hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | ADU-nun rektoru Rumıniya səfiri ilə müzakirə apardı Adalet.az | ADU-nun rektoru Rumıniya səfiri ilə müzakirə apardı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU-nun rektoru Rumıniya səfiri ilə müzakirə apardı

9146    |   2019-06-14 17:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyunun 14-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb.

Qonağı salamlayan rektor yaxın tarixlərdə Rumniyaya səfərin nəzərdə tutulduğunu deyib. Rektor universitetin Rumın dili və mədəniyyəti mərkəzinin fəaliyyətindən söz açıb. O, universitetdə rumın dili öyrənən tələbələrin tədris proqramlarının genişləndiriləcəyini bildirib. Universitet rəhbəri görüşlərdə səsləndirilən təklif və ideyaların layihə formasında təqdim olunmasını məqsədəuyğun hesab edib və qeyd edib ki, bu, qarşılıqlı əlaqələrin inkişafına və möhkəmlənməsinə zəmin yaradacaqdır.

Öz növbəsində səmimi qəbula görə təşəkkür edən səfir D.İanku əməkdaşlığın inkişafında rektor Kamal Abdullanın dəstəyini, tələbə və müəllimlərə olunan köməkliyi yüksək qiymətləndirib. Səfir ADU-da Rumın dili və mədəniyyəti mərkəzinin açılışında iştirak edən Rumıniyanın Baş nazirinin müavini Ana Birçalın həmin səfərdən çox razı qaldığını, xoş təəssürat və xatirələrlə geri döndüyünü diqqətə çatdırıb.

O, Bakıda keçirilmiş I Azərbaycan-Rumıniya Universitetlərarası Forumunun növbəti planlarından söz açıb. D.İanku rumın dilini öyrənən tələbələrin tədris proqramları, eyni zamanda ADU-nun Rumıniyanın Babeş-Bolyay Universiteti ilə əməkdaşlığı çərçivəsində Latın dilinin tədrisinin bərpası haqqında təkliflər irəli sürüb.

Görüşdə təqaüd və təcrübə proqramları, tədqiqatların aparılması, təlim və layihələrin həyata keçirilməsi, ikili diplomların verilməsi üzrə əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




İmza:
SON XƏBƏRLƏR
2020-01-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK