warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | ÖLÜM-DİRİM QOVĞASI - Mehman CAVADOĞLU yazır Adalet.az | ÖLÜM-DİRİM QOVĞASI - Mehman CAVADOĞLU yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÖLÜM-DİRİM QOVĞASI - Mehman CAVADOĞLU yazır

8109    |   2019-05-14 09:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İstanbulda bələdiyyə seçkilərinin nəticələrinin ləğv ediləcəyi gözlənilən qərar idi. Bunun anonsunu Anadolu agentliyi hələ seçki gecəsində, bülletenlərin sayımının sona çatdığı dəqiqələrdə vermişdi. Bəyanatla yox, susmaqla. Səhərin gözü açılsa da, axıra qalmış 1,5 faiz bülletenlər sayılıb qurtarmaq bilmirdi.

Daha doğrusu, bülletenlər sayılmışdı, nəticələr hər iki partiya yetkililərinə və prosesin içində olanlara məlum idi, amma ictimaiyyətə açıqlanmırdı. Nəsə planlaşdırılırdı. Binəli Yıldırımın da son nəticəni gözləmədən (hərçənd, son nəticə onun özünə bəlli idi) tez-tələsik çıxıb qələbə mitinqi keçirməsielə bu "nəsə”nin bir halqası, necə deyərlər, ideoloji alt yapısıydı.

Hadisələrin ən gərgin nöqtəsindəYSK sədrinin prosesə müdaxilə edərək son nəticəni açıqlamasıucbatından plan pozuldu.

Sonra hamının həyacanla izlədiyi uzun, zəhlətökən bir proses – təkrar sayım başladı. Yenə söz sahiblərinin arzuladığı nəticə hasil olmadı.

Sonra işə prosesə son illər siyasi fəaliyyəti AKP büdrədiyi vaxt ona dəstək durmaqdan uzağa getməyənD.Baxçalını qoşdular.

AKP-nin özünə lazım olan təkliflərini millətçilərin liderinin dilindən səsləndirməsi Türkiyə siyasətindəyeni mərhələdir.Ötən il MHP Genel başqanı Prezident seçkilərinin irəli çəkilməsi barədə təklif verdi vətəklif dərhal qəbul olundu (hərçənd, seçkilərin irəli-geri çəkilməsininşəxsən onun özünə və partiyasına heç bir isti-soyuğu yox idi), İstanbulda təkrar seçkilərin keçirilməsinə çağırış etdi (hərçənd, öz partiyası İstanbulda söz kəsənlik də olsa bir namizəd çıxartmaq iqtidarında deyildi) və çağırış müsbət əks-səda verdi.

Nəhayət, Roma papasından daha artıq katoliklik etmək eşqinə düşərək bütün böyük şəhərlərdə, yəni MHP yox, AKP namizədlərinin uduzduğu şəhərlərdə təkrar seçkilərin keçirilməsini istədi, amma Ərdoğanağını çıxartmadı, təkcə İstanbulla kifayətləndi. Çünki ona İstanbul lazım idi.

Ərdoğanın bu şəhərə aşırı sevgisi təkcə İstanbul doğumlu olmasından qaynaqlanmır. Onunİstanbula həm mistik, həm də ideoloji bağlılığı var.

AKP genel başqanının siyasi olimpə doğru gedən yolu1994-cü ildə İstanbul Böyük Şəhər Bələdiyyə başqanı seçilməklə başladı. Özü də həmin 94-cü ildə o, Əkrəm İmamoğlunun indi aldığı səslərin təxminən yarısı qədər səs almışdı.

Amma Ərdoğanın yüksəlişinin səbəbi təkcə mer seçilməsiylə bağlı deyildi. İndiyədək İstanbul bələdiyyə başqanı seçilənlərin heç də hamısının siyasi karyerası belə uğurlu olmayıb.

Ərdoğan məhz həmin vəzifəni tutarkən Ziya Göyalpın Balkan savaşı əsgərlərinə yazdığı məşhur şerinin bir bəndinin kim tərəfindəntəhrif olunub islamlaşdırıldığı bu günə kimi bilinməyən variantını oxuduğuna görə cəlb olunduğu uzun məhkəmə çəkişmələrindən sonra 1999-cu ilin mart ayında, yəni yeni mer seçkilərinin başa çatmasına bir ay qalmış 4 aylıq həbsə alınır və görəvini tam başa vura bilmir.

Həbs dönəmində birə beş populyarlaşmaq siyasətçilərin alın yazısıdır. Bu həbs Ərdoğanın xarizma, natiqlik, özünəinam və siyasətçiyə xas digər mühüm keyfiyyətlərinə bir əzabkeş çaları da qatdı. Onu daha da populyarlaşdıraraq toplumunsevimlisinə çevirdi, siyasətin zirvəsinə gedən yolunu açdı. İndi o düz iyirmi ilə yaxındır ki, həmin zirvədə qərar tutub qalıb. Razılaşın ki, istənilən siyasətçinin həsəd aparcağı bir göstəricidir.

1994-cü ildən bəri İstanbul Böyüş Şəhər Bələdiyyəsi son on illərdə qanunlarla üzləşdikləri problemlər səbəbindən müxtəlif adlarla (”Rifah”, "Fəzilət”, Ədalət və İnkişaf”) siyasi səhnəyə çıxmış eyni ideoloji xətt tərəfdarlarının – islamçıların əlindədir.Görünür, elə bu səbəbdən də indi onlarda belə bir mistik ovqat hökm sürür ki, İstanbul getsə, ardınca bütün Türkiyəitiriləcək və iki on illikdir ki, ölkəni geriyə – xilafətə və sultanlığa doğru itələmək yolundabittə-bittə qazandıqlarının hamısı əllərindən çıxacaq.

Çünki İstanbul onlar üçün təkcə Osmanlı imperatorluğunun qürur mənbəyi olan bir şəhər deyil, həm də onun əliyalın qalmış sonuncu padşahının gavurlar tərəfindənaz qala əsir kimi saxlandığı bir sığınacaqdır.

Türkiyədə siyasi rəqabət siyasətin gündəmini çoxdan tərk edib. Ölkə xeyli vaxtdırdünyəvilik, cümhuriyyət tərəfdarlarıyla şəriət, monarxiya aşiqlərininbarışmaz savaş meydanına çevrilib.

Çağdaş Türkiyə Cümhuriyyətinin başında duranların bu cümhuriyyətin dəyərlərinə və onun banisinə zərrə qədər də sayğıları yoxdur. Özü də hər addımbaşı bu sayğısızlı nümayiş etdirməkdən, fürsət düşdükcə təmsil etdikləri, başında durduqları cümhuriyyətə, onun təməlini qoyan(lar)a və təməl prinsiplərinə həqarət göstərməkdənqürur duyurlar. Bu, dünya tarixində bənzəri olmayan bir nonsesdir, paradoksdur. Tarixin heç bir dönəmində heç bir ölkədə belə bir siyasi etika mövcud olmayıb, tarix kitablarında bu barədə hər hansı bir nümunə tapmaq mümkün deyil.

Dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qalmış bir imperiyanın xarabalıqları üstündə cümhuriyyət qurmuş bir adama onun varislərinin bu gür nifrətinin nədən qaynaqlandığını anlamaq çətindir. Görəsən, Osmanlı qalsaydı bugünkü Türkiyə yönətimində meydan sulayan insanlar nə işlə məşğul olacaqdı? Axı, bu sultanlığın bütün dövlət aparatı, məmurları, sərkərdələri, əsgərləri, hətta mütəxəssisləri belə devşirmələrdən ibarət idi, əsl türklər dövlət idarəçiliyinin kandarına belə yaxın buraxılmırdı.

Hazırda dünyanın müxtəlif ölkələrindəOsmanlı sultanlarının çox sayda nəvə-nəticələri yaşamaqdadır. Son dövrdə dünyada daha çox ölkənin parlament idarəçiliyinə keçdiyi bir dönəmdə Tükiyədə tamamilə əks yönlü islahat keçirildi, prezident üsul-idarəsi yaradıldı.Ancaq bunun əvəzinə başqa səpgili islahat keçirmək, məsələn, Osmanlı sultanlığını bərpa etmək olardı. Təəccüblənmək-zad lazım deyil. İndi nisbəttə götürəndə Avropadakı, xüsusilə onun daha demokratik, daha çox inkişaf etmiş Qərbindəki monarxiyaların sayı, yalan olmasın, bütün şərqdəki adı cümhuriyyət, özü mütləqiyyət olan dövlətlərin sayından çoxdur. Heç bir siyasi funksiya daşımayan həmin monarxiyalar tarixə hörmət əlaməti olaraqdövlətin rəmzi kimi saxlanılıb və monarxlar, sadəcə, siyasətdən kənar tədbirlərdə formal təmsilçilik hüququndan başqa heç bir səlahiyyətə malik deyillər. Hətta Frankodan sonrakı İspaniyada olduğu kimi müəyyən fasilədən sonra da kral ailəsinin taxt-tac haqqını qaytaran ölkələr də var.

Ancaq Osmanlı sevdası bitib-tükənməyən bugünkü türk iqtidarı belə bir addım atmazdı, ata bilməzdi. Çünki idarə etdiyi topluma yaxşı bələddir. Bir anlığa təsəvvür edin ki, Türkiyədə sultanlıq bərpa edilir və yuxarıda dediyim sağ şahzadələrdən biri rəmzi səlahiyyətlələ gəlib İstanbuldakı sultan saraylarının birində oturdulur (yeri gəlmişkən, Ankarada möhtəşəm bir prezident sarayı tikməyə də ehtiyac qalmaz, büdcəyə xeyli qənaət edilərdi). Səhəri gün İstanbul sokakları həmin sultanın əlini öpmək üçün sıraya düzülən insanlarınəlindən partlayacaq, adam bir göz qırpımında bütün qanunların fövqünə qaldırılacaq və daha bu ölkədə Ərdoğanlıq bir iş qalmayacaqdı.Bax, bir əsrlik, məsələn, belə deyək, "Atatürk qafa açılımı” projesindən sonra Türk ictimai şüuruun hazırkı səviyyəsi bu qədər acınacaqlı durumdadır.

Bu günlərdə Türkiyədə adına tarixçi, yazar, nə bilim daha nələr deyilən Qədir Misiroğlu adlı birisi dünyasını dəyişdi. Adam ölümündən qabaq vəsiyyət etmişdi ki, qəlbində azacıq da olsa Atatürk sevgisi olan heç kəs mənim cənazə törənimə gəlməsin.

…Və hökumət yetkililərinin bir çoxu həmin törəndə iştirak elədi, gələ bilməyənlər də alovlu başsağlığı mesajları yazdılar. Onlarla kitabın müəlifi kimi tanınan bu zatın kimliyinə, səviyyəsinə, siyasi- ideoloji baxışlarına bələd olmaq üçün yazdığı kitabları oxumağa ehtiyac yoxdur, bir neçə "kəlamına” diqqət yetirmək kifayətdir: "Şəriət gəlsin də istərsə Türkiyə batsın, mən razıyam”, "Şekspir əsl adı Şeyx Pir olan müsəlmandır”. "Kaş ki yunan gələydi, nə xilafət yıxılır, nə də şəriət ləğv edilirdi”.

Nədir bu Osmanlı xiffəti, bu xilafət yanğısı türk toplumunda? Dünyada hansı imperatorluqlar günlərin xoş bir günü yıxılmayıb ki? Bu gün elə təkcə Avropanın xəritəsindəki irili-xırdalı ölkələrin tarixinə baxın. Böyüyü də, kiçiyi də əsrlər boyu dünyanın hər nöqtəsində at oynadıb, meydan sulayıb.

XX əsr dünya tarixinə həm də imperatorluqların çöküşü (Şərq imperatorluqlarının çöküşü hələ orta əsrlərdən başlamışdı, Osmanlı onun son yadigarıydı) dövrü kimi düşdü. Osmanlıdan qat-qat böyük imperatorluqlar xəritələrdən biryolluq silindi. Amma Avropa çökmədi, daha da irəli getdi, silahını qınına çəkib, moizələri kilsəyə tapşırıb ağlını işə saldı və yenidən dünyaya ağalıq etməyə başladı.

Tarix nə qürur mənbəyi, nə də utanc yeridir. Tarix keşmişə baxıb, gələcəyi qurmaq üçün dərs vəsaitidir.

Türkiyəli yazar Yılmaz Çətinərin "Son padşah Vəhdətdin” kitabında maraqlı bir yer var.

Deməli, taxtdan salınmış sonuncu Osmanlı sultanı Vəhdətdin ailəsiylə İtaliyanın San-Remo şəhərində olduğu vaxt nəvəsi Hümeyra Özbaşın dayısı Ərtoğrulla həyətdə oynayarkən İstanbulda əzbərlədiyi məşhur "İzmir marşını” oxuduğunu eşidir. Ancaq uşaq"Yaşa Mustafa Kamal Paşa, Yaşa, adın yazılacaq mücəvhər daşa”misrasına çatanda qulluqçusu ona təpinir və yuxarıdakı misranı aşağıdakı kimi oxumağı tapşırır: "Qəhr olsun, qəhr olsun Mustafa Kamal paşa”.Qız da kalfa deyən kimi oxuyarkən Vəhdətdin bunu eşidir və nəvəsini yanına çağırıb məzəmmət eləyir. Nəvə: "Mən neynim, xanıməfəndim dedi ki, "yaşa” əvəzinə "qəhr olsun” deyəcəksən, yoxsa baban hirslənər”. Baba: "Mustafa Kamal böyük bir türk əsgəridir. Belə bir paşaya qəhr olsun demək olmaz! Bunu sizə öyrədən axmaq və cahil adamdır. Bir daha ağzınızdan belə bir söz eşitməyim!”

İndi Türkiyədəhər addımbaşı, özü də uşaqlar yox, böyüklər,bir dəfə yazmışam, bir də təkrar edirəm ki, Aşinadan üzü bəri bütün zəmanələrin ən böyük Türkü olan bu böyük insan haqqında bundan min dəfə betərini söyləyirlər.

…Hardan başladıq, hara gəlib çıxdıq. İndi oturaq 23 iyunu gözləyək. Məsələni çürüdüb elə mərhələyə çatdırdılar ki, artıq 23 iyun Türkiyə tarixinə sıradan bir şəhər bələdiyyəsi seçkisi kimi yox, keçmişlə gələcəyin, işıqla qaranlığın son döyüş günü kimi düşəcək, ölkənin siyasi yönünü müəyyənləşdirəcək bir ölüm-dirim qovğasına çevriləcək. Bizə də azarkeşlik qalacaq. Başqa neyləmək olar. Biz artıq öz seçki təşnəmizi ölkəmizdən kənarda gedən proseslərlə söndürməyə adətkərdə olmuşuq.





İmza:

YAZARIN ARXİVİ

2017-11-14 : PULUN ESTETİKASI
2017-10-28 : Doktor Jivaqo
2017-09-19 : BMT PEÇENYESİ
SON XƏBƏRLƏR
2019-05-21
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK