hacklink Adalet.az | Dünya üzrə qaçqınların sayı 70 milyonu keçdi - 70 ilin ən yüksək göstəricisi Adalet.az | Dünya üzrə qaçqınların sayı 70 milyonu keçdi - 70 ilin ən yüksək göstəricisi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

Dünya üzrə qaçqınların sayı 70 milyonu keçdi - 70 ilin ən yüksək göstəricisi

25974    |   2019-06-19 16:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müharibə, təqib və münaqişələrdən qaçan insanların sayı 2018-ci ildə 70 milyonu keçib. Bu, BMT-nin qaçqınlar üzrə qurumunun mövcud olduğu 70 ilə yaxın müddət ərzində müşahidə etdiyi ən yüksək rəqəmdir.

Trend-in məlumatına görə, BMT Qaçqınlar üzrə Ali Komissiyasının (QAK) bu gün açıqlanmış "Qlobal tendensiyalar" barədə illik məruzəsindən götürülmüş məlumatlar göstərir ki, 70,8 milyona yaxın insan hazırda zorla didərgin salınıb. Müqayisə üçün qeyd edək ki, bu, 20 il əvvəlki saydan iki dəfə artıq, bir il əvvəlkindən isə 2,3 milyon nəfər çoxdur. Ölkələrlə müqayisə etdikdə isə Tailandın və ya Türkiyənin əhalisinin sayına yaxındır.

70,8 milyon rəqəmi təqribi rəqəmdir, xüsusən də nəzərə alsaq ki, Venesueladakı böhran hələlik bu rəqəmdə yalnız qismən öz əksini tapıb. Ümumən 4 milyona yaxın venesuelalı, onları qəbul etmiş hökumətlərin məlumatlarına əsasən, öz ölkəsini tərk edib ki, bu da bu böhranı dünyadakı son didərginlik bohranları arasında ən böyük böhrana çevirir.

"Gördüyümüz bu rəqəmlər müharibə, münaqişə və təqiblərdən qorunmağa ehtiyacı olan insanların sayında uzunmüddətli artım tendensiyasının əlavə təsdiqidir. Qaçqınlara və miqrantlara münasibətdə çox zaman fikir ayrılıqlarının olmasına baxmayaraq, biz həm də insanların, xüsusən özləri çoxlu sayda qaçqınları qəbul etmiş icmaların genişqəlbliliyinin və həmrəyliyinin şahidi oluruq. Biz həmçinin yeni subyektlərin, o cümlədən inkişaf təşkilatlarının, özəl müəssisələrin və fərdlərin misli görünməmiş iştirakını müşahidə edirik ki, bu da nəinki "Qaçqınlar haqqında qlobal müqavilə"nin ruhunu əks etdirir, həm də bu ruhu başqalarına ötürür. Biz bu pozitiv nümunələrə istinad etməli və hər gün evlərini tərk etməyə məcbur olan çoxminli günahsız insanlarla həmrəyliyimizi ikiqat artırmalıyıq" – deyə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.

"Qlobal tendensiyalar" barədə məruzədə yer alan 70,8 milyon rəqəmi üç əsas qrupu əhatə edir. Bunlardan birincisi qaçqınlar, yəni münaqişə, müharibə və ya təqib səbəbindən ölkəsini tərk etməyə məcbur olmuş insanlardır. 2018-ci ildə qaçqınların sayı bütün dünyada 25,9 milyona çatıb ki, bu da 2017-ci ildəki saydan 500 min nəfər çoxdur. Bu ümumi rəqəm 5,5 milyon fələstinli qaçqını da əhatə edir ki, onlar da BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili Agentliyinin himayəsi altındadırlar.
İkinci qrup sığınacaq axtaranlardır – bunlar öz mənşə ölkələrindən kənarda olan və beynəlxalq himayə altına alınan, amma qaçqın statusu üçün etdikləri müraciətlərin nəticəsini gözləyən insanlardır. 2018-ci ilin sonunda dünyada sığınacaq axtaran şəxslərin sayı 3,5 milyon şəxs olub.

41,3 milyon nəfərlik üçüncü və ən böyük qrup didərgin düşərək öz ölkəsi daxilində başqa ərazilərə köçmüş insanlardır. Bir qayda olaraq bu kateqoriya ölkə daxilində didərgin düşmüş insanlar və ya məcbur köçkünlər adlandırılır.

Didərginlik hallarının sayındakı ümumi artım didərgin düşən, amma problemlərinin həlli yolu tapılan insanların sayını üstələməkdə davam edir. Qaçqınlar üçün ən yaxşı həll yolu onların öz yurdlarına könüllü surətdə, təhlükəsiz və ləyaqətlə qayıtmasının mümkün olmasıdır. Digər həll yolları sırasına yerli icmaya inteqrasiya olunma və ya üçüncü ölkəyə köçüb orada məskunlaşma daxildir. Lakin 2018-ci ildə yalnız 92.400 nəfər qaçqın köçürülərək məskunlaşdırılıb ki, bu da köçürülmələrini gözləyənlərin 7 faizindən azdır. Təxminən 593.800 qaçqının evinə qayıtması mümkün olub, 62.600 qaçqın isə naturalizasiya olunub.

"Harada baş verməsindən və nə qədər uzun sürməsindən asılı olmayaraq hər bir qaçqınlıq situasiyasının həll edilməsi və insanların evlərinə qayıda bilməsi üçün maneələrin aradan qaldırılması daim diqqət mərkəzində olmalıdır. Bu, BMT QAK-ın daim məşğul olduğu kompleks işdir, lakin bu iş həm də ümumi rifah naminə bütün ölkələrin bir araya gəlməsini tələb edir. Bu, dövrümüzün ən böyük vəzifələrindən biridir" – deyə, Qrandi bildirib.




İmza:

“Qara ölüm” geri döndü

Türkiyənin ticarət mərkəzində iri terror aktının qarşısı alınıb

Ərdoğan Trampın sözünü kəsib, səhvini düzəltdi - VİDEO

İŞİD-ə qoşulan 29 azərbaycanlı Türkiyədən deportasiya ediləcək

“Sülh Çeşməsi”: Terrorçuların basdırdığı 923 bomba zərərsizləşdirilib

İranın tarixində ikinci ən böyük neft yatağı kəşf edildi

“Barış Pınarı”nda 331 mina, 891 partlayıcı zərərsizləşdirilib

Narkobaronun oğlunu tutan polisə 150 güllə vuruldu - VİDEO

Hulusi Akar: "Terrorçular hələ də geri çəkilməyib"

Ərdoğan : Moskva Ankara qarşısındakı öhdəlikləri yerinə yetirməyib

Böyük Britaniyada ilin söz birləşməsi seçilib

“Terrorçuların çıxarılacağına söz verənlər bunu etmədi” - Ərdoğan

SON XƏBƏRLƏR
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK