ANA SƏHİFƏ / DÜNYA

Ərdoğan Türkiyəni təhdid edənlərə meydan oxudu

19854    |   2019-07-24 15:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Şərqi Aralıq dənizi və Suriyanın şimalında atdığımız addımlar millətimizin və Kipr türklərinin haqq, hüquq və mənfəətlərini qoruma məsələsindəki həssaslığımızı açıq şəkildə ortaya qoyur”.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanının Lozanna müqaviləsinin 96-cı il dönümü ilə bağlı təbrik mesajında bildirilib.

Ərdoğan vurğulayıb ki, heç bir üstü örtülü və açıq sanksiya təhdidi Türkiyəni haqlı davasından əl çəkdirə bilməz: "Dünyanın ən güclü ordularına qarşı apardığımız milli mübarizə ölkəmizin müstəqillik sənədi olan Lozanna müqaviləsinin imzalanması ilə mükafatlanıb. Türkiyə Cümhuriyəti bir əsr öncə olduğu kimi bu gün də müstəqilliyinə, vətəndaşlarının firavanlığı və təhlükəsizliyinə qarşı olan hər cür təhdidi zərərsizləşdirəcək gücə, iradəyə sahibdir”.

Qeyd edək ki, 1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan Lozanna müqaviləsi Türkiyənin indiki sərhədlərini müəyyənləşdirib.


İmza:

İsrail Azərbaycanın arsenalında olan raketlərin nəyə qadir olduğunu göstərdi - VİDEO

Floydun saxlanılmasının imitasiya edildiyi körpünü bağladılar - VİDEO

Məşhur müğənni ABŞ-da etiraz aksiyalarında tibb bacısı kimi fəaliyyət göstərdi - FOTO

Pakistanda altı yeniyetmə mədrəsənin dağıntıları altında həlak oldu

İtaliya xarici turistləri qəbul edir

Yer kürəsinin ən təmiz ərazisi açıqlanıb

26 Qazaxıstan vətəndaşı öz ölkələrinə yola salınıb

İranda koronavirusdan ölәnlәrin sayı 8 mini keçib

Çexiya ilə Slovakiya arasında sərhədlər sabah açılır

Rusiyada koronavirusa yoluxanların sayı 430 min nəfəri keçdi

Ölkəmizə yardım göstərən ölkələr arasında ilk sırada Türkiyədir - Macarıstan

Bu dəfə Fransada qaradərili ölümü - etirazlar başladı

SON XƏBƏRLƏR
2020-06-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK