hacklink Adalet.az | Yılmaz Özdil: Tərbiyəsiz İslandiya! Adalet.az | Yılmaz Özdil: Tərbiyəsiz İslandiya! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Yılmaz Özdil: Tərbiyəsiz İslandiya!

3707    |   2019-06-12 09:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Milli komandamız İslandiya hava limanında saatlarca gözlədildi. Mikrafon uzadırmış kimi tualet fırçası uzatdılar. Hökümətimiz bu addımları cavabsız qoymadı. Oslodakı səfirliyimiz vasitəsiylə İslandiyaya nota verildi.

***

Yaxşı, bunu bildik...

Bəs niyə bu nota birbaşa İslandiyadakı səfirliyimiz vasitəsilə yox, Norveçdəki səfirliyimiz ilə göndərildi?

***

1627-ci il...

15 nəfərlik ekipajla Manş dənizini keçən Mustafa Rəis Danimarka və Norveç krallıqlarını talan etdikdən sonra Şimal qütbünə yelkən açdı, qabağına yamyaşıl bir ada çıxdı: İslandiya.

***

Murat Rəis əslində pirat idi.

Əslində heç türk deyildi, hollandiyalı idi.

Əsl adı Jan Jahnsonn van Harleem idi.

O zamanlar piratlıq rəsmi icazə ilə edilirdi. İngiltərə dövlətindən fərman alıb İngiltərə gəmilərinə toxunmamaq şərti ilə, sadəcə İngiltərə düşmənlərinə hücum etmək şərtiylə piratlıqla məşğul olmaq olardı. İngiltərə və Hollandiya dövlətləri bu rəsmi piratlıq icazəsini ləğv etdikdən sonra Jan Jahnsonn tez müsəlman oldu və Əl-Cəzair bəylərbəyinin himayəsinə keçdi, Osmanlı dənizçisi oldu. Murat Rəis olmadan əvvəl Jan Jansız, John Barber, Kaptan John, little John, Caid Morato adlarını istifadə etdi.

***

İslandiyanın altından girib, stündən çıxdı. 26 gün orda qaldı. 400-ə yaxın əsir aldı, bəzilərini fidyə qarşılığında İslandiyaya qaytardı, bəzilərini kölə kimi Ağ Dəniz sahillərində satdı. Sarışın qızları qənimət kimi götürüb, hərəmlərə hədiyyə etdi.

***

İslandiya bizlə belə tanış oldu!

***

İslandiyanın bizlə necə tanışlığını hardan bilirik... Əsir götürülən və sonra fidyə qarşılığında buraxılan adamlar arasında Olaf Eigilson adlı rahib var idi. O, yaşadıqlarını kitab halına salmışdı, ordan bilirik.

***

Murat Rəisdən sonra Ali Biçin Rəis də İslandiyaya hücum etdi. 800-ə yaxın əsir götürüb satdı. Ali Biçin Rəis də əslində türk yox, venesiyalı idi. Əsl adı Piççininoydu.

***

İslandiyalılar bizi elə sevdilər ki (!) aradan dörd əsr keçməsinə rəğmən hələ də "Tyrkjaranid” deyə bir anlayış var İslandiyada. Bu söz "İnsan oğurlayan türk” mənasını verir.

***

Və bu travmalı hadisələrdən sonra "bizə özəl” qanun da hazırladılar:

İslandiya torpaqlarında türk öldürməyi cinayətlər siyahısından çıxardılar!

***

Bəli, türk öldürməyi sərbəst buraxdılar.

***

Ta ki 1970-ci ilə qədər.

1970-ci ildə bu qanunu ləğv etdilər.

***

Amma...

Türkiyəylə heç vaxt birbaşa diplomatik əlaqə qurmadılar.

***

Türkiyə İslandiyaya bir şey demək istəyəndə Norveçdəki Oslo səfirliyi ilə, İslandiya Türkiyəyə bir şey demək istəyəndə isə Danimarkadakı Kopenhagen səfirliyi vasitəsilə xəbər yollayır.

***

Yəni ancaq Danimarka və Norveç vasitəsilə danışa bilirik!

***

İslandiyada səfirliyimiz olmadığı üçün soyqırım biabırçılıqlarında olduğu kimi "səfirimizi geri çağırdıq” filan da deyə bilmirik.

***

Vəziyyət beləykən, vay əfəndim, tualet fırçası uzadıblar söhbətləri adamı elə də narahat etmir. Dünənə kimi ölkələrində bizi sərbəst öldürə bilirdilər, bir dənə tualet fırçası səni narahat etdi?

***

Üstəlik...

Böyük bir şeymiş kimi Searra-Leonedə səfirlik açdıq, Ekvador Qvineyasında səfirlik açdıq deyə qürurlanarkən, Anqolada səfirlik açdıq deyə fəxr edərkən İslandiyaya niyə Oslo vasitəsilə nota verdiyimizlə maraqlanmağa ehtiyac var?

***

Həm də ki...

***

Türkiyə-Yunanıstan oyunu zamanı Parisdəki terror aktında ölənlərin xatirəsi bir dəqiqəlik sükut ilə yad edilərkən, etiraz kimi fitə basan, "yu”layan, "Ya Allah, Bismillah, Allahu Əkbər” deyən kim idi?

***

Rəqib futbolçu ilə mübahisə zamanı işarət barmağı ilə boğazını sürtərək "sənin başını kəsərəm!” mənasında hərəkət edən sənin milli komandanın kapitanı Emre Belezoğlu deyildi?

***

Gecə klubunda evli xanımına ilişən, ərinə kəllə vurub burnunu qıran, bu bəs deyilmiş kimi belinə tapanca taxıb xəstəxanaya gedib "vur başıma!” deyən sənin milli komandanın kapitanı deyildi?

***

Başına lampalı şlyapa taxılıb mitinq kürsüsünə çıxarılan, millət vəkili edilən, stadionlara adı verilən və indi hər yerdə terrorçu kimi axtarılan adam sənin milli komandanın kapitanı deyildi?

***

Alaçatıda köftəciyə hücum edən, şillə-təpik davasına çıxan adam sənin milli komandanın baş məşqçisi deyildi?

***

Yaxın Şərq od tutub yanarkən, idmanın qardaşlıq yanını önə çıxartmaq əvəzinə meydanın düz mərkəzinə Fələstin bayrağını sancan adam sənin milli komandanın futbolçusu deyildi?

***

Türk vətəndaşlığına keçib özünə Atakan adını götürən Balilinin başına içki şüşəsi atılmadımı? O da İsrailə qaçmaq məcburiyyətində qalmadımı?

***

Türkiyənin qüruru olan "Çarşı” sənin qərəzli mediyan tərəfindən terrorist elan edilmədimi?

***

Futbolu siyasiləşdirmək və öz tərəfinə çəkməkdən ötrü əllərindən gələni etmədilərmi?

***

Gənclərimiz idmanla məşğul olsun, zəki, sağlam olsunlar, yaxşı düşünsünlər deyən, dünyada gənclərinə idman günü hədiyyə edən yeganə bir liderimiz var ikən, Bursadan Rizeyə, Kayseridən Antalyaya bütün stadionlardan Atatürkün adı silinmədimi?

***

"Kindar nəsil” yetişdirmək istəyənlər 19 may Atatürkü anma Gənclik və İdman bayramını qadağan etmədimi?

***

2000, 2004, 2008, 2012, 2016 və 2020 Olimpiyadalarını keçirməyə namizəd olan və hər dəfə rədd edilən kimdir? Sizcə, bunun səbəbi nədir?

***

Avro 2008, 2012, 2016, 2020, 2024 çempionatlarını keçirməyə namizəd olub rədd edilən kimdir? Sizcə, bunun səbəbi nədir?

***

Hələ üç gün əvvəl...

Konyada Fransanın himnini fitə basanlar kim idi?

***

Dörd il əvvəl, yenə İslandiyada milli oyunumuzdan əvvəl...

Ankaradakı terror hadisəsində həyatını itirən 109 nəfərin xatirəsinə bir dəqiqəlik sükut zamanı öz insanlarımız üçün edilən bu hörmət də fitə basılmadımı? Qərəzli mediamız bu hadisədə ölənləri "terror qruplaşmasına yaxın adamlar” adlandırdığı üçün öz cənazələrimiz fitə basılmadımı?

***

İndi də deyirlər ki, İslandiya bizə hörmətsizlik etdi...

***

İdman mədəniyyətindən nəsibini almamış, öz tarixindən xəbəri olmayan, özünə belə hörməti olmayan bir millət, başqasından hörmət gözləyə bilərmi?


Tərcümə edən: Ulucay AKİF




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-11-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK