Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bu il Azərbaycanla Əfqanıstan arasında ticarət dövriyyəsi 46 faiz artıb Adalet.az | Bu il Azərbaycanla Əfqanıstan arasında ticarət dövriyyəsi 46 faiz artıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

Bu il Azərbaycanla Əfqanıstan arasında ticarət dövriyyəsi 46 faiz artıb

15380    |   2019-05-07 10:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelenay ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nazir Azərbaycana səfir təyin olunması münasibətilə Xeyrullah Spelenayı təbrik edib, Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə vurğulanıb ki, Azərbaycan və Əfqanıstan prezidentlərinin siyasi iradəsi, qarşılıqlı dostluq münasibətləri siyasi sahədə əlaqələrin inkişafı ilə yanaşı, iqtisadi əməkdaşlığın inkişafına da əlverişli zəmin yaradır.

Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Əfqanıstan arasında müxtəlif sahələrdə əlaqələr qurulub və inkişaf edir. Əfqanıstanla iqtisadi-ticarət sahəsində 15-dən çox sənəd imzalanıb, ölkəmizdə xidmət, sənaye və nəqliyyat sahələrində 11 Əfqanıstan şirkəti qeydiyyatdan keçib. İqtisadiyyat naziri beynəlxalq platformalarda Əfqanıstanın ölkəmizi dəstəkləməsinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

İkitərəfli əməkdaşlıqda ticarət əlaqələrinin rolunu qeyd edən Şahin Mustafayev 2018-ci ildə ticarət dövriyyəsinin 37%, 2019-cu ilin birinci rübündə isə 46% artdığını vurğulayıb. Bununla belə, ticarət əlaqələrinin şaxələndirilməsi üçün imkanlar genişdir. Birgə sərgilərin, biznes-forumların təşkili bu sahədə əməkdaşlığı daha da genişləndirə bilər.

Azərbaycanın əlverişli iqtisadi-coğrafi mövqedə, nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini vurğulayan Şahin Mustafayev Əfqanıstanın ölkəmizin tranzit potensialından istifadə edə biləcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, Aşqabadda keçirilmiş Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA) Lapis-Lazuli marşrutu üzrə müqavilə imzalanıb. Bu layihənin həyata keçirilməsi nəqliyyat-tranzit əməkdaşlığının genişləndirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.

Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelenay ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğunu, əlaqələrin genişləndirilməsi baxımından iş adamları arasında görüşlərin təşkilinin faydalı olacağını qeyd edib. Səfir ölkəsinə göstərdiyi yardımlara görə Azərbaycana təşəkkürünü bildirib.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupunun fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.




İmza:

Nazir müavini: 11 minə yaxın şəxsin vergi uçotuna alınması təmin edilib

Azərbaycan ilə Hindistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib

Bu il azərbaycanlılar Türkiyədə 700-dən çox daşınmaz əmlak alıb

Nazir: Azərbaycanın hədəfi stabil neft hasilatını saxlamaqdır

Energetika bazarının liberallaşması ilə bağlı təkliflər hazırlanıb - Nazir müavini

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib

Azərbaycanla Türkiyə arasında iqtisadi protokol imzalanıb

Gələn ilin büdcəsinin gəlir və xərcləri açıqlandı

Pərviz Şahbazov Əbu-Dabidə Asiya Enerji Nazirlərinin 8-ci görüşündə çıxış edib

Barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb

SOCAR: Azərbaycanın "Cənub Qaz Dəhlizi" meqalayihəsi başa çatmaq üzrədir

Bələdiyyə ödənişləri Hökumət Ödəniş Portalında aparılacaq

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK