Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Faiq QİSMƏTOĞLU: DAĞ HAVASI... Adalet.az | Faiq QİSMƏTOĞLU: DAĞ HAVASI... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: DAĞ HAVASI...

4264    |   2019-06-29 10:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Deyirlər ki, dağ adamları çox saf, çox təmiz, çox dupduru olurlar. Və bu deyimdə çox böyük həqiqət var: çünki mənim özüm də dəfələrlə şahidi olmuşam ki, dağlıq rayonlarda yaşayan insanlar daha çox səmimi və təmiz adamdılar. Bu heç də başqalarının xətrinə dəyməsin. Mən nə Laçından, nə Kəlbəcərdən, nə də Gədəbəydən keyfiyyətsiz adam görmüşəm. Bəlkə orad da sözünün sahibi olmayan, kiməsə kəf gələn adamlar var. Amma mənə rast gələnlərin hamısı bulaq suyu kimi dupdurudular...

... Və bulaq suyu kimi dupduru adamlardan biri də 10-dən çox yaxından tanıdığım, çox böyük insan, çox böyük ziyalı və çox böyük həkim Köçəri Əkbər oğlu İsmayılovdur. O Köçəri həkim ki, öz sadəliyi, səmimiyyəti və insani dəyərlərilə həmişə başqalarından seçilib. Dağ vüqarlı, çinar əzəmətli bu insan Laçın rayonundandı. Laçında necə təmiz, dupduru olubsa, Bakıda da həmin cizgilərini və xarakterini qoruyub saxlamağı bacarıb. Və məni Köçəri həkimlə yaxın dostum və qardaşım Daşdəmir Əjdəroğlu ("Azərbaycan” qəzetinin məsul katibinin müavini – F.Q) tanış eləyib.

... Həyat yoldaşım çox möhkəm xəstələnmişdi. O həkim yox idi ki, yanına aparmayım. Heç bir həkim onun dərdinə əlac tapa bilmərdi. Axırda Köçəri həkimin yanına getdik, o müayinə elədi və müalicə yazdı. Təsəvvür edin ki, xanımım bütün günü səhərdən axşama qədər öskürürdü. Düz bir il yarım idi ki, bronxları tutulmuşdu və xəstəliyi daha şiddətlənirdi. Köçəri həkimin iki kurs müalicəsindən sonra o yavaş-yavaş özünə gəldi və axırıncı kurs başa çatandan sonra həkimin yanına gedib yenidən müayinədən keçdi. Köçəri həkim onu müayinə edəndən sonra soyuqdəymənin tamamilə çəkildiyini dedi. Düz 5 ildir ki, xanımım şükürlər olsun tay xəstələnmir.

Hər həkimin işi deyil ki, xəstəyə vicdanla yanaşsın. İndi həkim çoxdur. Amma gəlin onunla razılaşaq ki, vicdanlı həkimlər o qədər də çox deyillər. Bir həkimin yanına gedirsən, resepti götürüb 6-7 dərman yazır. Amma Köçəri həkim cəmi iki ucuz dərmanla mənim həyat yoldaşımı həyata qaytardı.

Bir dəfə də qardaşım möhkəm öskürürdü. Dedim ki, Köçəri həkimin yanına get! O da Köçəri həkimin yanına gedib müayinə olunur və Köçəri həkim bildirir ki, sənin ciyərində heç bir soyuqlama yoxdur. Get exo- kardioqrama elətdir. Kardioqrama zamanı aşkar olunur ki, qardaşımın ürəyində çox böyük qüsur var. Ürəyin gücü 15 faizə enib. Qardaşım təcili Mərkəzi Klinik Xəstəxanada anju olundu. Onda da məlum oldu ki, onun damarlarının hamısı 100 faiz tutulub. Sadəcə olaraq, Allah-Təala əlavə bir damar yaradıb, o damar vasitəsilə yaşayıb. Bakıda heç bir həkim və heç bir kardio-cərrah ürək əməliyyatını boynuna götürmədi. Hətta dedilər ki, təyyarəyə minsə öləcək! Biz risk edib onu İstanbula apardıq, dünya şöhrətli türk kardio-cərrah, doktor, professor Mehmet Saleh Bilal açıq ürək əməliyyatı apardı və qardaşımı ölümün pəncəsindən aldı. Göydə Allah, yerdə türk həkimi, Bakıda isə Köçəri İsmayılov qardaşımı həyata qaytardılar. Yəni onun düzgün müayinəsi və məsləhəti qardaşımın həyatını xilas elədi.

Qohum-əqrəbada kimsə xəstələnəndə o dəqiqə yadıma Köçəri həkim düşür. Çünki Köçəri həkim dünya malında gözü olmayan çox istedadlı, çox savadlı, çox böyük insandı. Onun böyüklüyü odur ki, hər bir xəstəyə öz doğması kimi baxır və ondan da nəsə ummur. Bu cür həkimlər barmaqla sayıla bilər. Və mən də həmişə onun yanına imkansız, kimsəsiz adamları göndərmişəm. Heç elə adamlar var tanımamışam. Görmüşəm ki, öskürəyi kəsmir, Köçəri həkimin ünvanını vermişəm. Həmin adam da gəlib məni axtarıb, tapıb, minnətdarlıq edib ki, Allah köməyin olsun, getdim o həkimin yanına o da məni sağaltdı.

Mənim çox dostlarım var. Amma onların arasında həkim dostlarımı daha çox istəyirəm. Çünki həkim dostlarım həddindən artıq ziyalı, intellektual və səmimi adamlardılar. Tibb elmləri doktoru Müşfiq Həsənov, tibb elmləri doktoru, kardio-cərrah Firdovsi İbrahimov, tibb elmləri namizədi, kardoioloq Rafiq Yusifli, tibb elmləri namizədi Köçəri İsmayılov, tibb elmləri üzrə fəlsəfə doktoru Aynur xanım və ən nəhayət, gözəl həkim, nevropotoloq İdrak Həsənov! Bunlar gözəl həkim olmaqla yanaşı, böyük də insandılar. Bunlar öz xalqını, millətini sevən həkimlərdilər. Və bunlar hər şeydən öncə xəstəni sağaldıb həyata qaytarmaq haqqında düşünürlər.

Deyirlər ki, həkimlər Allahın Yer üzünə göndərdiyi mələklərdi. Amma bu sözləri də hər həkim haqqında demək düzgün deyil. Çünki elin gözü tərəzidir. Lap biz desək ki, filankəs həkim mələkdir, onu tanıyan xəstələr bizim dediyimizin əksini söyləyəcəklər: və deyəcəklər ki, gözünün içinə qədər yalan danışırsan! Axı biz onu yaxşı tanıyırıq. Əgər kimsə həkimini yaxşı tanıyırsa, heç vaxt onu aldatmaq, yola vermək mümkün deyil.

Bu yaxınlarda özümü narahat hiss elədim. Gördüm ki, öskürəyim kəsmir. Köçəri həkimə zəng vurdum, dedi ki, yerimdə olacam, istənilən vaxt gəl! Mən də səhər saatlarında onun işlədiyi 1 saylı şəhər Klinik Xəstəxanasının birinci korpusuna getdim. 3-cü mərtəbəyə qalxdım və əyləşdiyi otağın qapısını döydüm. Düz 5 il idi ki, görüşmürdük. Görən kimi tanıdı və ilk sözü də bu oldu ki, nə yaxşı özünü qoruyub saxlamısan, əvvəlki kimi kök deyilsən. Təbii ki, bizim dərdimiz eyni olduğuna görə, bir-birimizi daha yaxşı anlayırıq; Laçın da işğal altındadı, Füzuli də! Amma gördüm ki, bu 5 ildə Köçəri həkim bir az da qocalıb, bir az da vətən dərdi onu sarsıdıb. Yenə Laçından danışdıq, Füzulidən söhbət açdıq. Dedik ki, ora qayıtsaq, dərdimiz olmaz. Söhbət eləyə-eləyə məni müayinə elədi. Ürəyimin döyüntülərini, təyziqimi yoxladı. Bildirdi ki, ciyərimin sağ tərəfində soyuqlama var. Cəmi iki dərman yazdı. Və bu dərmanın da dəyəri 10 manat 50 qəpik elədi. Elə həmin gün də bu dərmanları qəbul etməyə başladım. Deyəsən, yavaş-yavaş ciyərimdəki soyuqlama çəkilməyə başlayır...

Çox səmimi, çox sadə adam, çox halal adam tanıyıram. Və o səmimi, sadə, halal adamların arasında Köçəri İsmayılovun öz yeri var. Ən azından ona görə ki, o, yanına gələn bütün xəstələrlə onların öz dilində, öz ruhunda danışmağı bacarır. Və ən azından başqa həkimlər kimi "sənin vəziyyətin ağırdır, sənin vəziyyətin qorxuludur” deyib xəstəni həyəcanlandırmır. Bəlkə də xəstənin vəziyyəti çox ağırdı ha, amma Köçəri həkim ona elə ürək-dirək verir ki, xəstə bu müalicədən sonra sağalacağına inanır.

Kim deyir ki, Azərbaycanda savadlı, istedadlı və təcrübəli həkimlər yoxdur? Bizim məmləkətdə heç Türkiyədən, İrandan, hətta Avropa ölkələrindən geri qalmayan çox savadlı və vicdanlı həkimlər var. Elə adını və soyadını yuxarıda sadaladığım o həkimlərin heç biri Avropa həkimlərindən geri qalmır. Sadəcə olaraq, ölkəmizdə bu cür həkimlərə şərait yaratmaq və onlara arxa durmaq lazımdır. Və bir də insanlar reklama, təbliğata maraq göstərib tanımadıqları həkimlərin qapısının ağzında növbəyə durmasınlar.

Viktor Hüqonun gözəl bir kəlamı var: "Vicdan insanın Allahıdır”. Həkimlikdən də öncə onun vicdanı və Allaha yaxın olmağıdır. Bax, terapevt-həkim Köçəri Əkbər oğlu İsmayılov da belə Allaha yaxın, vicdanlı, böyük həkimlərdən, böyük insanlardan, böyük ziyalılardan biridir. Və Allah-Təala həmişə həkimlərin əliylə insanları ölümün pəncəsindən xilas edir. Belə həkimlərin sayı nə qədər çox olsa, bir o qədər də bu millətə, bu xalqa xeyirləri dəyə bilər. Allah onları qorusun! Allah onları qoruyacaqsa, elə onların əliylə bizi də qoruyacaq...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK