warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Nazir: Azərbaycan "Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına tam hazırdır Adalet.az | Nazir: Azərbaycan "Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına tam hazırdır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Nazir: Azərbaycan "Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına tam hazırdır

2716    |   2019-06-11 16:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Milli Olimpiya Komitəsində iyulun 21-də Bakıda başlayacaq XV Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri ilə bağlı Əlaqələndirmə Komissiyasının sonuncu toplantısı keçirilib.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, toplantıda gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini Azər Əliyev, təşkilat komitəsinin üzvləri, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki və Əlaqələndirmə Komissiyasının üzvləri iştirak ediblər.

A.Rəhimov Avropa ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərini Bakıda salamlayaraq deyib:

"İnanmaq çətindir ki, düz bir il bundan əvvəl, biz sizinlə 15-ci Avropa Olimpiya Gənclər Festivalı ilə bağlı ilk müzakirələri aparırdıq. Bu gün artıq yarışların başlamasına 40 gün qalır. Əminliklə, ötən müddət ərzində hazırlıqla bağlı çox böyük işlərin görüldüyünü deyə bilərəm. Biz oyunlara demək olar ki, tam hazırıq. Bu gün, sizinlə bir daha görülmüş işlərə nəzər salacaq və ətraflı fikir mübadiləsi aparacayıq.”

Toplantı zamanı "Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla bağlı Əməliyyat Komitəsinin gördüyü işlər, idman yarışlarının cədvəli, statistikası, risklərin idarə edilməsi, marketinq kampaniyaları, Milli Olimpiya komitələri arasında əlaqələrin qurulması və digər mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib.

Əməliyyat Komitəsinin gördüyü hazırlıq işləri ilə tanış olaraq, Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki deyib: "Bakının qarşıdakı festivala hazırlığını son dəfə dəyərləndirib əminliklə deyə bilərik ki, paytaxt bu cür mötəbər yarışı qəbul etməyə hazırdır. Biz əminik ki, idmançılar və azarkeşlər yarışmaların mükəmməl təşkilatından razı qalacaq”.

Bakıda olduqları müddətdə Avropa Olimpiya Komitəsinin rəsmiləri Festivalın Açılış və Bağlanış mərasimlərinin keçiriləcəyi Bakı Kristal Zalında olan son hazırlıq işləri ilə də tanış olublar.

Qeyd edək ki, bu Əlaqələndirmə Komissiyasının sayca artıq üçüncü toplantısıdır, birinci toplantı 2018-ci ilin iyul ayında, ikinci isə 2019-cu ilin yanvar ayında baş tutub.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.




İmza:

BƏLKƏ FUTBOLÇULARIMIZI REPETİTOR YANINA GÖNDƏRƏK?

Aqil Abbas: "Xarici məşqçilər pulumuzu alıb, ortaya heç nə qoymayacaqlar”

Futbolumuzu zorlayanlar... - İntiqam VALEHOĞLU yazır

AFFA-da təcili iclas - Rövnəq Abdullayev baş məşqçidən hesabat İSTƏDİ - RƏSMİ

Azərbaycanın UEFA Avropa Liqasının finalından əldə etdiyi gəlir açıqlanıb

Nazir: Azərbaycan "Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına tam hazırdır

Millimizin baş məşqçisi Nikola Yurçeviç proqnozlarından biri düz çıxdı...

Əvvəli qalmaqalnan başlayan oyunun sonu necə olacaq? - SORĞU

Şenol Günəşdən islandlara sərt cavab: “İki məmurun etdiyi tərbiyəsizlik...”

Azərbaycan futbolu, qurudlu xəngəl və zoğal arağı - SORĞU

NİKOLAYI YIXDIQ, AĞ GÜNƏ ÇIXDIQ

"Bu mövsüm üç titul qazanmışam, daha nə etməliyəm?!" - Ronaldo

SON XƏBƏRLƏR
2019-06-15
2019-06-14
13:56 Ziya


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK