Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Fuad Cəfərli: "Qadın güclü olmasa belə xoşbəxtdir..." - MÜSAHİBƏ Adalet.az | Fuad Cəfərli: "Qadın güclü olmasa belə xoşbəxtdir..." - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Fuad Cəfərli: "Qadın güclü olmasa belə xoşbəxtdir..." - MÜSAHİBƏ

23892    |   2019-07-03 14:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu səfər suallarım gənc müəlliflər arasında öz təmkini və kübarlığı ilə diqqət çəkən Fuad Cəfərliyə yönləndi. "Xalq” qəzetinin də əməkdaşı olan Fuad Cəfərli qısa müddət əvvəl oxuculara ilk şeirlər kitabını təqdim etmişdi.

- "Latın sükutu” adlı şeirlər kitabını çap etdin. Kitab necə qarşılandı? Bu kitabdan nə gözləyirdin, nə qazandın?

- "Latın sükutu" kitabını əvvəlcə mənim ədəbi zövqüm maraqla qarşıladı. Çünki bu kitabı 3 il idi ki hazırlayırdım. Əvvəlcə şeirlər ədəbi zövqümə cavab verməliydi. Sözün doğrusu, qeyd elədiyim zaman kəsiyinin yarısından azacıq çoxunu şeirlər aldı. Şeirlərdə toxunulan mövzular istər şairlərin, istərsə də oxucuların düşüncəsinin təsadüfən kölgəsindən keçsə belə, yanaşma standart, yəni manaton olmamalıydı. Bunun üçünsə istedad və zəhmət tələb olunurdu. Lakin bildiyin kimi hər nəsnənin ismi onun həyatında önəmli rol oynayır. Qeyd elədiyim zaman kəsiyinin qalan hissəsini isə kitabın ismi aldı. İstər tanıdığım istərsə də tanımadığım ədəbiyyatçılardan bir başa olmasa da, kənardan xoş münasibət gördüm. Kitab ədəbi tənqidlərdən uğurla çıxdı. Mətbuatda kitab haqqında məqalələr yazıldı. Və bu məqalələrin çoxu gözləmədiyim ədiblər tərəfindən yazıldı. Kitaba haqqında ciddi imzalardan münasibət gözləyirdim. Gözlədiyimi aldım. Məhdud sayda kitab nəşr olundu və təlabat təklifi üstələdi. Yəni məqsədimə nail oldum.

- "Şair obrazı” deyilən bir anlayış var. Səncə şairin bir obrazı olmalıdırmı? Olmalıdırsa da bunu necə təsəvvür edirsən?

- Açığı bilmirəm nə dərəcədə doğrudur, amma mən obraz sözünü eşidəndə personaj sözü yadıma düşür. Axı kim özünü personaj kimi qəbul elətdirər və ya özünü bir obrazın çərçivəsinə salar. Əgər belə adamlar varsa, onlara sadəcə azacıq həyat arzulayıram. Mənə görə şairin heç bir obrazı olmamalıdır. O, istədiyi kimi geyinə, istədiyi tonla danışa bilər. Fikir vermişəm şair obrazını filimlərdə, teatrlarda rejissor və senarisstlər özünəməxsus göstərməyə çalışmışdır. Və bu da onlarda elə də uğurlu alınmayıb.

- Həyat və ölüm haqqında düşünəndə ağlından nə keçir?

- Həyat haqqında düşüncələrim fərqli olduğu qədər də oxşardı. Mənə görə həyat qarışqa gücü olduğu qədər elə həmin qarışqanın gücsüzlüyüdür. Üfunət qoxusunun kölgəsində bir barama qurdunun əslində gözəlliyə xidmət eləməsidir. Ölüm haqqında isə qəbul eləsən də, eləməsən də sənin "Dantenin ağrıları” şeirini bildirərdim. Bilirsən, Ulucay, mənə görə ölüm həm də əkdiyini biçməməkdir. Bax bu çox kədərlidir.

- Şairin həyatdan nə kimi gözləntiləri ola bilər?

- Şairlər həyatdan nə umur. Şairlər daha həyatdan heç nə ummur. Küsür, amma ummur. Ummamaq almadığına görə deyil, sadəcə yorulduğuna görədir. Axı onlardan kimsə xahiş eləməyib ki bəşəri mövzuda gözəl şeir yazsın. Sadəcə şair gözəllik ərsəyə gətirmək istəyib və bunu edib. Bilirsən, Ulucay, qiyməti yüksək olan nəsnəni yalnız zənginlər ala bilər.

- Ədəbi mühitin indiki durumunu necə qiymətləndirirsən bəs? Kim nə edir? Kim nəyi səhv edir, kim nəyi düz edir?

- İndiki ədəbi durumu mətnlər baxımından yüksək qiymətləndirirəm. Vəzifələrinin öhdəsindən məharlətlə gələnlər var . Hər il az olsa belə ciddi ədəbi numunələr işıq üzü görür. Bir az az danışıb çox işləsək, daha yaxşı olar. Sualın ikincini hissəsinə isə cavab vermək çətindir.

- Oxucu azlığı sadəcə nəşriyyatların "işi” və kitab sənayəsinin yoxluğu ilə əlaqəlidir, yoxsa başqa səbəb də var?

- Oxucu azlığının çox səbəbi var. Biz daha qəbul etməliyik ki, nə biz əvvəlki şairlərik, nə də oxucu əvvəlki oxucudur. Oxucu indi daha dinamikdir, zamanını həyatına görə qiymətləndirir. Oxucu indi bizə yaradıcı şəxs kimi deyil, market və ya butik kimi baxır. Mənimlə çox adam razılaşmaya bilər, ancaq müşahidələrim bunu deyir. Oxucu az zaman və az maddiyyat xərcləyərək çox almaq istəyir. Maddiyyatı anlaya bilərəm, ancaq az zamanı anlamıram. Torpağa bir buğda verirsən, o isə sənə qat-qat çox məhsul verir. Fəqət bu geri dönüş müəyyən zaman kəsiyindən sonra baş verir. Yəni oxucu birinci əyləşib əlində kitab gözləməyi bacarmalıdır. Burda kitab sənayesinin yoxluğundan isə danışmaq istəmirəm, çünki bunu hamımız çox yaxşı bilirik. Təklifimi isə bilmək istəyirsənsə, sənayeyə marketoloji yanaşmanı mütləq dəyişmək lazımdır. Bir var baqqal, bir də var tacir. Bizim kitab sənayemiz 95 faiz "baqqal prinsipi” ilə işləyir.

- Sənətin hansı sahələrində poeziya ilə görüşürsən?

- Sənətin bir çox sahəsinin nümayənədləri vasitəsi ilə poeziyayla görüşürəm. Musiqidə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Emin Sabitoğlu, Strauss, Paqanini, Çaykovski, rəsmdə Modgliyani, Pikasso.

Filmlərdən ən çox isə Cüzeppe Tornatorenninin "Malena” filmində dəhşətə gəlmişəm. Film müharibədən bəhs edir lakin bir güllə belə atılmır, qəhrəman Malenanın isə bir "A4” kağızı qədər sözü yoxdur. Çox gözəl ədəbiyyat var o filmdə.

- Gənc müəlliflərdən bəyəndiyin imzalar kimlərdir?

- Gənc müəlliflərdən bəyəndiyim müəlliflər çoxdur. Üzünə demək olmasın, elə biri sən. Mənə görə sənin ədəbi nəfəsin hələ indi açılıb. Bu qənaətə son zamanlar yazdığın şeirləri oxuyandan sonra gəldim və çox sevindim. Cənublu şairimiz Ümid Nəccari çox gözəl yazır. Tural Turan şair kimi istədiyini edib. Yəni təsdiq mərhələsini çoxdan adlayıb.Rəvan Cavid, Orxan Həsəni Emil Rasimoğlu, Emin Pirinin şeirlərini qeyd edərdim. Həm də Günel Eyvazovanı, Çinarəni. İtiqam Yaşarı, Nicat Həşimzadə, Nemət Mətin, Fəridə Uğur, Səmayə Bayramova. Tural Mevsim imzası var ki, onun da çox gözəl, postmodern, ilahi şeirləri var. Bir də Nəcəf Əsgərzadə kinomatoqrafiyanı gözəl bilir. Bəyəndiyim müəlliflərdən xatırladığım ismlər bunlardır. Yəqin ki, xatırlamadıqlarım da var.

- Ədəbi prosessdəki durğunluğun səbəbini nədə görürsən?

- Mənə görə ədəbi durğunluq yox, həvəsin zəiflədiyi məqamlardayıq. Çünki bəzi dostlar hələ qərar astanasındadılar: sənət sənət üçündür, yoxsa oxucu izdihamı? İkincini seçənlər yumuşaq desək azacıq həvəsdən düşüblər. Birincilər isə ilk gün yaşadıqları həyəcanla yollarına davam edirlər.

- Son olaraq bir suala da cavab verməyini istəyərdim. Səncə qadın güclüdür, ya ədəbiyyat?

- Bütün qadınlar sonda yazıçı masasında ədəbiyyata çevrilir.

Məncə ədəbiyyata çevrilən qadın güclü olmasa belə xoşbəxtdir...


Söhbətləşdi: Ulucay AKİF






İmza:

Deputat Cavanşir Paşazadə: “Bu müsəlmançılıq deyil, dərəbəylikdir” - MÜSAHİBƏ

Murad Arif: İlk dəfə söyüşləri orda eşitdim - MÜSAHİBƏ

Seyran Səxavət: “Dünya Allahın çin olmuş yuxusudur...“ - MÜSAHİBƏ

Necə sevmiyəsən belə klubu?! ... - Müsahibə

Rövnəq Abdullayev: "Şəhidlərimiz, qazilərimiz bizim başımızın tacıdır" - MÜSAHİBƏ

Alim Qasımov: "O olmasa, mən də Alim olmazdım" - MÜSAHİBƏ

El şairi Sücaətin qardaşı: “Nəzakət Məmmədovanı sevirdi” – Müsahibə

"Müsavatı 3 adam böyütdü: İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev"

Adil Əliyev: “Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq” - MÜSAHİBƏ

Seyran Səxavət: “Həmsədrləri görəndə nənəmin “oynaşları”nı görürəm”

Qəşəm Nəcəfzadə: "Ramiz Rövşən gəncləri əzir, udur!" - MÜSAHİBƏ

Amerika güllərini görmək arzusu gözləmədiyi anda çin olan şairin son müsahibəsi

SON XƏBƏRLƏR
2019-10-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK