warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | А.А – АĞ ADAM, AĞRILAR ADAMI... Adalet.az | А.А – АĞ ADAM, AĞRILAR ADAMI... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

А.А – АĞ ADAM, AĞRILAR ADAMI...

İradə TUNCAY

22521    |   2019-04-01 09:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hara gedirik…

Maşının radiosu danışır – əsirlikdə qalan qız-gəlinlərimiz...

İndiyə qız-gəlin qalar – deyirəm dodağımın altında. Guya mövzunu dəyişir ...

Bəlkə yüzüncü dəfədi eyni söhbəti dinləyirəm:

- Ağdamda bir qonşumuz vardı. Davada olmuşdu . Plen olanda orda azərbaycanlı zabit aparıb öz bağında işlətmişdi onu , Fransada. Sorğu- sual eləmişdi ki, inansın. Yolu soruşmuşdu – demişdi, bir Ağdamdan Gəncəyə gəl görüm. O da izah eləmişdi. Sonra qaçmağa kömək eləmişdi.

- Əsirlikdən qaçmağa?

- Hə ...

- Nemeslər bəs? O zabit sonra nə cavab verib? Deməyiblər bəs, hara getdi plen?

- Həə, deyib mənim əl-qolumu bağlayarsız. Bir yumruq da vurarsız inanarlar.

- Kino danışırmış sənin o qonşun.

- Nə kino, bala? Həmişə ağlayırdı davadan danışanda. Həm də deyirdi kinoda ukrainləri düz göstərmirlər. Hamısı satqın olub.

- Kimi satıblar?

- Soveti.

- Həə... Xalqlar dostluğu prinsipin gözləyiblər də. Siyasət belə idi o vaxt. Ağlamağı da yəqin Fransadan qayıdıb burda yaşamağına görəymiş . Bəs, tutmamışdılar onu? Özün demişdin axı tutulub.

- Hə. Tutulmuşdu. Burda istintaq edən də bizimkilərdən imiş. On il veriblər gedib. Ordan gətirmişdi arvadını da. Sibirdən...

- Arvadını görmüşdüm. Yazıq rus dilini də unutmuşdu. Danışırdım cavabı bizim dildə verirdi. Klava xala... Ağdamda kimlə rusca danışsın ki?

Susur bir anlıq. Bilirəm indi də hərbi hissədəki rus uşaqlarından, rus məktəbindən,”Üfüqdə parıltı” oyunundan danışacaq. Ağdamda rus dilini bilənlərin az olmadığından danışacaq... Və ən böyük kompleksidi rus dilini istədiyi kimi bilməməyi... Kanalı dəyişim radioda...


***

- Qarabağ Kiçik Qafqazdı .Ona görə buralardan fərqlənir iqlimi. Ağdamda yayın istisində sərin olurdu hava.

- Ağdamda? Mən həmişə istidən bişmişəm orda. Sərin nədi...

-Nə danışırsan eeyy? Suyu sərin, havası sərin ...

- Şuşada sərin idi, hə. Ta Ağdamda yoxki.

- Nə bilirsənee sən..

- Niyə bilmirəm? Hər il aparırdın da. (Zornan apardığın demirəm. Durum gərgindi.Yol gedirik. Sükan onun əlində. Xatalıdı qıcıqlandırmaq).


***

Nəsə qəribədi, yolda belə söhbətlər çox olur. Və bütün söhbətlər hərlənib-fırlanıb Ağdamın üstündə dayanır. Anlamağa çalışıram. Eyni söhbətləri eşitdiyimi büruzə verməməyə çalışıram. İllərin üstünə il gəldikcə məzmun daha da qatılaşır. İdeallaşdırmaq daha da artır: Can, Ağdam. Bizim küçələr necə enli, geniş idi. Can, Ağdam. Neçə zavod vardı. Can, Ağdam. Bizim meşələrdə hər meyvədən var idi. Can, Ağdam. Hamı dolanırdı. Kasıb adam yox idi. Can, Ağdam... Torpaq necə bərəkətli idi... Can, can, can...


***

Bu çevik, zirək, qıvraq, şən adamın Canı orda qalıb bilirəm. Hər gözəllik ona Ağdamı xatırladır. Və təbii ki, Ağdam QALİBDİ bütün müqayisələrdə. Uduzduğumuz Ağdam...


***

İndi yol gedə -gedə gəncliyimizi də xatırlayıram. Universitetin dəhlizində mənə tərəf boylanan yaraşıqlı oğlanı da xatırlayıram. Fəqir, kasıb gəncliyimizi xatırlayıram. O vaxt maşınımız yox idi, yolda söhbət edək . Evimiz də yox idi ki, ürək dolusu gülək. Ailə qurandan sonra ata evində yaşamaq da bir ayrı məşəqqət olur. Hər nəsnəyə xəcalət çəkirsən. İndi anlayıram niyə evdə qalmaq istəmədiyini, evdən qaçdığını. Və bundan doğan soyuqluğu. Və soyuqluğun üşütməyini... Və sonra müharibə başladı.

Elə bilirəm bu lənətə gəlmiş müharibə də çox adamı üşütdü. Lap dondurdu da. Amma bəzən mənə elə gəlir ki,bizim həyatımız da müharibə ilə iki yerə bölündü – əvvəl və sonra. Dəyişdi tamam. Maşını vardı indi – sursat, ərzaq daşıyırdı maşında. Evi vardı indi – qaçqın düşən qohumları barındırırdı...

Yəqin gəncliyin verdiyi arxayınlıq idi – getdiyi yerlərdən qayıdacağını bilirdim. İki uşaq böyüyürdü evdə. Onlarla başım qarışırdı. Heç nəyin dərinliyinə varmaq istəmirdim. Hərdən elə bilirəm beynim format olunub –xatırlamaq istəmirəm.


***

- Bunu danışmısan, bilirəm.

- Yox, onu demirəm.

- Bax, mənə danışırsan eybi yox, amma hamının yanında eyni söhbətləri nə qədər danışmaq olar? Bəsdi də. Lağ eləyirlər axı.

- Maa lağ eləyənin əbəjdadın... ( Və arxasınca gəlir folklor nümunələri. Bu folklordan əməlli bəhrələnmişəm. Maarifçilik işi gedib bu neçə ildə. İndi mən də nəsə xoşuma gəlməyəndə adamların yeddi arxa dönənin xatırlayıram).


***

Qarşımızdan toy karvanı keçir. Xeyir-dua verir gənclərə:

- Bir həyətin itləri kimi dolansınlar...

Gülürəm ... Bir həyətin itləri kimi... Əcəb obrazdı... Sonra özümüzü xatırlayıram anidən. İt-pişik obrazı gəlir gözümün önünə. Amma sakit canlılar. Pişik mən olaram da yəqin. Hərdən cırmaq atan, hərdən miyoldayıb haqqını istəyən. Amma sonra gənclik bitəndə qəribə metamorfoz baş verir. Pişik pələngə dönür. Nərildəyən pələngə... Müharibə də bitdi, sülh də başladı – sən yenə öz bildiyindəsən? Mən bezmişəm!!! İşiynən məşğul olmayan məmurların əvəzinə də qaç ora-bura, arvadıynan məşğul olmayan ərlərin də əvəzinə çalış...

Divanı da çıxardım, tulladım iş otağından...


***

- Bəlkə bu il gedək Naxçıvana? Özü də maşınnan.

- Bəh-bəh ... Hər il deyirsən də bunu. Qışda planlar cızılır,yayda da unudulur.

- Yox, gedərik . Mən nə vaxt sənə yalan danışmışam? Ay, içimdə bir komediya var ki:

- Sən və yalan? Heç bir araya gələn şey deyil. Mənə ümumiyyətlə, danışmamısan ...

Bu dəfə o məni yola verir deyəsən. Susur... Nərildəməyimdən çəkinir.

Amma Naxçıvana maşınla getməyimizi xatırladım. Arazın o tərəfində xaraba kəndlər görünürdü yol boyu. Yolun bu tərəfi Qaradağ, o tərəfi Qarabağ...


***

- Qarabağda sanatoriyalar vardı. Buralarda hələ indi otel-zad tikirlər. Amma Sadıq Murtuzayev sovetin vaxtında Ağdamda tikmişdi istirahət mərkəzləri.

-Turistlər də gəlirdi? (bilirəmee gəlmirdi, söhbəti davam eləmək lazımdı)

- Kolxozçular üçün, nə turist? Bu otellərdən yaxşı idi.

- Neyləyək deyirsən? Müharibə oldu da.

- Hə...Olmasa gözəl dolanırdı camaat... Yollar varee getdiyimiz – onlar da qısa idi. Laçından Gorusa, ordan da Qarsa ... Ağılsız erməni – indi yaşayırdıq...

-Onlar yaşayır...

-Əşşi nə yaşayır?..

Dinmirəm... Xatırlayıram Qara dəniz sahilləri ilə irəlilədikcə məsafələr belə ölçülürdü – bura Ağdamdan Tərtərə, bura Ağdamdan Yevlaxa, bura Ağdamdan Şuşaya qədər olan yol qədər... Məsafə də Qarabağ vahidi ilə...

-Nooldu, niyə dayandın?

Baxıram, gözlərini silir. Son vaxtlar yaş öz işini görür, deyəsən. Yaş göz yaşlarını gizlədə bilmir. Planşeti əlindən almışam neçə dəfə. Ağdamın görüntülərinə baxıb ağlayır, Qədiri dinləyir ağlayır...

-Mövzunu dəyişəkmi? Bax, İsveçrədəki yaşıllığa bənzəyir bura da...

Yenə xatırladım. İsveçrədə bizi gəzdirən dostumuz Vurala oraların Kəlbəcərə bənzədiyini deyirdi...

- Mən yoruldum axı ... Cavanlığım müharibə həşirində, indi də belə çürüdürsən...

(Seyran Səxavət zəng eləmişdi bu günlərdə. Deyir, son hekayəsin oxudum, şedevrdi. Deyirəm, abi, nə şedevr? Ağrılarını yazıb. Hamı üçün deyil o hekayə. O yerlərin həsrətin yazıb da. Seyran abi də belə dedi – sən bilməzsən bunu...)

- Çox paxıllıq eləyirəm öz evləri olan adamlara...

-???

- Yəni rayonda öz evlərinə gedə bilən adamlara... Biz gedə bilmirik...

- Adamlar elə bilir sizin dərdiniz-filan yoxdu. Sən də onlara paxıllıq eləyirsən. Görürsən nə cani-dildən söyürlər ? Fikir vermişəm öz ağdamlıların da çooox ürəkdən "like” eləyir o söyüşləri .

-Kiri. Onlar nə bilir dərd nədi. Ağdam görüblər onlar ? Uşaqdılar...

(Bir dəfə getdiyimiz yerə Tansunu da aparırdıq. Uşaqdı darıxırdı bizim yanımızda ,telefonun qulaqcıqların taxıb öz musiqilərin dinləyirdi. Babası irad tutdu:

-Tansu, maşında qulaqcıq taxmaq olmaz. Qadağandı.

- Niyə? Kim verib o qərarı?

-Biz .

-Niyə səs vermisən?

Pauza və sonra:

-Mən səs verməmişəm. Amma çoxluq qəbul edib.

-Dəyişin. Doğru qərar deyil ...

Bu da uşaq. Ən böyük müxalifət öz evində . Bunu danışanda da dostlar – hamının gücü ancaq ona çatır dedilər. Məmləkətin bütün problemlərinə sipər eləyiblər. Harda nə olsa yada düşür. Daha doğrusu, yada salırlar. Hər iki tərəfdən özü də. Mərkəzdə durub hamıya əl uzadan adamların əlin qırmaq tapşırığı verilib)


***

- Bax, qarabağlı olasan, həm də oxuya bilməyəsən... Belə dərd olar?

-Böyük dərddi, əlbəttə. Amma oxuma. Siz tərəfdə oxuyandı da hamı.

-Danışmağa da qoymursuz axı.

-Bizə qulaq asırsan ki? Danışan kimi marıqda durublar, hay düşür virtuala. Bizə də rəhmin gəlsin.Yorulmuşuq... Çox yorulmuşuq...Bu qədər zəhmətin cavabı belə oldu... Ağ deputatsan ee sən. Ağ şəhərlərə gedirsən – Ağdam, Ağcabədi, Ağsu, Ağdaş... Və sairə. Kef elə. Yoxsa o birilərin samalyotda canı çıxır – qara Avropanın qara şəhərlərində.

- Boş ver. Ad günüm yaxınlaşır.

-Heç yalan danışmayan adamın ad günü. Aldatmaca günündə.

- Hələ dilimə yalan gəlməyib.

-Hə, yalan danışmaqdı, şöhrət sevməkdi – bunlar sənlik deyil.

- Əlbəttə...

- Çatırıq deyəsən... Şirvan cənnətə döndü, yaddan çıxdı ...

-Çıxmaz!!!




İmza:

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-05-21
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK