilə əlaqələrin qurulmasında maraqlı olduğunu vurğulayıb. C.Məmmədov ötən dövr ərzində Misir Ərəb Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Adel İbrahim Ahmed İbrahim və Misir Ərəb Respublikasının ölkəmizdəki Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sabiq müdiri Əhməd Sami Elaydi ilə görüş keçirildiyini qeyd edib.

Rektor Aİİ-nin tələbələrin bilik və bacarıqlarının, dünyagörüşünün, intellektual səviyyəsinin artırılması məqsədi ilə həm ölkə daxilində, həm də xaricində ardıcıl tədbirlərin təşkil olunduğunu nəzərə çatdırıb. Bu məqsədlə Misir universitetləri ilə əlaqələrin qurulmasını nəzərdən keçirildiyini bildirib.

Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirən Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov İnstituta fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanla-Misir arasında tarixi və mədəni əlaqələrdən söhbət açan S.Nəsirov Qahirə Universiteti Ədəbiyyat fakültəsinin "Şərq dilləri” bölməsində Azərbaycan dilini tədris etdiyini bildirib. Dərslərdə universitet tələbələrinə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və ənənələri, Ermənistanın ölkəmizə qarşı təcavüzü, torpaqlarımızın işğalı və Xocalı soyqırımı barədə də məlumatlar verdiyini vurğulayıb.

Daha sonra tədqiqatçı-alim Azərbaycan dili dərslərində yüzə yaxın tələbənin iştirak etdiyini nəzərə çatdırıb. İyirmi ildən artıq müddətdə ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat apardığını qeyd edən Birliyin sədri 250-dən çox əslən azərbaycanlı olan alimlər haqqında iki kitabın müəllifi olduğunu da vurğulayıb. Həmçinin çoxlu sayda elmi və publisist məqalələrinin ərəb və Azərbaycan dillərində tərcüməsinin dərc olunduğunu söyləyib.

Tədqiqatçı-alim Aİİ-nin tələbələrinin Misir universitetlərində təcrübə qazanaraq, Azərbaycana aid ərəb dilində ədədbiyyatların tədqiqinə cəlb edilməsi imkanlarından danışıb.

S.Nəsirov bildirib ki, diasporanın əsas məqsədlərindən biri Misirdə təhsil alan xarici tələbələr arasında Azərbaycanı təbliğ etməkdir. Misirdə Azərbaycan həqiqətlərini bilənlərin sayı gündən-günə artmaqdadır.

Görüş zamanı Aİİ ilə Misir universitetləri arasında əlaqələrin təşkili, qarşılıqlı təcrübə mübadiləsi və bir sıra digər məsələlərə toxunulub.




İmza:

Heydər Əliyev Mərkəzinin parkında Faiq Ağayevin konserti keçirilib

Ulduz Məcidzadə Əvəz Zeynallı ilə "Baş redaktorun qonağı" layihəsində

Bakıda sürücülərin peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlər keçirilir

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Siz bilərsiniz, BMT-də Azərbaycan nümayəndəliyi var?

Gürcüstandan qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb

Əli Əhmədov : Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görür

Atəşkəs snayper tüfənglərlə 19 dəfə pozulub

Azərbaycanda ərəb dilinin tədrisi ilə bağlı keçirilmiş konfransın materialları nəşr olunub

Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var - Nazir müavini (FOTO)

Cocuq Mərcanlı kənd məktəbinin ilk buraxılış məzunu: BDU-ya qəbul olmayanda elə bilirsən imtahandan kəsilmisən (FOTO)

Sabah 40 dərəcə isti olacaq

SON XƏBƏRLƏR
2019-08-25
2019-08-24
2019-08-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK