hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Rövnəq Abdullayev Avropa Cüdo İttifaqının prezidenti ilə görüşdü Adalet.az | Rövnəq Abdullayev Avropa Cüdo İttifaqının prezidenti ilə görüşdü Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Rövnəq Abdullayev Avropa Cüdo İttifaqının prezidenti ilə görüşdü

13424    |   2019-07-24 11:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Cüdo Federasiyasının Prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Avropa Cüdo İttifaqının Prezidenti Sergey Soleveyçiklə görüşüb.

 Rövnəq Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin ölkə idmanının inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb.

Ölkəmizdə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən Abdullayev son vaxtlar idmançılarımızın mötəbər yarışlardakı uğurlarını vurğulayıb. O, Azərbaycan cüdoçularının dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq turnirlərdə medallar qazandığını diqqətə çatdırıb.

Hər il yeniyetmələr, gənclər və böyüklər arasında respublika çempionatlarının da yüksək səviyyədə keçirildiyini söyləyən federasiya prezidenti bu yarışlarda rekord sayda cüdoçuların mübarizə apardığını qeyd edib.

Səmimi görüşə görə minnətdarlığını bildirən Avropa Cüdo İttifaqının rəhbəri Sergey Soleveyçik Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən Soleveyçik hazırda Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Bu mötəbər festivalın cüdo yarışlarında Avropa və yerli federasiyaların birgə İşçi qrupunun fəaliyyət göstərdiyini, yarışda qitənin ən güclü yeniyetmə cüdoçularının mübarizə apardığını qeyd edib.

Sonra Sergey Soleveyçik Avropa Cüdo İttifaqının xüsusi hədiyyəsini Rövnəq Abdullayevə təqdim edib. Görüşdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov iştirak edib.(oxu.az)



İmza:

Formula 1-in Azərbaycana gətirdiyi gəlirin məbləği açıqlanıb

Baş təlimatcıların ümumrespublika seminarı keçirildi

Suares 4 ay meydana çıxa bilməyəcək

Boks yığmamız İstanbulda beynəlxalq turnirdə iştirak edəcək

“Fənərbağça”ya azərbaycanlı ulduz - Mahir Əmrəli

Elbrus Abbasov: "Ağdamda bir gün yaşamaq milyardlara dəyər" - MÜSAHİBƏ

Ağdam klubunun prezidentinə federasiyada yüksək vəzifə verildi

İlan-qurbağa - Elçin CƏLİLOV yazır

FHN-in taekvondo komandasının idmançıları yeni uğurlar qazanmaqda davam edir

“Qarabağ”la maliyyə məsələsində razılığa gələ bilmirik”

Nazir: “Yüksəliş”in məqsədi yeni nəsil idarəçilərin ortaya çıxarılmasıdır

Agentlik: Bəzi məqşçilər idmançıları gizlədir, antidopinq testinə mane olurlar

SON XƏBƏRLƏR
2020-01-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK