Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Faiq QİSMƏTOĞLU: MÜƏLLİM UNUDULSA... Adalet.az | Faiq QİSMƏTOĞLU: MÜƏLLİM UNUDULSA... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: MÜƏLLİM UNUDULSA...

6931    |   2019-06-14 13:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Bu dünyada bir Allahın, bir valideynin, bir də müəllimin borcundan hələ heç kim çıxa bilməyib. Çıxan varsa desin, biz də onun adını və soyadını yazaq!

... Vaxtilə bir oğul valideynlərinə çox yaxşılıq eləyib; onlara şərait yaradıb, əyin-baş alıb və hər ay da pul-para göndərib. 10-15 ildən sonra o oğul göndərdiyi pulu da kəsib, ata-anasına da dəyməyib. Bu soyuqluğu görən ata qatara minib düz gedib Bakıya. Sifariş göndərməsinə baxmayaraq, oğlu onu qarşılamayıb. Taksiyə əyləşib maşını sürdürür oğlugilə. Qapının zəngini basır, nəvələri qapını açıb görürlər ki, babaları gəlib, sevinə-sevinə atalarının yanına qaçıb bu xəbəri çatdırırlar. Kişi içəri girir, görür ki, oğlu çarpayıda uzanıb televizora baxır.

Atası oğlunun bu soyuqluğundan əsəbləşir və deyir:

- Ay oğul, neçə aydır ata-anandan xəbər tutmursan. Hətta bizə gəlib dəymirsən və kömək də eləmirsən...

Oğlu çox sakit halda dillənir:

- Ay ata, tay mən sizin borcunuzun hamısını qaytarmışam. Bəlkə yalan deyirəm? Heç bir oğul mənim kimi ata-anasına baxmır: qa deyəndə su vermişəm, qu deyəndə ət! Həmişə əyninizə-başınıza paltar almışam, xərcləməyə pul göndərmişəm. Tay mənim sizə nə borcum qalır, de onu da qaytarım?!

Ağsaqqal əsəbindən dodaqlarını gəmirir:

- Düz deyirsən bala, çox övladın eləmədiyini sən eləmisən, Allah üzünü ağ eləsin! Amma axırıncı hərəkətlərin onların hamısının üstündən xətt çəkdi. Soruşursan ki, mənim sizə nə borcum var, de onu qaytarım! Hə, sənin mənə və anana bir borcun var: sən uşaq olanda boynumuza alıb çılpaq halda kəndin o tərəfinə, bu tərəfinə səni öpə-öpə aparardıq. İndi sən də çılpaq halda məni boynuna al, o tərəfimdən-bu tərəfimdən öpə-öpə kənd boyu gəzdir. Bax, bunu eləsən, borcumuzu qaytarmış olarsan!..

Oğlu səhvini anlayır və qucaqlayıb atasını bağrına basır:

- Qələt eləmişəm, başımı da daşa döymüşəm. Mən sizin borcunuzu heç vaxt qaytara bilmərəm!

Bu hərəkət oğluna dərs olur və ömrü boyu ata-anasının qulluğunda dayanır...

Bayaq dedik, bizim üç böyük varlığa borcumuz var – istər nökər olaq, istərsə də şah! O üç varlığın heç birinin borcunu qaytara bilmərik. Sadəcə olaraq, sevindirə bilərik... Onların qəlbində sevgi yarada bilərik... Onların ürəklərinin dərinliyində əməli-saleh işlərimizlə iz qoya bilərik...

J.Dantonun gözəl bir kəlamı var: "Çörəkdən də çox xalq üçün ən vacib şey məktəbdir”. Nə qədər gözəl və unikal bir deyim! O məktəb ki, kimliyindən asılı olmayaraq hamı o müqəddəs yerə 10-11 il ayaq döyür, müəllimlərdən elm öyrənir, tərbiyə alır. Və bu tərbiyəni də onlara məktəbdə çalışan müəllimlər verirlər. Pis müəllim yoxdur, pis şagird ola bilər. İstedadsız şagird də olmur. Sadəcə olaraq, zəhmət çəkən şagird də var, tənbəli də...

... Hamı kimi mən də məktəbə getmişəm. Düz 10 il Bəhmənlidəki məktəbdə oxumuşam. Mənim də sinif rəhbərim, müəllimlərim olub. Və bu müəllimlərin tərs şilləsini də yemişəm. Şillə sifətimdə güllə kimi partlayıb. 4-cü sinifdə oxuyanda qəsdən əlimi rəhmətlik Məcid müəllimin qoltuğunda apardığı dəftər bağlamasına vurdum. O da gördü ki, müəllimə sataşıram, qulağımın dibindən bir şillə ilişdirdi. Heç qorxumdan əmimə (biz atamıza əmi deyərdik – F.Q.) də demədim. Ağlaya-ağlaya sinifə girdim, Həqiqət müəllimə bunu gördü. Gedib müəllimlər otağında Məcid müəllimin abrını ətəyinə bükmüşdü. Ki, uşağı niyə vurmusan? Məcid müəllim də hər şeyi olduğu kimi demişdi. Məcid müəllim düz eləyib mənim qulağımın dibindən o şilləni vurmuşdu. O şillənin hesabına mən və mənim sinif yoldaşlarım adam oldular.

... Heç vaxt 1-ci sinifə getdiyim gün yadımdam çıxmır. Onda bizim sinif rəhbərimiz və müəllimimiz rəhmətlik Rza müəllim idi. O, bizə əlifbanı, yazı yazmağı, hesabı öyrətdi. Və mən də ilk vaxtlar Rza müəllimi razı sala bilmirdim, zəif oxuyurdum. Həmişə də məndən çox narazı idi. O, ən çox sinifimizdə mamam oğlu Təbrizi, Baratı, Zülfüqarı, hətta Abbasın oğlu Veysəli tərifləyərdi. 4-cü sinifdə bizə ali məktəbi yenicə bitirmiş gözəl bir qız dərs deməyə başladı. Və bu gözəl qız ilk dəfə idi ki, sinif otağına girirdi və ilk dəfə idi ki, bizə dərs deyirdi. Bu, Həqiqət Rzayeva idi! O Həqiqət Rzayeva ki, 30 nəfərin hər birinin üstündə yarpaq kimi əsirdi və deyirdi ki, mən sizin hamınızı oxudacam. Hətta mənim kimi zəif oxuyan şagirdlər bu müəllimin istedadı və bacarağı hesabına üzə çıxmağa başladılar. Artıq 2-ci rübdə mən əlaçı çıxdım. Buna bütün məktəb təəccüblənirdi, bircə Həqiqət müəllimədən savayı! O da deyirdi ki, bu uşaqların hamısının istedadı var. Sadəcə olaraq, o istedadı tərpətmək, tapmaq və hərəkətə gətirmək lazımdır. O böyük müəllim də bizim sinifdə hamının "boş damarını” tuta bildi, istedadını üzə çıxardı və adam elədi. Nə qazanmışıqsa, bu gün biz Həqiqət müəllimə kimi gözəl insanlara minnətdarıq...

Füzulinin Böyük Bəhmənli kənd orta məktəbində müəllimlər müəllimi vardı. Onları barmaqla göstərirdilər. Biz onların qorxusundan toya gedə bilməz, getsək də elə edərdik ki, müəllimlər bizi görməsinlər. Çünki bu müəllimlərdən biz atamız, anamız qədər qorxar və çəkinərdik. Qorxu ilə yanaşı, Allaha and olsun ki, biz o müəllimləri ata-anamız qədər çox istəyərdik. Rza müəllim rəhmətə gedəndə hamımızın gözü yaşlı idi. Elə bil ki, atamızı, anamızı itirmişdik.

Mənə dərs demiş müəllimlərin əksəriyyəri bu gün Allahın dərgahına qovuşub. Və dünən də ümumtəhsil məktəblərində "son zəng” səslənib. Hər "son zəng”də yadıma mənə dərs demiş və dünyasını dəyişmiş müəllimlər düşürlər – rəhmətlik Əvəz müəllim yadıma düşür... Cəlal müəllim yadıma düşür... Nuğay müəllim yadıma düşür... Rza müəllim yadıma düşür... Valeh müəllim yadıma düşür... hər iki Mətləb müəllim yadıma düşür... İsa müəllim yadıma düşür... Saleh müəllim yadıma düşür... Balaca müəllim yadıma düşür... Ənvər müəllim yadıma düşür... Əkbər müəllim yadıma düşür... Qəzənfər müəllim yadıma düşür... Cavanşir müəllim yadıma düşür... Cəmil müəllim yadıma düşür... Həşim müəllim yadıma düşür... Məhəmmədəli müəllim yadıma düşür... Yadıma düşməyənlər varsa, ruhları məni bağışlasın! Və bir də yadıma bu gün də tez-tez görüşdüyüm və bu gün də xatırladığm Həqiqət müəllimə düşür! O Həqiqət müəllimə ki, mənim yolumda çox əziyyətlər çəkib və həmişə də deyirəm ki, müəllimə, zəhmətini, əməyini halal elə! O da çoxdan mənə halallıq verib...

Biz müəllimlərə əzab-əziyyətdən, qayğıdan savayı heç bir şey verməmişik. O cəmiyyətdə ki, müəllimə sevgi azalır, o yerdə ki, müəllimə münasibət mənfi olur, həmin cəmiyyətdə və həmin yerdə Allaha and olsun ki, haqq-ədalət, işıq ola bilməz! O yerdə cəhalət və qaranlıq hökm sürər! Müəllimlərin yeri həmişə yuxarı baş olub... Müəllimlərin yeri qəlbimizin, ürəyimizin, dünyamızın özü olub... Müəllimlərin yeri bizim hər birimizin ömründə, həyatında, kədərində, sevincində görünür...

... Elə bir insan olmaz ki, onun müəllimi olmasın. Müəllim təkcə insana elm və tərbiyə vermir. Müəllim cəmiyyətə insanlıq, sevgi, məhəbbət və işıq ötürür, insanlara düz yol göstərir. Bəzən görürsən ki, bu işığa, bu nura barmaq tıxayanlar var. Bu gün cəmiyyətimizdə müəllimə münasibət heç də birmənalı deyil. Çünki çoxları bu böyük insanlara, bu aydınlara, bu böyük işığa dəyər verə bilmir. Və hətta müəllimin üstünə hər cür çirkab atırlar. Düşünmürlər ki, bu çirkab gəlib o çirkab atanın üstünə düşəcək...

... Heç Günəşə, heç Ulduza, heç Aya çirkab atmaq olarmı? Kimsə atırsa, onun içi, onun varlığı və ürəyi zülmət içindədir. Çünki zülmət içində olan o cahil, o nadan kar, kor, laldır. Və kar, kor, lal olan bu cür adamlar heç vaxt nə Günəşin istiliyini, nə Ulduzun böyüklüyünü, nə də Ayın əzəmətini hiss eləyə bilməz.

... Sizi bilmirəm, bizim ailədə, bizim nəsildə müəllimə zamanından və məkanından asılı olmayaraq, həmişə böyük hörmət, sevgi olub. Atamın imkanları çox geniş idi. Evimiz elə bir vaxt yox idi ki, qonaq-qarasız keçsin. Raykomdan tutmuş prokurora, rəisə, məhkəməyə qədər hamısı bizə gəlib-gedərdi. Amma atam masanın yuxarı başında məktəbimizin direktoru rəhmətlik Əvəz müəllimi əyləşdirərdi və deyərdi ki, Əvəz müəllim olan yerdə həmişə işıq olub, nur olub və bir də haqq-ədalət olub. Bu fikirlə bizə gələn qonaqlar da razılaşar, Əvəz müəllimə çox böyük hörmətlə yanaşardılar.

Biz bu gün cəmiyyətdə müəllimə olan o böyük sevgini yaratmalıyıq... Müəllimə olan o böyük sevgini geri qaytarmalıyıq... Biz bu gün nüfuzlu, samballı, ziyalı müəllimləri məclisimizin yuxarı başında əyləşdirməliyik... Və biz əsl müəllimləri ürəyimiz qədər, qəlbimiz qədər, gözümüz qədər qorumalıyıq. O gözləri qoruya bilməsək, öz gözlərimiz də kor olacaq...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-09-24
2019-09-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK