deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Faiq QİSMƏTOĞLU: MOLLA, AL! Adalet.az | Faiq QİSMƏTOĞLU: MOLLA, AL! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: MOLLA, AL!

8519    |   2019-03-31 11:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Həftəni başa vururuq. Həftəni yola salanda əvvəlki vaxtlarla müqayisədə şənbə günləri çiynimizdən yük bir qədər götürülür. Yəni adi iş günləri dilxor olsaq da, qanımız tez-tez qaralsa da, şənbə günü gələndə qanımız bir qədər durulur, ovqatımız yaxşılaşır. Əsas mətləbə keçməmişdən öncə ovqatınızın daha da yaxşı olması üçün bir lətifə danışım.

... Bir gün molla çayda çiməndə boğulur və başlayır adamları köməyə çağırmağa. Elə həmin vaxt çayın qırağıyla gedən cavan bir oğlan mollanın səsini eşidir və ona yaxınlaşır:

- Molla, əlini ver, səni çıxardım.

Mollanın da qulağı ağır eşidirmiş. Elə bilir ki, oğlan ona pul ver, səni çıxarım deyir. Oğlan görür ki, molla boğulur və əlini də uzatmır. O dəqiqə ürəyinə nəsə damır və deyir:

- Mollla, al!

Molla bu sözü eşidən kimi əlini uzadır və oğlan onun əlindən yapışıb sahilə çıxarır....

... Bu gün heç dünya dəyişməyib. Yenə də bəzi mollalar camaatın avamlığndan və cahilliyindən istifadə edib onları soymaqla məşğuldur. Amma heç də bütün mollalar belə deyil. Bu yaxınlarda cənub rayonlarından birindən qayıdan dostlarımın biri çox qəribə bir hadisə danışdı. Sözün düzü, o hadisəni eşidəndən sonra az qaldı başımda olan bir-iki tük də biz-biz olsun. Bəlkə də başımda yeni tüklər bitərdi. Nə başınızı ağrıdım, hadisə bayaq dediyimiz kim, cənub rayonlarının birində vaqe olur.

... Atası rəhmətə getmiş böyük oğluna molla deyir ki, oğul, sənin atan düz 20 il namaz qılmayıb. Demək 20 il namaz qılmayıbsa, atanın çox böyük günahları var. O günahları da böyük oğul kimi sən daşımalısan. Oğlan da diqqətlə mollaya baxır və fikirli-fikirli soruşur:

- Molla əmi, indi mən nə etməliyəm?!

Molla bir aşağı baxır, bir də yuxarı. Əlindəki təsbehi fıqladaraq aş yeməkdən ət bağlamış boynunu qaşıyır və deyir:

- Bilirsən oğul, atanın qılmadığı o 20 illik namazı sən qılmalısan, ya da hər gün qılınmayan namaza görə, filan qədər pul ayırıb mənə verməlisən ki, o yükü mən çəkim! Oğlan:

- Bu nə qədər pul eləyir?

Molla yenidən piy basmış peysərini qaşıyır:

- Hesabdan yaxşısan ki, hər şeyi məndən də mükəmməl bilirsən. Hər günü iyirmi qəpikdən hesabla, onu da vur iyirmiyə, gör nə qədər eləyir?

Oğlan da hər şeyi hesablayıb deyir ki:

- Molla əmi, bu eləyir yeddi yüz qırx manat!

Molla dillənir:

- Birdən elə bilərsən bunları mən özümdən uydururam ha! Atan və sən günaha batmamaq üçün dində buyrulub ki, bunu mütləq eləməlisən.

Din sözünü eşidəndə oğlan bir az qorxuya düşür. Fikirləşmədən bir gündən sonra 740 manatı mollaya çatdırır.

Çox qəribədir ki, kənd camaatı da artıq mollaların bu kələyinə alışıblar. Əgər biri qılınmayan namazın pulunu verməsə, o dəqiqə kənddə ona yaxşı gözlə baxmırlar. Məsələn, deyirlər ki, filankəs dədəsinin boynunda böyük yük qoydu. Yəni qılmadığı namazın pulunu mollaya vermədi ki, molla da o namazı qılsın, rəhmətə gedən də o dünyada rahat olsun...

... Heç bir dində və heç bir müqəddəs kitabda buyurulmayıb ki, namaz qılmayan adam qılmadığı namaz üçün mollaya pul verməlidi. Bunlar hamısı lotu-potu mollaların oyunlarıdı. Rəhmətlik Mirzə Cəlilin "Ölülər”indəki şeyx nəsrullahlar cənub bölgəsində yenidən peyda olub. Bir azdan avam camaatı başına yığıb deyəcəklər ki, vallah mən ölü də dirildirəm. Bəzi mollalardan və lotulardan nə desən çıxar. Axı biz hər şeyə inanan camaatıq.

Bizim kənddə bir molla vardı. Əvvəllər bədən tərbiyəsi müəllimi işləmişdi. Mənə də dərs demişdi. Sonradan mollalıq eləyirdi. Rəhmətliyin çox yaxşı səsi vardı. Ucadan elə oxuyurdu ki, adamı ağlamaq tuturdu. Amma oxuduğu quran olsa. Deyirdilər ki, avazı yaxşıdı. Oxuyanda isə ərəb dilini bilmədiyinə görə, çox səhvlər eləyir. Allah o dünyasını versin! Bir gün o molla yas məclisində dedi ki, məni qonşu rayona ölü götürməyə çağırmışdılar. Dedilər rəhmətə gedən vəsiyyət edib ki, onu gəbəyə büküb dəfn eləsinlər. Mən də dedim ki, bu, şəriyyətə ziddir. Onda ölü yiyələri pis vəziyyətə düşdü. "Bəs o gəbəni neyləyək?” – deyə məndən soruşdular. Mən də dedim ki, onun sadə bir yolu var: gəbəni verin mənə! Ölü yiyəsi də mollanın dediyini eləyir və gəbəni mollaya verir...

... Hər şey qədərində olanda gözəl olur. Bir balaca çərçivəni keçdi, lap bal da olsa insana ağırlıq eləyir. İndi bizim camaat mollaya, falabaxana, nə bilim tay nəyə çox böyük ümid bəsləyir və hətta bir ətək pul verib dua da yazdırır. Guya bu dua müstəcəb olacaq və onun işini düzəldəcək. Gözləyirlər, gözləyirlər, görürlər ki, heç bir iş düzəlmədi, əksinə, yaxşı nə varsa o da alt-üst oldu...

Vallah, heç bizim millət dəyişməyib. Elə XIX-XX əsrin əvvəllərində olan millətdir. Yaxın dostum, gözəl yazıçı və professor Məhərrəm Qasımlının "Nigarançılıq” yazısı yadıma düşür. Məhərrəm müəllim Mirzə Cəlilin məzarını ziyarət edib deyir ki, ustad, heç də nigaran qalma, bu milləti necə qoyub getmisən, eləcə də qalıb...

İndi avropalılar, lap elə bəyənmədiyimiz başqa millətlər Aya uçur, Marsa gedir, nə bilim gündə bir zad ixtira eləyir. Biz isə yenə avamlığın, cahilliyin və savadsızlığın içində boğuluruq. Hələ də lotu mollaların, şarlatanların və falabaxanların qapısının ağzını kəsdiririk ki, dərdimizə əlac qılsın. Lotu mollalar da bu savadsız insanların avamlığından istifadə edərək onları soğan qabığı kimi soyur. İndi mollaların bir çoxu molla yox ey, həm lotudu, həm də cib soyan...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK