hacklink Adalet.az | Bizi iynələyən Mozalanlar - Eminquey yazır Adalet.az | Bizi iynələyən Mozalanlar - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Bizi iynələyən Mozalanlar - Eminquey yazır

7252    |   2019-07-15 12:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir tövr adamlar var, Mozalandılar. Səni yumru bir dairə kimi görərlər. Arı kimi vızıldayıb iynələrini yayların qoyub səni nişan alarlar, düz ürəyinin şirəli yerindən atarlar. Səbəbini bilməzsən. Keflərinə düşüb də. Məsələn, sənin kefinin kök vaxtında "yaman kökəlmisən” deyib əhvalını təlx edərlər. Bir müddət keçər, əsəbdən, iş yorğunluğundan çəkin azalar. Yenə onunla rastlaşarsan, bu dəfə də " yaman arıqlamısan” deyib ikinci atəşi düz beyninin düşüncəli yerindən vurarlar. Bəli, bu iki cümlə arası Sirat körpüsündə dizlərini yerə atıb başına döyərsən – İlahi, bu adamlar nə istəyir məndən? – deyib əsəbini başına tökərsən.

Uzaq Firəngistanda da belələri var, okeanın otayı Əmrikada da belələri var. İnsanın dili, irqi dəyişir sadəcə.

İnsan düşünəndə ki, bu ömür ona sadəcə bir dəfə verilib, susduğu bütün dəqiqələrə baxır, bir də susur. Başqa əlacmı var? Sussan için dağılır, susmasan da. Susursan, içində çəkirsən, susmursan, əsəbiləşirsən, dava, söz-söhbət.

Yazının bu yerində içimdəki narahatlıq məni cənginə alır. İndi, elə nbu dəqiqə yazını oxuyanların arasında da Mozalanlar var. Ekrana gözlərini zilləyib, "hə, nədir sözünün canı?”,” nədir yazının yükü, bildiyimiz şeyləri niyə yazırsan?” deyə gileylənirlər. Məhz onların xətrinə işimi ehtiyatlı tutub yazını bir az ağırlaşdırıram.

Ey Mozalanlar, boş vaxtınız olan kimi İran filmlərinə baxın. Mən üç ildən çoxdur ki, İran filmlərinə baxıram, musiqilərini dinləyirəm. O gördüyünüz molla rejimini beyninizdə devirin. Məsələn, ilk baxdığınız film Məcid Məcidinin "Cənnətin uşaqları” olsun. Bir ayaqqabını bölüşən bacı-qardaş Əli ilə Zəhranın filmidir.

İran kinorejissoru Məcid Məcidinin 1997-ci ildə çəkdiyi film 1999-cu ildə Oskar mükafatına namizədliyi qazanır. Bundan əvvəl İran kinematoqrafiyası belə bir uğuru heç vaxt yaşamamışdı. İlk İran filmi idi ki, Oskar mükafatına namizədlər sırasına daxil olmuşdu. Təəssüf ki, bu film mükafat qazana bilmir. Ancaq buna baxmayaraq film çox güclü ekran işi kimi dəyərləndirilir. Cənnətin uşaqları - sənədli film janrında çəkilmiş və insanın həyata baxışını dəyişəcək gözəl bir filmdir. Günlərin bir günü Əli bacısının ayaqqabısını itirir. Ancaq ailə çox kasıb olduğundan nə balaca qız, nə də balaca oğlan bu barədə atalarına demirlər. Çətinliyin öhdəsindən özləri gəlməyə çalışırlar.

Bu film - həyatın mənasını əks etdirən kiçik dəyərlər haqqındadır. İnsanı qayğı, kasıblıq, kömək və sevgi kimi dəyərlər haqda düşündürməyə məcbur edir.

Ümumiyyətlə, hər şeyə onun olduğu yerdən baxmaq lazımdır. İran musiqilərini dinləyiniz zaman sizə elə gələcək ki, çox sadədir. Nə var ki, bu musiqilərin sözlərində. Bizdə bunu çoxdan deyib bitiriblər. Amma gərək hər şeyə öz məkanından baxasan. Bizim üçün küləyin bir qadının saçlarını qarışdırmağı çox normal hadisədir. Poeziyamızda da çoxdan deyilib, bitib. Yəni Azərbaycanda bu mənzərə sənə heç nə vermir. Amma sən bu mənzərəyə bir də İranda bax. Başı bağlı bir qadın, qadın saçlarına həsrət qalan əsən küləklər, küləklərə həsrət qalan qadın saçları. Dəhşətdir. Dediyim, fars müğənni Əli Əziminin "Rüzgar olub saçlarına qarışaram” mahnısındandır.

İranda belə sənətçilər çoxdur. Məsələn, Mohsen Namjoo. Bir-birindən fərqli musiqilər, hamısında yeni nəfəs, sintezlər. Mohsenin ifalarında eyni anda roku da, cazı da, popu da, muğamı da duya bilərsiniz. Dövrün modern kuklalarına çevrilmiş bizlərin içində donmuş hissləri qaynadan bir tərzi var Mohsenin. "Zolf bar bad made” – saçlarını küləyə yoldurma, məni bərbad etmə. Mahnının sözləri olduqca sadədir, amma onun melodiya yükü o qədər zəngin, o qədər duyğusaldır ki. Özündən tezcə çıxan və tezcə də soyuyan adamlar kimidir onun bu mahnısı. Mahnının həzin yerində qəfildən Mohsen coşur, üsyankarlaşır. Və Mohsen yeganə sənətçilərdəndir ki, bir mahnıda bir neçə səs dəyişə bilir.

İndi siz ey Mozalanlardan əziyyət çəkənlər. Bir işçi kepka taxmağı sevirmiş. Müdiri hər işə gələndə bunu görüb başına bir qapaz ilişdirirmiş, kepkası düşürmüş. Bir, iki, üç, dördüncüdə işçi dözmür, bu dəfə işə kepkasız gəlir. Müdir buna yaxınlaşanda görür kepkası yoxdu. Bu dəfə də bir qapaz ilişdirib deyir?

- Ə, başına niyə kepka qoymamısan?

Yəni söhbət kepkada deyil. Gördünüz ki, pəjmürdəhalsınız, açın İran filmi izləyin, İran musiqisi dinləyin.




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-12-09
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK