Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Şamlı elatının qəbirstanlığında müqəddəs Türk məzarları Adalet.az | Şamlı elatının qəbirstanlığında müqəddəs Türk məzarları Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Şamlı elatının qəbirstanlığında müqəddəs Türk məzarları

19218    |   2019-04-24 15:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

VII-VIII əsrlərdə Dəclə və Fərat çayları hövzəsində yaşayan türkman tayfalarının, XIV-XV əsrlərdə Anadolu yaylasının cənub-şərqində məskunlaşmış qədim Səlcuq tayfa birliklərindən olan Şamlı elatının Azərbaycana köç etmiş ailələri bir çox bölgələrdə (Qəbələ, Zəngilan, Şamaxı ... nahiyələrində) daimi yaşayış yeri seçmiş və həmin toponimi yaşatmışlar. Onlardan biri də Şamaxı nahiyəsində Poladlı kəndi yaxınlığında əski Şamlı kəndi (indiki Qobustan rayonu ərazisində) olmuşdur. Bu kəndin əhalisi dədə-baba tərəkəmə olduğundan keçən əsrin 30-40-cı illərində Qobustan qış otlağı massivində heyvandarlıq təsərrüfatı ilə məşğul olduğu üçün Torağay dağı (Azərbaycanda ən hündür palçıq vulkanı ocağı, 407 m) yaxınlığında "Xanalı”, "Uzundərə”, "Tat” və "Qum” qışlaqlarında oba-yurd qurmuş, "Xanalı” ərazisində, 500 m günbatana tərəf geniş ərazidə (burada "Şəhərgah” adlı yer var) yaşayış məkanı yaradaraq bir neşə onilliyi orada yaşamışlar (o vaxtlar Dərəkənd kəndini əhatə edən Telman adına kolxozun üzvləri kimi). Orada onların 150 illik tarixə malik qədim "Şamlı qəbirstanlığı”, yurd yerlərinin qalıqları, 120 il əvvəl Vahid Hacı Kərim oğlu (1818-1903) tərəfindən qızı Sahibxanımın şərəfinə tikdirilmiş su hodamı (uzunluğu 10 m, eni 5 m, hündürlüyü 5 m), Qazan-Quzan dağı yamacında kahalar, zağalar, ordu düşərgələrinin nişanələri indi də qalmaqdadır.

Bu qış otlaqlarının ərazısı 1918-ci ilin hay-daşnak və bolşevik-rus nizami quldur dəstələrinin xalqımıza qarşı yürütdükləri qətliam-soyqırım faciələrinin şahidi olmuşdur. Azğınlaşmış düşmənlərə qarşı Osmanlı Türkiyəsinin 5-ci Qafqaz İslam və Azərbaycan Milli ordularının müqavimətində "Xanalı” qış otlağının günbatan yönündə, "Tat” qışlağına gedən yolun sağında "Türklər düşən yer” hərbi düşərgə rolunu oynamışdır (bu ad o illərin yadigarıdır). Bura uzunluğu 2 km, eni 500 m olan hamar düzəngahdır. Xilaskar ordu buradan Bakı şəhəri istiqamətinə düşməni qova-qova hərəkət etmişdir. Türk ordusunun döyüşçüləri qışlaqda Süleyman Babakişi oğlunun (1865-1947) obasında qalmışlar. Şamlı elatının cavanlarından Məhəmməd Məmmədhüseyn oğlu və bir neçə nəfər dəvə ilə Kür çayı sahilində döyüşən dəstələrə silah-sursat daşımışdır. Təbii ki, bu ağır qarşıdurmada Şəhidlərimiz də olmuşdur.

"Şamlı qəbirstanlığı”nda (Duvannı qəsəbəsindən 9 km aralı şimal-qərb tərəfdə) Şəhid türk döyüşçülərinin 3 məzarı uyumaqdadır. Onlar qəbirstanlığın cənub-şərqində, giriş qapısının sol hissəsində "Hurilər” qəbirinin ətrafındadır. Düşmən qüvvələrinin yerli dinc camaata qarşı azğınlığı və vəhşiliyi barədə Badam Vahid qızı (1893-1973), Xanzadə Əbdüləziz qızı (1925-1998), Türmə Tərlan qızı (1908-1988), Ağaxan Məhəmməd oğlu (1921-2007), Xanhüseyn Məhəmməd oğlu (1919-2006) söyləmiş, Soltanxanım Əziz qızı (1935) isə bildirmişdir ki, Şəhid məzarları həm də Tərlan Nəsrullah oğlunun (1855-1925) qəbri yaxınlığındadır. Sonuncu dəfə həmin məzarların yerini ağır xəstə olsa da Soltanxanım ana göstərmişdir.

(Bu yazı hazırda Qaradağ rayonu, Duvannı qəsəbəsində yaşayan Şamlı elatının üzvləri Qaroğlan İbrahimxəlil oğlunun (1942), Hacı Seyfulla Məmmədbağı oğlu Təhməzovun (1954), Hacı Əlihəsən Alıpaşa oğlunun (1962) və Firdövsi Tahir oğlu Hüseynovun (1965) məlumatları əsasında hazırlanmışdır.)

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

(050.372.60.08.)




İmza:

Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq

Üzeyir Hacıbəylinin həyatı haqqında ingilis dilində videoçarx hazırlanıb

"Ən böyük arzum ölməməkdir" - Ramiz Əzizbəyli

Üzeyir Hacıbəylinin seminariya dostuna hədiyyə etdiyi tar, saat və eynək Ağcabədidə qorunur

Mehriban Əliyevadan Milli Musiqi Günü ilə bağlı paylaşım

“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib

Bakı metrosunda Milli Musiqi Günü qeyd olunacaq

"Qodonun intizarında" fərqli səhnədə

Azərbaycanın “Avroviziya-2020”də iştirakı rəsmən təsdiqləndi

“Yad gəlin” gəlir

“CinemaPlus”da MDB-dən olan sosial şəbəkə fəalları üçün “JARA” filminin nümayişi - FOTO/VİDEO

Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində daha fəal olmağa çağırdı - VİDEO

SON XƏBƏRLƏR
2019-09-23
2019-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK