hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər Adalet.az | Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

6606    |   2019-07-22 10:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

22 iyul - Milli Mətbuat Günü münasibətilə bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, həmçinin nüfuzlu media qurumlarının rəhbərləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Sonra "Əkinçi” qəzetinin təsisçisi, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla anılıb.

Həsən bəy Zərdabinin məzarı önündə çıxış edən Mətbuat Şurasının (MŞ) sədri Ə.Amaşov bildirib ki, H.Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin ilk sayı 144 il bundan əvvəl işıq üzü görüb: "Onun saldığı işıq xalqımıza düzgün yol göstərdi. "Əkinçi" qəzeti Azərbaycan xalqının milli şüurunun oyanmasında, milli məfkurəsinin formalaşmasında önəmli rol oynayıb. "Əkinçi" və ondan sonra işıq üzü görən mətbuat vasitələrimiz Azərbaycan xalqının müstəqil yaşama ideyasını bir daha xalqa çatdırdı”.

MŞ sədri vurğulayıb ki, hər bir xalqın inkişafında onun milli mətbuatının rolu böyükdür: "Əgər bir xalq vaxtında öz mətbuatını yaradıbsa, o xalq artıq başqa xalqlar arasında öz yerini tuta bilir”.

Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycan mediası müstəqil, peşəkar mediadır: "Regionda iqtisadi baxımdan ən güclü medialardan biri olan Azərbaycan mediası ölkədə baş verən olayları operativ, obyektiv şəkildə həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırır".

Ə.Amaşov deyib ki, bu gün Azərbaycan mediası eyni zamanda milli mediadır, cəmiyyətdə baş verən hadisələri hərtərəfli işıqlandırmağı bacarır: "Azərbaycan mediası hadisələrə vahid mövqedən baxan mediadır. Mediamız ən aktiv demokratik institutlardan biridir".

O əlavə edib ki, Azərbaycan mətbuatının inkişafında Azərbaycan dövlətinin dəstəyi də böyük rol oynayıb: "Bu gün Azərbaycan dövləti də medianın arxasında dayanır. Jurnalistika həmişə Azərbaycan rəhbərliyinin dəstəyini görür. Mətbuat da Azərbaycanın inkişafı üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir".

Ə.Amaşov bugünkü tədbirin vacibliyini qeyd edərək bildirib ki, xalqımızın inkişafında mühüm rolu olan şəxsiyyətlərin anılması çox önəmlidir: "2000-ci ildən ulu öndər Heydər Əliyevin sərəncamı ilə 22 iyul Milli Mətbuat Günü kimi qeyd edilir. Biz bu cür tədbirlər keçirməklə ulu öndərin tövsiyələrinə də əməl etmiş oluruq”.

Daha sonra çıxış edən KİVDF-nin icraçı direktoru V.Səfərli isə bildirib ki, 144 il əvvəl Həsən bəy Zərdabi "Əkinçi" qəzetini yaratmaqla Azərbaycan mətbuat tarixinin bünövrəsin qoyub.

O qeyd edib ki, mətbuat deyəndə Həsən bəy Zərdabi, Zərdabi deyəndə "Əkinçi" qəzeti yada düşür:

"O dövr üçün qısa bir müddətdə "Əkinçi" qəzetinin çıxması insanların maarifləndirilməsində böyük rol oynadı. Bu gün biz elə bir dövrə gəlib çatmışıq ki, Həsən bəy Zərdabi ideyalarının hamısı, demək olar, yerinə yetib.

Bu gün 5 mindən çox KİV qeydiyyatdan keçib. Bu gün Azərbaycanda azad söz, müstəqil mətbuat var. Həsən bəyin istədiyi də o idi ki, Azərbaycan xalqının müstəqil dövləti olsun, qəzetləri olsun, insanlar maariflənsinlər. Bu gün bizim müstəqil dövlətimiz, mediamız var. Böyük mütəfəkkirin bu arzusu artıq reallığa çevrilib, ölkəmizdə medianın inkişafı, söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm işlər görülüb, dövlət mətbuata hərtərəfli diqqət göstərir. Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır".




İmza:

83 SAYLI AĞCABƏDİ-FÜZULİ SEÇKİ DAİRƏSİNDƏN AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNƏ SEÇKİLƏR ÜZRƏ DEPUTATLIĞA NAMİZƏD

Azərbaycan Sənaye Korporasiyasında 20 Yanvar şəhidləri anıldı

MSK ekspert qrupunun üzvlərinə seminarlar keçir

Deputatlığa namizəd Rauf Arifoğlu seçiciləri ilə görüşüb

Sahil Babayev: Bu ay pensiyalar artırılacaq

Cənnət Səlimova “Şərəf” ordeni ilə təltif edilib

BDYPİ-də təyinat: Kamran Əliyev yenidən İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi oldu

MSK DSK-nın qərarını ləğv edib

AQTA sədri : Agentlik daha sərt inzibati tədbirlərə əl atacaq

MSK bu namizədləri qeydə almadı

Çətin həyat şəraitində yaşayan uşaqlara günərzi xidmətləri göstərilir

MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyişiklik edilib

SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK