hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: ÖLÜM MƏLƏYİ Adalet.az | Faiq QİSMƏTOĞLU: ÖLÜM MƏLƏYİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ÖLÜM MƏLƏYİ

4970    |   2019-03-01 11:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Biz çox şeydən qorxuruq və qorxmağımız heç də yaxşı deyil. Dünyada təkcə Allahdan savayı kimsədən qorxmaq olmaz. Allahı da qorxmaqdan çox sevmək lazımdır. Çünki sevgiylə yaşanan məhəbbət daha böyük və uzun ömürlü olur. O yerdə ki, Allaha sevgi var, o yerdə ki, insan Ulu Yaradana sığınır, orda həmişə haqq-ədalət və vicdan öndə olur...

... Ölümü də sevmək olar. Elə sevmək olar ki, onun gəlişiylə gedişini hiss eləməzsən. Əgər ölümü sevsən və bir gün o ölüm sənin qapını döysə, onu sevinə-sevinə, gülə-gülə qarşılayarsan. Ölümü hər adam sevməyi bacarmaz. Baş kəsib qan tökən zalım və zülmkar insanlar ölümdən çox qorxarlar. Onlar ölümdən qorxarlar və elə təsəvvür edərlər ki, heç vaxt ölməyəcəklər. Əllərinə fürsət düşən kimi başqasına zülm eləyər, haqqına girər və hətta onun qanını içməyə belə hazır olar. Belələri o dünyaya inanmaz və hər şeyin bu dünyada olduğunu düşünərlər. Və bir də zalım və zülmkar insanlar özlərindən savayı heç kimi düşünməzlər...

İnsanın başına nə gəlirsə ya tamahından, ya da cahilliyindən gəlir. Tamahı iti və cahil insanlar harda bir işıq gördü, harda bir ruzi gördü, ora birinci baş vurarlar. Və baş vuran kimi də elə özlərini düşünərlər, nə var hamısını qamarlayıb yeyərlər. Gözləri doymaz, bir az da nə varsa ehtiyat üçün yığarlar. Bir adamın nə qədər evi-eşiyi, pulu, qızılı olar? Dünyanın ən varlı adamları belə o varla, dövlətlə, ev-eşiklə, qızılla, gümüşlə onların başının üstünü kəsdirən ölümün qarşısını ala bilmirlər. Ölümün ki, vaxtı gəldi, harda olsa göyün yeddinci qatı, yerin dibinə belə çöksən gəlib səni tapacaq.

Allah-Təala hər insana rahat və xoşbəxt ölüm bəxş eləmir. Adam var ki, öləndə it kimi ulaya-ulaya ölüb. Adam da var ki, bir anın içində ağrısız-acısız Allahın dərgahına qovuşub. Biz hamımız rəbbimizdən gözəl ölüm arzulayırıq. Gözəl ölümü isə Ulu Yaradan ancaq əməli-saleh insanlara nəsib eləyir. Və kimin də əməli-saleh olub-olmamasını Allah-Təaladan başqa heç kəs bilən deyil. Ulu Yaradan kimin hansı əməl sahibi, ürək yiyəsi olduğunu onun sahibindən də gözəl bilir. Kimi dindirsən deyəcək ki, məndən yaxşı adam, məndən xeyirxah insan yoxdur. Hətta baş kəsib qan tökən və zülmkarlıq eləyən adam da özünü haqlı sayır. Əməlini onunla izah edir ki, mən düz eləmişəm, o adam ölümə layiq idi, onu da öldürmüşəm. Hansı ki, Allahın yaratdığını ondan savayı heç kəs öldürməməlidir. Allah onu yaratdığı kimi, bir gün də öz dərgahına aparır...

Mənim çox zəhmətkeş, halal və ömrü boyu alın təriylə yaşamış qayınatam vardı – rəhmətlik Nəbi kişi. O nə qeybəti sevərdi, nə də kiminsə haqqına girməyi. Və həmişə də hər açılan səhərə görə şükür eləyərdi. Bu kişinin 34 yaşlı oğlu Hilal Rusiyada göldə çimərkən boğulub ölür. Onun meytini rayona gətirirlər, kişi arvadını və qızlarını ağlamağa qoymur. Deyir ki, Allaha min şükür, onun meyitini gətirib kəndə çıxardılar. Bu adam bayaq dediyimiz kimi, hər gününə, hər anına şükür eləyən adam olub.

... Səhər-səhər yuxudan qalxır, namaz qılır, həyətdəki bağını gəzir və oğluna deyir ki, mən bir saatdan sonra öləcəm. Ona görə də heç kəs narahat olmasın. Və qızlarıma da hay-küylə xəbər verməyin. Oğlu Etibar döşəyi yerə salır, yastıq qoyur və kişi uzanır döşəyin üstünə. Ağzındakı protez dişlərini də çıxarır. Uzanmağı ilə Allahın dərgahına qovuşmağı bir olur. Özü də əvvəlcədən oğluna deyir ki, əllərimi, ayaqlarımı bir yerə yığarsan, sonra məni düzəldəndə çətinlik çəkməyəsiniz. Oğlu da onun dediklərini eləyir. Bax, bu Allahın Nəbi kişiyə qismət elədiyi gözəl bir ölümdür. O, Allahı sevirdi və Allahın göndərdiyi ölümü də sevgiylə qarşılayırdı. Bu cür ölümü Allah-Təala əməli-saleh insanlara qismət eləyir...

Biz insanların ən böyük günahlarından biri naşükür olmağımızdı. Yəni kefimizin kök vaxtında, işlərimizin rahat getdiyi məqamlarda, yaxşı pul qazandığımız anlarda Allahı yada salmırıq və naşükürlük edirik. Elə ki, çətinə düşürük, dərddən boğuluruq, bax, onda Allahı köməyə çağırırıq. Allahı biz yaxşı günlərimizdə xatırlamalıyıq. O ruzini, o bərəkəti verdiyinə görə, ona şükür eləməliyik. Biz nə eləyirik?! Biz isə şeytanın yoluyla gedirik. Birinə pislik eləyirik, birinin qanını itin qanına döndəririk, birinin torbasını tikirik, birinin də qeybətini eləyirik. Tay bilmirik ki, belə-belə işlərlə biz o adama yox, elə özümüzə quyu qazırıq. Yəni özgəsinə qazdığımız quyuya elə özümüz də düşürük...

Biz təkcə Allahı, Vətəni, övladlarımızı, əzizlərimizi sevməli deyilik. Biz həm də nə vaxtsa başımızın üstünü kəsdirəcək ölüm mələyini də sevməliyik. Və o ölüm mələyini sevə-sevə gözləməliyik. Böyük Ramiz Rövşənin çox gözəl bir şeiri var: "Şükür”. Elə həmin şeirin üç bəndilə də yazımıza nöqtə qoymaq istəyirik. Qoy naşükürlük eləyən, Allahdan qorxmayan və ölümü sevməyən insanlar bundan nəticə çıxarsınlar. Bizimki deməkdi, yada salmaqdı. Qalanları insanların öz işləridir. Tay biz onlara yol göstərə bilmərik:

Şükür hər ötən axşama,

Hər gələn sabaha şükür.

Şükür çiynimdə başıma,

Başımda papağa şükür.


Qapım döyülür deyəsən,

Cəlladmısan, əcəlmisən?!.

Hər kimsənsə, xoş gəlmisən,

Hər gələn qonağa şükür.


Buyur, boynumu baltala!..

Getsəm də torpaq altına,

Yenə də, lənət şeytana,

Yenə də, Allaha şükür!..



İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK