hacklink Adalet.az | "Marsda da başımızı qatacaqlar" - Eminquey yazır Adalet.az | "Marsda da başımızı qatacaqlar" - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Marsda da başımızı qatacaqlar" - Eminquey yazır

10448    |   2019-05-13 12:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu Əmrika filmləri məndə həmməşə ikrah hissi oyadıb da, neyləyim?!

Bunlar dünyaya ağalıq eləyir deyə "Əmrika” deyirəm ha, yozmayın.

Uydurublar bir yaddünyalı fəlsəfəsi, illərdir filmlərində dünyaya yaddünyalılar düşür, könlünə kim yatdı götürüb aparır. Bir də görürsən, lap bir əcaib varlıq düşür dünyaya, başlayır adamları yeməyə. Bizim bu Əmrika da dünyaya hakimdi axı? Heylə şey olarmı ki, bir dılğır yaddünyalının əlində girinc qalsın?

Eşit, inanma!

Bizim bu Əmrika gözəlim xilaskar ordususunu yığır başına, əmr verir ki, bəs, əzin o yaddünyalıların əyri-üyrü başını, oyun uzun gözlərini.

Guyammış dünyada xilas olunası adam qalmayıb, ölkə qalmayıb. Bu soxhasoxda yaddünyalı qədeşlər də bir yandan. Amma adamın üstündə uçan boşqab var, gərək haqqına girməyəsən. Bizim bu Əmrika qərdeş özünə dəqiq bir imic seçib:

Ənkə dövlətlərin dünyayla problemləri bitib!

Bəli!

Onlar daha yerlə əlləşmirlər.

Day nə olasıdı ki? Vurublar ölkələri bir-birinə. Qoy bu ölkələr bir-birilə qırışmağında olsun, biz də göylə əlləşək. Aya adam göndərək, Marsda həyat axtaraq. Armstronq 1969-a ayaq basalı Amerika özünə çoxdan torpaq da seçib Ayda. Bayraqlarını sancıblar oralara. Onlar ruslarla yarışa girməli idilər, başqa yolu yox idi. Bu iki ənkə dövlət raketlərinə sarıyıblar hamını.

Bizsə hələ də Üzeyir, Damla, Şəbnəm kimi mövzulara takılıb qalmışıq.

Şərqdə ilk akademik musiqinin təməlini qoyan bir xalqın əlbət ki, bu bayağı sevdası, damlası, üzeyiri adamı incidir. Sizi əmin edirəm ki, Qarabağ da peyğəmbərin hədisləri kimi getdikcə yeni nəsillərə o qədər səhih gəlməyəcək. Çünki ailə institutunda Qarabağ sevgisi aşılanmır. Bircə onu bilirlər ki, hə, belə itkimiz var, vəssalam!

Sistem belə qurulub. Bizim kimi qulaq deşiyi boyda ölkələr də, hələ də seriallarda iki sevən cütlüyü necə ayırmaq olar mövzusunda qan eləyən rejissorlar yetişdiririk. Ayrıldığı sevgilisini ömür boyu "neprav" çıxaran şairlər doğuruq. Əvəzində bizim şairlər göylə əlləşirlər.

Əminəm, bir gün Marsa qədəm qoysaq, orda da torpağımızı işğal edən tapılacaq. Marsda da başımızı qatacaqlar. Şəhidlərimizlə şərəfləndirəcəyik Marsı. Vəssalam! Bu Əmrikayla Uruslar orda da bizə imkan verməyəcək...



İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-11-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK