bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri Adalet.az | Naxçıvan və Bolqarıstanın mənəvi və tarixi paytaxtı Veliko Tırnovo şəhərləri qardaşlaşıb Adalet.az | Naxçıvan və Bolqarıstanın mənəvi və tarixi paytaxtı Veliko Tırnovo şəhərləri qardaşlaşıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Naxçıvan və Bolqarıstanın mənəvi və tarixi paytaxtı Veliko Tırnovo şəhərləri qardaşlaşıb

2168    |   2019-04-24 12:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın rəhbərliyi ilə nümayəndə heyəti Bolqarıstanın tarixi və mənəvi paytaxtı olan Veliko Tırnovo şəhərində səfərdə olub.

Səfər çərçivəsində Veliko Tırnovo vilayətinin qubernatoru Lubomira Popova, Veliko Tırnovo şəhərinin meri Daniel Panov və Müqəddəs Kiril və Metodiy adına Veliko Tırnovo Universitetinin rektoru Xristo Bondjolov ilə görüşlər keçirilib, Naxçıvan şəhəri ilə Veliko Tırnovo şəhəri, Bakı Slavyan Universiteti ilə Müqəddəs Kiril və Metodiy adına Veliko Tırnovo Universiteti arasında müvafiq olaraq əməkdaşlıq haqqında sazişlər imzalanmış və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində səfir N.Qurbanova, həmçinin Veliko Tırnovo şəhərində baş tutmuş "Mədəni turizm” 16-cı Beynəlxalq Turizm Sərgisinin açılışında iştirak edib.

Eyni zamanda Naxçıvan Muxtar Respublikasının (NMR) yaradılmasının 95 illik yubileyinin Veliko Tırnovo şəhərində qeyd edilməsi kontekstində Azərbaycanın Bolqarıstandakı Səfirliyi və şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə "Azərbaycanın inciləri” adlı foto-sərgi baş tutub. Sərgidə paytaxt Bakı və NMR-in paytaxtı Naxçıvan şəhərlərinin tarixi, mədəniyyəti və turizm potensialını əks etdirən fotolar nümayiş olunub.

Sərginin açılışında Veliko Tırnovo şəhərinin merinin müavini Qanço Karabadjakov, Müqəddəs Kiril və Metodiy adına Veliko Tırnovo Universitetinin rektoru və prorektoru X.Bondjolov və Dimitır Dimitrov, şəhər bələdiyyəsi və universitetin digər əməkdaşları, həmçinin şəhərin aparıcı KİV nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Açılışda çıxış edən N.Qurbanova cari ildə 95 illik yubileyini qeyd etdiyimiz NMR-in paytaxtı qədim Naxçıvan şəhəri ilə qardaşlaşmış gözəl Veliko Tırnovo şəhərində belə bir sərginin təşkilinin rəmzi məna daşıdığını diqqətə çatdırıb. O, həmçinin Bolqarıstan Xalq Məclisinin qərarı ilə Veliko Tırnovo şəhərinin Bolqarıstanın tarixi və mənəvi paytaxtı elan olunması münasibətilə şəhər sakinlərini təbrik etmiş və 3 il öncə Veliko Tırnovo şəhərinin gözəl tarixi memarlıq abidələrindən olan "Trapezitsa” Tarixi Memarlıq Qoruğunun Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa olunduğunu xüsusilə vurğulayıb.

Sərginin ölkəmizin gözəlliklərini təcəssüm etdirdiyini qeyd edən səfir tədbir iştirakçılarına Bakının tarixi və görkəmli yerləri, o cümlədən Dənizkənarı Milli Park, Azərbaycan Xalça Muzeyi, İçəri Şəhər, Şirvanşahlar Sarayı, Qız Qalası barədə məlumat verib.

Daha sonra N.Qurbanova Naxçıvan şəhəri barədə danışaraq şəhərin dünyada ilk insan məskənlərindən olduğunu, tarixi qaynaqlara görə şəhərin adının "Nəqşi-cahan”, yəni "dünyanın naxışı”, "dünyanın bəzəyi” sözlərindən yarandığını, digər rəvayətə görə, "Naxçıvan” toponiminin Nuh peyğəmbərlə bağlı olub "Nuhçuvan” – "Nuh tərəfdarlarının məskəni”, "Nuhun diyarı” mənasını ifadə etdiyini, Nuh peyğəmbərin qəbrinin də məhz Naxçıvan şəhərində yerləşdiyini əlavə edib.

O, Naxçıvan ərazisindən arxeoloji qazıntılar zamanı əldə olunan materiallar, məşhur Gəmiqaya qayaüstü yazıları və bu ərazidəki digər abidələrin Naxçıvan şəhərinin 5 min ilə yaxın yaşı olduğunu sübut etdiyini vurğulayıb. Naxçıvanın ümumbəşəri mənəvi sərvətlər xəzinəsinə əvəzsiz töhfələr bəxş etdiyini söyləyən səfir YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin ötən il keçirilmiş 13-cü sessiyasında Azərbaycan tərəfinin təqdim etdiyi "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiyanın Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs siyahısına daxil edildiyini diqqətə çatdırıb.

Səfər zamanı səfir N.Qurbanova həmçinin şəhər meri D.Panov ilə birgə yerli KİV nümayəndələrinin qatıldığı mətbuat konfransında iştirak edib, ölkələrimiz arasında yüksək səviyyədə olan siyasi əlaqələr, iki ölkə arasında müxtəlif sahələrdə mövcud layihələr, belə qarşılıqlı faydalı əməkdaşlıq fonunda yenicə qurulmuş Naxçıvan-Veliko Tırnovo əlaqələrinin əhəmiyyəti barədə danışıb və jurnalistlərin suallarını cavablandırıb.




İmza:
SON XƏBƏRLƏR
2019-06-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK