viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Əbülfət MƏDƏTOĞLU: ÖZ NAĞILLARINI YAŞAYAN VƏ YAZAN ŞAİR Adalet.az | Əbülfət MƏDƏTOĞLU: ÖZ NAĞILLARINI YAŞAYAN VƏ YAZAN ŞAİR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: ÖZ NAĞILLARINI YAŞAYAN VƏ YAZAN ŞAİR

Onun ürəyi bir dünyadı

4338    |   2019-01-07 17:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsan hələ özünü dərk etmədiyi andan başlayaraq, dünyaya qəribə bir maraqla, qəribə bir nəzərlərlə baxır. Çünki hər şey onun üçün təzədi, tərdi. Hətta əlini yandıran köz də... qulaqları eşitdiyi söz də... üzünə zillənmiş göz də... Bax, bu sıranı davam etdirsək, toxunduğu ilk oyuncaq da... duyduğu ilk hənir də, yanağına toxunan dodaqlar da... təmasda olduğu torpaq da.... evdə yandırılan lampa da... hürən it də... banlayan xoruz da... səs-səsə verən quşlar da... ətir saçan çiçəklər də... hətta içdiyi su da... Bütün bunlar o qədər maraqlı, o qədər qəribə gəlir ki, özündən başqa heç kimin bunları gördüyünə inanmırsan və beləcə, hər şey sənin üçün nağıllaşır və başlayırsan özünün ilk nağıllarını, ilk laylalarını, ilk bayatılarını, ilk qəhqəhələrini yaddaşına köçürməyə...

Yaddaşına köçənlər ömrün boyu sənin yol-yoldaşın olur. Çünki sən o nağılların içərisindən keçib gəlmisən... Və öz nağıllar dünyanı qurmusan. Təbii ki, bu bir insanın, bir Allah bəndəsinin dünyaya gəlişi ilə başlayan nağıldır. İllər keçir, həmin nağıl duyumu, fəhmi, istedadı, sözlə yaşamaq fərasəti və qabiliyyəti olanlar tərəfindən gerçək nağıllara çevrilir... hamının dinləyəcəyi, hamının oxuyacağı nağıllara. Bax, həmin nağılların həm qəhrəmanı, həm də bizə danışanları arasında Sizin yeriniz tamam fərqlidir. Çünki Sizin özünüzün bu dünyaya gəlişiniz etiraf etdiyiniz kimi - BİR NAĞIL İDİ... Axı o nağılı Siz yaşayıb, Siz sözə çevirmisiniz və yazmısınız ki:

Bu necə atəşdi yanır içimdə,

Bu oddan alışır, yanır içim də...

Yanğıma səpməyə su tapılmayır,

Sonuncu nəğməsin son nəfəsində

Son dəfə oxuyan Qu tapılmayır.

Mən o son nəfəsində o son nəğmənin də, hətta tapılmayan Qu quşunun da nə olduğunu, hansı anlamı verdiyini, hansı sözün qatlarında qərar tutduğunu az-çox bilirəm. Ona görə də bu nağıla axıra kimi qulaq asıram - özü də təkcə səbrlə yox, həm də maraqla. Elə düşünməyin ki, göydən düşəcək üç almanı gözləyirəm. Yox! Bizim almalar artıq üç deyil, altmışdı, altmış beşdi. Və deməli, onların nə vaxt silkələnib töküləcəyi Tanrı əlindədi. Əgər ömür ağacının budaqları o almaları saxlaya bilsə... Deməli, nağıllarımız seriallar kimi davamlıdır. Çünki:


Bir vaxt necə bəxtəvərdim,

Xoşbəxtlikdə tayım yoxdu...

Ata, ana, qardaş sağdı...

... Ta onlarlı ayım yoxdu.


Köçüb neçə dost-tanışım,

Eh... nə qaldı... nə danışım.

Dünyayla küsüm, barışım?

Yaşamağa hayım yoxdu...


Mən bu şeirə ona görə istinad edirəm ki, köçənlərin xatirəsini ürəyimizdə və çiyinlərimizdə daşımaq da bizim üzərimizə düşür. Üstəlik, oğul-uşaq, nəvə-nəticə haqqı da bu yükə naxış vurur, özü də göz oxşayan, könül sevindirən naxış. Ona görə də dünyaya gəlişi nağıl olan Allah bəndəsinin, xüsusilə söz sərrafı şairin məsuluyyəti də, çəkdiyi yük də ağır və böyük olur. Yazımın bu nöqtəsində onun nağıl dünyasından qopub yanına, görüşünə gəlirəm, üzbəüz dayanıram. Həmişə təmkinli və son dərəcə də məntiqli fikirlərilə mənə doğma olan, ruhumu ifadəmdən, hərəkətimdən dəyərləndirən Asim müəllimlə tanışlığımızın ilk anına nəzər yetirirəm. Və həmin anda xatırlayıram ki, söz adamları, şairlər ruhən qardaşdılar, doğmadılar. Ona görə də Asim Yadigarla mənim qardaşlığımın, dostluğumun yaşı sözə könül verdiyim andan başlayır. Bu hesabla ifadə etsəm, ən azı 50 yaşı var bu dostluğun, qardaşlığın. Və həmin o yarım əsri də biz öz nağıllarımızla şeirləşdirmişik.

Bu gün 65 yaşının kürəyini yerə vuran Asim müəllim mənim üçün tək qardaş, dost deyil. O həm də Azərbaycan ədəbiyyatında sözünü göyərdən, sözünün diri qalmasını təmin etməyi bacaran USTAD şairdi. Ona görə də mən onun 65 yaşına içimdən gəlib keçənlərin hamısını yazmaqda çətinlik çəkirəm. Onun barəsində yazılanların, deyilənlərin sırasında mənim yazdığım, dediyim çox kiçikdi. Bunu tam mənasıyla anlayıram. Bu səbəbdən də nə Asim müəllimin kitablarının, əsərlərinin adını çəkirəm, nə də onlara ədəbiyyatşünas qiyməti verirəm. Mən çox dəqiq də bilirəm ki, onun sözünün, kitabının qiymətini ədəbiyyat tariximiz verəcəkdi. Mən isə bu yubiley günlərində dostum-qardaşım Asim Yadigarla ən xoş arzularımı, ən xoş istəklərimi, Tanrıya çatacaq dualarımı bölüşürəm. Və demək istəyirəm ki, qardaş, özün yazmısan:


Sənə, mənə dərdi tanış, kədəri tanış,

Dörd bir yana çapdığımız kəhəri tanış,

Ayı, günü, hər axşamı, səhəri tanış

Bərk tutmuşuq ətəyindən - ətəkdi dünya.


Duyğusuzlar duya bilmir - duyğusu vardır

Tanrı qurub, pozulmayan qurğusu vardır.

Ürək kimi döyünür o, vurğusu vardır,

Ürəkliyə, ürəksizə ürəkdi dünya.


Bəli qardaşım, bu misralardan, bu fikirlərdən sonra bir anlıq mən də düşündüm:

- Bizim dünyamız elə bizim ürəyimizdir!.. Bütün əlamətləri, bütün cizgiləri, bütün yaşantılarıyla birlikdə. Mənim ürəyimin yaşantılarının bir fərqlənən, sevilən qəhrəmanı da Sizsiniz! 65 yaşınız mübarək olsun!

madatoglua@mail.ru


İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
SON XƏBƏRLƏR
2019-07-22
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK