Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İran prezidentinin müşaviri arvadını güllələdi, həbs olundu Adalet.az | İran prezidentinin müşaviri arvadını güllələdi, həbs olundu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

İran prezidentinin müşaviri arvadını güllələdi, həbs olundu

22791    |   2019-05-29 09:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tehranda İran Prezidentinin müşaviri Əli Nəcəfinin həyat yoldaşı güllələnib.

Virtualaz.orgyerli KİV-ə istinadən bildirir ki, özünün yaşadığı evdə güllələnən qadın aldığı yaralardan yerindəcə ölüb.

Əvvəlcə insidentlə bağlı ətraflı heç bir məlumat verilməyib. Yalnız o bildirilib ki, öldürülən qadın Nəcəfinin ikinci həyat yoldaşıdır.

Amma son məlumata görə, arvadını Əli Nəcəfi özü öldürüb. Faktı artıq Tehran prokurorluğu da təsdiq edib. Oradan bildiriblər ki, cütlük arasında ailə problemi olub.

İran hüquq-mühafizə orqanları prezident Həsən Ruhaninin müşaviri, Tehranın keçmiş meri Məhəmməd Əli Nəcəfini həbs ediblər. Siyasətçi arvadını güllələdiyini etiraf edib və cinayətdə istifadə etdiyi silahı polisə təhvil verib.

Nəcəfi ifadəsində bildirib ki, arvadını mübahisə zamanı öldürüb. Prokurorluğun bildirdiyinə görə Nəcəfi 5 dəfə atəş açıb, güllələrdən ikisi arvadına dəyib.

Bundan əvvəl Tehran polisi bildirmişdi ki, paytaxtın siyasi elita nümayəndələrinin və yüksək vəzifəli məmurların yaşadıqları Saadat Abad rayonunda, Nəcəfinin evində baş vermiş hadisədə onun əli yoxdur. Çünki hadisə zamanı Nəcəfi evdə olmayıb. Lakin daha sonra prokurorluq 35 yaşlı Mitra Nəcəfinin əri tərəfindən öldürüldüyünü açıqlayıb.

67 yaşlı Nəcəfi 2017-ci ilin avqustunda Tehran meri seçilmişdi, amma 2018-ci ilin martında səhhətinə görə istefa verib və prezidentin müşaviri olub. O, prezident Həsən Ruhaniyə yaxın siyasətçi hesab edilirdi. İslam respublikasında çoxarvadlılıq qadağan edilməsə də Nəcəfi ikinci arvad alanda sosial şəbəkələrdə kəskin tənqid olunmuşdu.




İmza:

“İrandan xoş olmayan səslər gəlir” - Ərdoğanın Ruhaniyə mesajı

Əsəd üzə çıxdı və Türkiyəni ittiham etdi

Ərdoğan: “Makron terrorçularla müzakirələr aparır”

Ərdoğan səlahiyyətlərini təhvil verdi - SƏBƏB?

Rusiyada strateji nüvə təlimləri: Putin düyməni basdı, raket şaxtadan çıxmadı

Hulusi Akar sərt DANIŞDI: “Bu alçaqlara qarşı yalnız döyüş meydanında deyil...”

Çili Prezidenti ölkədəki iğtişaşlarla bağlı: Ölkəmiz müharibədədir

Suriyanın Ras Ələyn şəhərindən terrorçular geri çəkilməyə başlayıb

Parlament sədri : Türkiyə Suriyanın şimalında məqsədinə artıq çatıb

Ruslar nə qədər azalıb? - STATİSTİKA

Türkiyə terrorçuların yalanlarını ifşa etdi - FOTO

Terrorçuların böyük silah anbarı ələ keçirilib

SON XƏBƏRLƏR
2019-10-23
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK