viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Güllələnərək öldürülən avtoritetlə bağlı yeni xəbər var Adalet.az | Güllələnərək öldürülən avtoritetlə bağlı yeni xəbər var Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Güllələnərək öldürülən avtoritetlə bağlı yeni xəbər var

11737    |   2019-06-19 12:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Binəqədi rayonunda odlu silahdan açılan atəşlə öldürülən Mübariz Budaqlı məşhur riyaziyyatçının oğludur. Ziyalı ailəsində anadan olan Mübariz Budaqlı 1998-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib. Bundan sonra özəl sektora üz tutub. Sonradan işləri alınmayıb, şərikləri ilə arasında anlaşılmazlıq yaranıb, barəsində dələduzluq maddəsi ilə axtarış başlanıb. Mübariz Budaqlı bu haqda xaricdə olarkən xəbər tutub. Bilib ki, onu hətta İnterpol xətti ilə axtarışa veriblər. Bakıya qayıdaraq məsələnin araşdırılması üçün istintaqla əməkdaşlıq edib. Bu da sonradan cinayət işinin rayon məhkəməsində baxılmasına yol açıb. Barəsində yol verdiyi xətalara görə yüngül cəza kəsilib.

Onun öldürülməsi ilə nəticələnən hadisəyə gəlincə isə belə xəbərlər var ki, Mübariz Budaqlı dost dediyi şəxslərin qurduğu oyunlara qurban gedib. Ona Rusiyadan zəng edən dostlarından biri Tərtərdən olan və Bakıda yaşayan tanışları ilə barışmaq istədiyini bildirib. Mübariz Budaqlıdan xahiş edib ki, onları barışdırsın. Mübariz Budaqlı da tərəfləri barışdırmaq üçün Taleh Cəlalovu arayıb. Onu barış üçün Taleh Cəlalovun qapısına göndərən dostunun ikili oyun oynamasından məlumatsız olub. Belə ki, Mübariz Budaqlıya "bizi barışdır” deyən dostu Taleh Cəlalova "adam göndərirəm, gəlib sənin dərsini verəcək” deyibmiş. Mübariz Budaqlı məsələdən bixəbər olduğuna görə rahat şəkildə Taleh Cəlalovun qapısına gedib, o, evdə olmadığından geri qayıdıb.

Mübariz Budaqlı ilə Taleh Cəlalovun qohumluq əlaqələri də var. Qeyd olunur ki, Mübariz Budaqlı Taleh Cəlalovun qapısından geri qayıdanda ona zəng gəlib, yerini xəbər alıblar. Binəqədi ərazisində olduğunu deyən Mübariz Budaqlı ünvanına ağır söyüşlər eşidib. Qarşılıqlı söyüşmə olub. Bundan sonrası isə kriminal süjetli filmi xatırladır. Mübariz Budaqovun olduğu avtomobili Binəqədi rayonu ərazində təqib ediblər. İlkin məlumatlarda 1 avtomobildən söhbət getdiyi bildirilirdi. Belə xəbərlər var ki, Mübariz Budaqlının olduğu maşını təqib edən 1 yox, 3 avtomobil olub. Təqib edən "BMW”dən Mübariz Budaqlının olduğu "Mersedes”ə atəş açılıb. Sürücünün yanında oturan şəxs güllə yarasından ölüb, sürücü canını qurtarıb. Sonrakı araşdırmalar zamanı məlum olub ki, təqibçilərin sürücünü öldürmək niyyətləri olmayıb. Faktla bağlı ilkin olaraq Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanıb. İstintaqın qənaətinə görə, hadisə baş verən gün Tərtər rayon sakini Vüsal Hüseynovun idarə etdiyi BMV-745 markalı avtomobillə Bakı sakini Nazim Qədirovun idarə etdiyi ”Mersedes" markalı avtomobil təqib edilib. Bu zaman həmin avtomobilin sərnişini - Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Cəlalov odlu silahdan digər nəqliyyat vasitəsi istiqamətində atəş açıb. Olay zamanı əvvəllər məhkum olunmuş Mübariz Budaqlı qətlə yetirilib. Cinayəti törədən Taleh Cəlalov və Vüsal Hüseynov tutulublar. T.Cəlalovdan lüləsi kəsilmiş "İJ-16" markalı tüfəng götürülüb.

Belə iddialar da var ki, Mübariz Budaqlı ilə T.Cəlalov arasında uzunmüddətli münaqişə olub. Ədavət 2011-ci ildə meydana gəlib. Belə ki, M.Budaqlı və digər 2 nəfər T.Cəlalovun bir ailə üzvü haqda şayiələr yayıb. Söz-söhbətləri eşidən T.Cəlalov digər iki nəfəri bıçaqlayıb və buna görə müəyyən müddət həbs cəzası çəkib. Hadisə baş verən gün isə T.Cəlalov M. Budaqli ilə avtomobil təmiri sexində təsadüfən rastlaşdığını bildirib. Onu avtomobili ilə təqib edib və məlum hadisəni törədib.

Cinayət işinin Bakı Şəhər Prokurorluğunda aparılması iş üzrə daha əhatəli əməliyyat-istintaq tədbirlərinin keçirilməsi zərurətinin ortada olduğunu deməyə əsas verir. Hazırda cinayətdə adı keçən hər kəsin müəyyən olunaraq istintaqa cəlb edilməsi istiqamətində tədbirlər gerçəkləşdirilir.

Mərhumun ailəsinin vəkili Ceyhun Yusifov deyir ki, Mübariz Budaqlı kriminal olmayıb: "Bir çox qaranlıq məsələlərlə bağlı istintaqa məlumat verilib. Ümid edirik ki, obyektiv araşdırma aparılacaq. Mübariz Budaqlı ziyalı ailənin övladıdır. Onun adının kriminal kimi hallandırılması doğru deyil. Ailəsi baş verən faciənin sarsıntısının təsirindən çıxa bilməyib. İstintaqın obyektivliyinə inanırıq”.(Musavat.com)



İmza:

Rusiyadan Azərbaycana qanunsuz yolla dərman preparatlarının keçirilməsinin qarşısı alınıb

Biləsuvar sakinindən narkotik vasitələr götürülüb

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

4 yaşlı qızın bilərziyini oğurlayan keçmiş məhkum saxlanılıb

Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi

"Lotu Quli"nin adamlarının həbs müddəti artırıldı

İsmayıllı sakinindən 775 kq çətənə götürülüb

Ticarət mərkəzində 44 min 500 manatlıq oğurluq

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb

Ded Xasanın nəvəsi və çempion Sahib Mehdiyev 32 "qanuni oğru" ilə birgə YAXALANDI

İsmayıllıda meşədə narkotik becərən şəxs saxlanıldı

Özünü türk iş adamı kimi qələmə verərək dələduzluq edən Salyan sakini saxlanılıb

SON XƏBƏRLƏR
2019-07-22
2019-07-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK