Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Televiziyaya, sosial şəbəkələrə qadağa qoymaqla düzələcəkmi? - Eminquey yazır Adalet.az | Televiziyaya, sosial şəbəkələrə qadağa qoymaqla düzələcəkmi? - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Televiziyaya, sosial şəbəkələrə qadağa qoymaqla düzələcəkmi? - Eminquey yazır

10206    |   2019-04-02 15:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tamaşa davam edir.

Uzun-uzadı davam edən seriallar kimidir bizim gündəmimiz.

Həfətədə bir yeni qəhrəman gəlir, oynayır, söyülür, alqışlanır, gedir.

Baş sındırırıq, boy-boy statuslar, yazılar yazırıq ki, görəsən, günah kimdədir?

Biri deyir, bayağılığı, narkotiki təbliğ etmək olmaz, biri deyir, kiminsə musiqi zövqünə qarışmaq olmaz, biri deyir, əxlaqsızlıqdır, o biri də deyir, azadlıqdır.

Biri deyir, Maykl Cekson da narkotik istifadəçisi idi, onu da tutaydılar?

Biri deyir, Afət Fərmanqızının azad seçimi var ki, Nəsimin qəzəlini oxusun.

Və sairətən və ilaxırətən...

Bir gənc kimi bir-iki söz də mən yazım, oxuyun, inciyərəm.

Tarkan dəfələrlə narkotikə görə saxlanılıb, amma onun mahnılarında bunu təbliğ edən bir zad da yoxdur.

"İron man” filminin baş qəhrəmanı Robert Dovney də 3 il türmə həyatı yaşamışdı narkotikə görə. Narkotiki təbliğ edirdi ki?

Vitney Hyuston ömrü boyu narkotik alüdəçisi olub, elə bu səbəbdən də dünyasını dəyişib. Amma narkotiki təbliğ edirdimi?

Siyahı boldur, bol.

Məsələn, bir çox müğənnilərimiz, şairlərimiz, yazıçılarımı, rəssamlarımız haqqında bu söhbətlər yayılır. Deyilir ki, guya onlardan bəziləri narkotiksiz yarada bilmirlər. Bəs, onlar bunu təbliğ edirmi?

Bəs, yaxşı, doğrudan da kimdir günahkar? Əvvəl-axır bu sualın cavabı tapılacaq, ya yox?

Nə televiziyaya, nə də sosial şəbəkələrə qadağa qoymaqla düzələcəkmi? Bəs, qıraq-bucaqda? Gündəlik yaşayış tərzində? Toyda, taksidə, avtobusda?

Bu gün zövqlülükdən dəm vuran adamların əksəriyyəti toyda 200 qram araq vurandan sonra lap mərsiyəyə də oynayırlar. Efirdən yığışdırdın, xub, sosial şəbəklər də qadağa olundu, xub, bəs toyda? Camaatın toyuna da qarışacaqlar? İnsanlar öz toylarında da olsa bu mahnılara oynayacaqlar, qulaq asacaqlar, ya yox? Sovet görmüş adamlar deyildimi, efirə ara mahnıları oxuduğu üçün qadağası olan Məmmədbağırı toyuna çağırıb oxutduran?

Bu gün taksilər deyilmi o bayağı mahnıların ən çox meydan suladığı yer? Bu gün avtobuslarda "oğrular dünyası”, "nəşə” qoxusu verən mahnıların müşaiətilə sərnişin daşınmırmı? Şəxsən mən bir neçə avtobusda bu cür hallarla rastlaşmışam. O vaxt heç kim bu cür mahnının avtobusda oxunmağına etiraz etməyib. Özüm bir dəfə etiraz etmişəm, onda da hay-küy, dava.

Bu dəqiqə ən böyük sosial şəbəkə elə bu sadaladığım yerlərdir. Bu mahnılar elə bu yerdəncə şəhəri adam-adam, küçə-küçə şəhəri dolaşır, yayılır.

Yaxşı, küçədən girək evimizin içinə.

Nə vaxt hansısa ata, ana övladını da yanına vurub bir zövqlü musiqiyə, filmə baxıb? Hər işdə övladının seçiminə qarışan valideynlər niyə övladlarının bu seçimlərinə təsir göstərmirlər? Ümumiyyətlə, sualı belə qoysam daha düz olar. Heç onların musiqi zövqü varmı? Övladına təhsil al deyəndə "yaxşı iş, yaxşı pul qazanmaq” prinsipini uca tutan valideynlərin umrundadırmı övladlarının musiqi zövqü, film zövqü, ədəbiyyat zövqü?

Bir vaxtlar ANS-in "Toylar kralı”, "De gəlsin”, "Toy olsun” kimi verilişlərinə pəh-pəhlə baxan, sms yollayan, pul dağıdan adamlar deyilmi onlar? ANS deyilmi televiziyaya bu xəstəliyi yoluxduran?

İndi nəyi və kimi günahkar çıxarırsınız?

O lüt qızlara haqq qazandırırsınız, başa düşürəm, fahişəlik də onların işidir. Onlar üçün də azadlıq anlayışı odur. Amma siz görmədinizmi, o qızlardan biri "eləmişəm, əccəb eləmişəm” deyə özünə haqq qazandırdı? Axı biz onların əxlaqsızlığına yox, onun təbliğinə etiraz edirik və etməliyik...

Hamımız xəstələnəndə türkə çarələrlə keçinib ölənə yaxın həkimə getmirikmi? İndi bu cəmiyyət də bizim taleyimizi yaşamırmı? Ölənə yaxın nəyi düzəltməyə çalışırıq?

Xülasə: bu fikrimə görə məni qınamayın, əlimizdəki baltaları yerə qoymağın, təslim olmağın vaxtıdır, əgər bir yol yoxdursa. Biz üzü ta Sovet dövründən tutmuş bu durumu yaşayırıq. Sadəcə indi senzura yoxdur, texnologiya inkişaf edib, daha sürətlə yayılır bu bayağılıq, daha sürətlə yayılıb bu biabırçı gündəm mövzular.

Sovetin mənfi cəhətləri məlum. Amma yenə oturub-durub şükür eləmək lazımdır ki, onun sərt senzurası bizim ayıblarımızı ört-basdır etmişdi. Çox təəssüf ki, azadlıq bizi öz mahiyyətimizə qovuşdurdu.

Atam mənə deyərdi ki, biz çox çətinliklər görmüşük o vaxtlar. Mən sənə heç bir çətinlik yaşatmaram. Qoymaram nədəsə çətinlik çəkəsən. Görünür, eyni prinsip burda da işləyir. Valideynlər, televiziyalar və digərləri gənc nəslə qadağa qoymaq, çətinlik yaratmaq istəmirlər. Sağ olsunlar! Amma mən bir şeyi qeyd etmək istəyirəm. Çoxunun bəyənmədiyi İslam dininin azadlıq fəlsəfəsi budur:

Azadlıq – hər istədyini etmək yox, hər istədiyini etməməkdir. Yəni nəfsinə qalib gəlmək bizim ruhumuzu azadlığa çıxarır.

İndi siz deyin, hər istədiyimiz etmək bizə xeyir qazandırıb, yoxsa etməmək?

Lazımdırmı belə azadlıq?



İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK