hacklink Adalet.az | Əbülfət MƏDƏTOĞLU: Bakıdan Trabzona könül yolu Adalet.az | Əbülfət MƏDƏTOĞLU: Bakıdan Trabzona könül yolu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: Bakıdan Trabzona könül yolu

Təəssürat anlamlı yol qeydləri

8536    |   2019-05-15 14:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Əvvəli ötən saylarımızda)

... Telefonuma zəng gəlir. Əhməd qardaşımdı:

- Abi, sabah saat 9-da doktor səni qəbul edəcək. İndi danışdım. Bilirsən də səhər yeməyi ertələnir...

Başa düşürəm nə deyir abim. Yəni ac-qarnına getmək lazımdı. Elə başa düşdüyümə görə də gülümsəyirəm. Doğrudu, bu təbəssümümü Əhməd qardaşım görmür. Əgər görsəydi, niyə və nəyə gülümsədiyimi o da duyacaqdı. Çünki onun çox həssas adam olduğunu siz də bilirsiniz. Bilməyənlərə isə xatırladım ki, sahil boyu gəzərkən gözlərimə, yaddaşıma, ruhuma köçürdüyüm, necə deyərlər, "yedirtdiyim" qida hələ uzum zaman mənə bəs edəcəkdi. Ona görə də səhər-səhər həkim qəbuluna acqarnına getməyin elə bir qorxusu yoxdur...

Mən bu fikirləri ağlımdan keçirdiyim o anın içərisində Əhməd qardaşım telefonda sözünü davam etdirdi:

- Bir saatdan sonra gələcəm, birlikdə axşam yeməyinə çıxarıq. İstəsən camiyə də qalxarıq. Yəni qalan məsələləri orda müzakirə edərik. Oldumu?

Muxtarımla razılaşıram. Hələ bir saat dənizlə söhbətləşmək fürsətim var...

Axşam yeməyindən sonra camiyə qalxırıq. Həmin o tanış insanlarla, oradakı dostlarla çay içə-içə terrordan tutmuş dinə qədər, siyasətdən tutmuş oruca qədər, Suriya qaçqınlarından Qarabağ probleminə kimi, Azərbaycan-Türkiyə qardaşlığından, Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidentinin bir-birinə güvənindən... Yəni insanı maraqlandıra biləcək hər mövzuda söhbətlər edirik. Artıq adamlar yavaş-yavaş seyrəlməyə başlayırlar. Biz də qalxırıq. Həyati bəylə, Rəcəb abiylə, İbrahim hocamla sağollaşıram. Əhməd qardaşım məni Sahil Testlərinə gətirir. Bu insan burda da məni otelin restoranına çaya dəvət edir. Təəccüblə üzünə baxıram. Əhməd bəy:


- Abi, çay olmasın, dondurma olsun. Adama birini yeyərik, həm də söhbətləşərik.

Onun fikrinin qəti olduğunu görüb razılaşıram. Necə deyərlər, Trabzonda bu ilin dondurma "tilsimini" də sındırırıq. Hiss olunur ki, restoranda da artıq yır-yığışa başlayırlar. Bu da o deməkdir ki, "sabaha qədər"- deyib ayrılmalıyıq.

Səhər lap erkən dəniz sahili ilə gəzə-gəzə muxtarlığa gəlib çıxdım. Əhməd bəy telefonla məni axtarıb hazır olub-olmadığımı soruşanda bildirdim ki, artıq muxtarlığa gəlmişəm. O da bir az məni qınadı və dedi:

- Bu qədər yolu niyə piyada gəlirdin? Gözləyə bilməzdin?

Onun bu diqqəti məni sevindirsə də, amma səhər gəzintisinin faydasını ona xatırladanda "tamam, qardaşım, razılaşdım səninlə" - dedi. Və birlikdə xəstəxanaya qalxdıq. Əvvəlcədən analizləri verdiyimizdən indi həkimin özünün göstərişiylə kardioloji müayinənin zəruri prosedurlarını keçməyə başlayırıq. Exo-kardioqramma çəkilişi zamanı həkim müayinə otağına gəlib sükan arxasına özü keçir. Mən nə qədər cəhd etsəm də, çevrilib onun üzünə baxa bilmirəm. Həkim əlindəki aparatın dəstəyini ürək nahiyəmdə elə gəzdirir ki, sinəmdəki döyüntünü açıq-aşkar eşidirəm. Hətta hərdən mənə elə gəlir ki, qanı damarlara qovan ürəyin səsiylə ləpələrin sahildən geri çəkilməsinin səsi üst-üstə düşür. Bu bənzətmə bəlkə də uğursuzdu, heç yerinə düşmür, amma ürəyin səsini bu qədər yaxından eşitmək adamda müəyyən hisslər oyadır...


Doktorum professor Mustafa bəylə üz-üzə oturmuşuq. Məndən rahatsız olan və hər zaman yanımda dayanan Əhməd qardaşım da doktorun izniylə söhbətdə iştirak edir. Mustafa bəyin suallarının cavablarımı Əhməd bəy də gücləndirib. Çünki o, mənim ürəyimin durumundan az qala özüm qədər xəbərdardı. Burda da vurğulayım ki, Mustafa bəy mənim adını unutduğum xüsusi aparatdakı "qaçışını" müsbət saylır. Zarafatla deyir ki, şairin qəlbi sevgisinin ardınca qaçışına yardımçı olub. Onun bu zarafatının qatları mənə məlumdur. Və bu professorun hər görüşümüzdə mənimlə etdiyi söhbətlər, oxuduğu yazı-pozu məni ona tanıdıb. Və mən də şeirlərimin birində yazmışdım ki, Mustafa doktor ürəyimin bütün ağrı-acısını görür, duyur və müalicəsini yazır. Amma Allahdan və məndən başqa ürəyimdəki Səni kimsə görmür.


Bəli, həkimin məsləhətləri, yazdığı dərmanlar və bir də müəyyən söhbətlərimiz xəstəxanayla bağlı olan anlarımıza yekun vurur. İndi sabahkı günü, yəni üzü vətənə doğru qayıdacağım avtobusun biletiylə ilgilənmək vaxtıdır. Mən otaqdan çıxanda Əhməd bəyin telefonla kimisə aradığını hiss etdim. Soruşmağa macal tamamış onun "Starok" firmasının nümayəndəsi Əli bəylə danışdığını anladım. Dostum mənim üçün bilet sifariş verirdi. O, danışıb qurtarandan sonra:

- Abi, bilet məsələsi də tamam. İndi səhərə qədər vaxtımız var, gedək bir az gəzib-dolaşaq.

Birlikdə Trabzonun alış-veriş ünvanlarından biri olan bizim "Sədərək"i xatırladan ünvana gedirik. Nəvələrim üçün kiçik hədiyyələr seçirik. Və sonra yadımıza düşür ki, günortadan keçsə də yemək yeməmişik. Bundan narahat olan Əhməd qardaşım məni yaxınlıqdakı kafeyə dəvət edir. Burada müştərilərə çox gözəl və müxtəlif çeşidli yeməklər təklif olunur.


Biz nahar edib camiyə gəlirik. Namaz vaxtıdı. Əhməd bəy Allah qarşısındakı borcunu vermək üçün namaz otağına keçir. Mən isə caminin həyətində qoyulmuş kürsülərdən birində oturub şəhəri seyr edirəm.

Trabzonda

Universitet məhəlləsində

yenicə

kərpic-kərpic

ucalmış

möhtəşəm bir cami -

minarəli, minbərli

adı

Kocatəpə

kimi bəlli...

bu müqəddəs məkana

Allah adamları

hamı...

Həyati bəy,

Əhməd bəy,

İbrahim hoca,

Rəcəb abi

və özgə

məhəllə sakinləri

alt qatda

namaz otağında

pıçıltılı səsli,

sevgi həvəsli

dualar...

insanların

könlündən qanadlanıb

zaman-zaman

yüksəlir Allaha...

mənə belə gəlir ki,

məhz elə

bu sonsuz

İlahi sevgisidir

trabzonluları hər gün

ümidlə aparan

sabaha!..

Adətən səfər sonlarında, yola çıxmaq məqamında özüm də hiss etmədən darıxmağa, narahatlıq hissləri keçirməyə adət etmişəm. Bunu artıq Əhməd bəy də hiss edir. Ona görə də tez-tez mənə təsəlliverici şəkildə deyir:

- Abi, narahat olma! Sabah saat 7-də inşallah cocukların yanına dönəcəksən. Burda bizimlə keçirdiyin vaxtdan və bizdən bir narazılığın, incikliyin varsa söylə. Biz səni çox sevirik. Sən artıq bir qaradənizlisən!

Dostumun bu sevgisi və verdiyi bu dəyər həqiqətən mənim üçün çox önəmli oldu. Bu İnsan Mələyin ürəyinə təkrar heyran qaldım. Özümdən asılı olmadan ayağa qalxıb onu qucaqladı. Demək, mənim hələ bir az da yaşamaq şansım var. Bu şansı da mənə Mələk İnsan, Sən və bir də dostlarım, doğmalarım verirsiniz...


Hər kəslə sağollaşıb vidalaşıram. Növbəti görüşümüzün nə vaxt olacağını bir Allah bilir. Ona görə də hər kəsi Allaha əmanət edirəm. Elə Trabzonu da! Əhməd bəy məni otelə gətirir. Bir vacib işi çıxdığından getmək zorundadı. İşinin mahiyyətini bilirəm. O, bu axşam Universitet məhəlləsinin imkansız, şəhid, xəstə, yaşlı və bir də işsiz insanlarına oruc süfrələri üçün Ramazan hədiyyələri paylayacaq. İstəyir ki, hər kəsin Ramazan süfrəsində Allah nemətlərindən olsun.

... Dənizlə vidalaşmaq üçün sahil boyu gəzirəm. Yandırılmış lampaların işıqları dənizdə sayrışır. Ləpələr elə bil bu işıqlarla əylənir. Baxıra, baxıram və içimdən gəlib keçəni özüm-özümə pıçıldayıram:

Mən

dalğaların

qayaları

öpdüyü yerdə

çox dərin bir

fikirdə

özümü unutdum

və üzümü

dənizə tutdum...

dilək dilədim

balıqlara,

balıqçılara

bir də

sahildə

bu dənizi

seyr edənlərə...

bir ovuc

su çilədim -

Qara dənizin

göz yaşlarından

duru suyunu...

axıb gedən

ulduzların dalınca

sonra

xatırladım

batmaqda olan

Günəş də

suya çəkmişdi

ürəyimi

sahildə -

aydınlıq üçün!..

Bəli, Əhməd qardaşım Rəcəb abiylə gəlirlər. Otelin restoranında oturub çay sifariş veririk. Musiqi dinləyə-dinləyə söhbət edirik. Bayırda yağış başlayır. Dupduru yağış. Bu, gedənlərin və qalanların yoluna səpilən sudu...


... Bu da Trabzonun Terminalı... Bu da "Sarok" firmasının "İstanbul-Bakı" avtobusu. Qardaşımla qucaqlaşıb ayrılırıq. Bu, cismlərin ayrılığıdı... ruhların, ürəklərin yox! Qarşıda uzun bir yolçuluq gözləyir məni... bir də doğmalarım! Təbii ki, bir də SƏN!

P.S. Xəstəxana problemlərimin çözümündə xüsusi əməyi olan Hüseyn qardaşıma sonsuz təşəkkürlərimi bildirirəm.



İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
SON XƏBƏRLƏR
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK