nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Direktora yalançı şahidlik edən valideynlər cəzalandırıldı Adalet.az | Direktora yalançı şahidlik edən valideynlər cəzalandırıldı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Direktora yalançı şahidlik edən valideynlər cəzalandırıldı

40865    |   2019-04-09 15:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aktyor-rejissor Rza Rzayev və 220 saylı məktəbin direktor müavini olan bacısı Zeynəb Rzayeva ilə məktəb rəhbərliyi arasında baş verən mübahisə ilə bağlı daha bir məhkəmə prosesi başa çatıb.

Adalet.az xəbər verir ki, bu barədə R.Rzayev özü "facebook" hesabında məlumat yayıb.

"Dostlar, mübarizəm doğrular tam üzə çıxana qədər, əzimlə, iradə ilə və amansız olaraq sona qədər davam edəcəkdir.

Nəzərinizə çatdırım ki, dünən Nizami Rayon Məhkəməsində tərəfimizdən xüsusi ittiham qaydasında cavabdeh şəxslərə, yəni Salmanov Pərvanə Ələkbər qızına, Məmmədov Aliyə Məhərrəm qızına, Muxtarov Fərqanə Fuad qızına, Mirzəliyeva Taliyə Gündüz qızına və İsmayılova Gülbəniz Əhəd qızına qarşı şikayət ərizəmiz qismən təmin olundu. 220 nömrəli məktəbin sinif müəlliməsi Mirzəliyeva Taliyə Gündüz qızı tərəfindən öyrədilmiş valideyinlər Salmanova Fərqanə Ələkbər qızına və Məmmədova Aliyə Məhərrəm qızına Nizami Rayon Məhkəməsinin qərarı ilə 6 ay islah etmə işləri hökmü çıxarıldı (nəzərinizə çatdırım ki, bu valideyinlərin uşaqlarına Taliyə Mirzəliyeva dərs deyir və məlum hadisələrdən sonra Taliyə Mirzəliyeva "xidmətlərinə” görə direktor müavini təyin edilmişdi, Yeni Müsavat TV-də bu faktı söylədiyimdən sonra direktor müavini vəzifəsindən azad edildi).

Cavabdeh şəxslər, yəni haqqlarında höküm çıxarılan Salmanova Pərvanə Ələkbər qızı, Məmmədova Aliyə Məhərrəm qızı və Yeniavaz.com saytı haqqında Nizami Rayon Məhkəməsində mülki iddia da qaldırmışıq. Məhkəmə prosesi tezliklə başlayacaq.

Nizami Rayon Məhkəməsinə tezliklə təqdim edəcəyimiz yeni iddiamız isə bir qrup şəxslə pedoqoji şuranın keçirilməsi adı ilə başlığı olmayan vərəqləri müəllimələrə imzaladıb, sonra müəllimələrin bilmədiyi başlıq tərtib edib, həmin mətni Yeni Avaz saytında yayımlamış, sənədləri saxtalaşdırmış - 220 nömrəli məktəbin həmkarlar ittifaqının sədri Nahidə Hüseynovaya qarşı olacaqdır" - deyə R.Rzayev qeyd edib.

Xatırladaq ki, daha əvvəl Z.Rzayeva direktor Tural Mirzəliyevin göstərişi ilə işdən azad edilsə də, Nəsimi rayon məhkəməsinin qərarı ilə müəllimə işə bərpa olunmuşdu.




İmza:

Narkoloji xəstələrin dövlət hesabına müalicə qaydaları müəyyənləşdi

Rusiyalı qız üç azərbaycanlı kişiyə görə cərimə ödədi

Həbs edilən icra başçısından xəbər var

Neftçalanın sabiq icra başçısı və digərləri barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB

Baş Prokurorluğa yeni idarə rəisi təyin edildi

Zakir Qaralov yeni rəis təyin etdi

2019-cu ildə 8 prokurorluq əməkdaşı vəzifəsindən azad edilib

Baş prokuror: Vətəndaşların müraciətinə biganə münasibət göstərilməməlidir

Ötən il 123 şəxs barəsində 54 cinayət işinin istintaqı tamamlanıb

Hüquq və azadlıqların müdafiəsi sahəsində zəruri tədbirlər görülüb - Baş Prokuror

Baş Prokurorluqda kollegiya iclası keçirildi

Dövlətə xəyanətdə ittiham olunan Fəxrəddin Abbasova ağır cəza

SON XƏBƏRLƏR
2020-02-28
2020-02-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK