Adalet.az | BUŞA ARXAYIN OLAN OSETİYASIZ QALAR Adalet.az | BUŞA ARXAYIN OLAN OSETİYASIZ QALAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BUŞA ARXAYIN OLAN OSETİYASIZ QALAR

(Hələ üstəlik Abxaziyasız da)

15807    |   2008-09-06 20:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qəzetlərdə oxuyuram, bizim siyasətçilər, politoloqlar hamısı deyir ki, Gürcüstan Rusiyaya qalib gəldi. Mən "Tarixi-Nadir"i nəinki bütöv oxumuşam, hətta Yunis Oğuzun "Nadir şah" pyesini də oxumuşam, amma bizim bu siyasətçiləri, politoloqları başa düşə bilmirəm. Gürcüstan necə qalib gəlib, kimə qalib gəlib, harda qalib gəlib ki, bizim xəbərimiz yoxdu. Abxaziya ilə Osetiyanı Rusiya öz sərhədlərinin içinə daxil elədi. Poti rusların əlində, Qori rusların əlində, Gürcüstanın şəhərlərini ruslar bombaladı, Tiflisi də bombaladı, Gürcüstanın bütün infrastrukturunu dağıtdı. Və Saakaşvilini də elə qorxutdu ki, bu nəinki Saakaşvilinin özünün, onun bərəlmiş gözlərini televiziya kanallarında müşahidə eləmiş yüz milyonlarla insanın da yadından heç vaxt çıxmayacaq.
   
    Gürcüstan qalib gəldi.
   
    Heç kəs döyüldüyünü etiraf eləməyib. Kimi dindirirsən, deyir həmişə mən döymüşəm. Əgər hamı həmişə döyübsə, bəs onda həmişə döyülənlər kim olub? Deməli, belə. İki nəfər dalaşır. Biri çıxıb o birisinin sinəsinə altdakının ağzını, üz-gözünü, başını darmadağın eləyir. Nəhayət, camaatın döyülənə yazığı gəlir, döyəni ondan aralayır. Döyülənin də bir qoluna Buş girib, bir qoluna Sarkozi, al-qanın içində, üz-göz mal təsi günündə, zorla nəfəs ala-ala döyənə deyir:
   
    - Get, get, sənə altdan bir dənə elə yumruq vurmuşam ki, üç gündən sonra bilərsən ağrısını. Sən yoxsan ey, ölmüsən, di get, adamı belə döyərlər ey.
   
    İndi politoloqlarımızın, siyasətçilərimizin Gürcüstanın qalib gəlməsini qəzetlərdə oxuyanda yadıma bu hadisə düşür. Bax, Saakaşvili belə qalib gəlib.
   
    ABŞ və Avropa dövlətləri Saakaşvilinin siyasi korluğundan çox ustalıqla istifadə edərək öz maraqları naminə Gürcüstanı "padotkoz" buraxdılar. Qırılan gürcü, dağıdılan Gürcüstan, gözləri bərələ qalan Saakaşvili, udan ABŞ və Avropa dövlətləri. ABŞ Saakaşvilini açıq-aşkar məğlub olacağı müharibəyə təhrik etməklə quşu gözündən vurdu. ABŞ-ın çox vecinəydi Gürcüstan, gürcü xalqı və yaxud Nodar Dumbadze. Polşada nüvə silahlarını yerləşdirmək haqqında sənəd imzaladı, hərbi gəmilərini Qara dənizə çıxartdı və yenidən Rusiya ilə Avropanı üz-üzə qoydu.
   
    Əvvəla, 10-15 gün müharibə aparmağa qüdrətin-gücün yox idisə, iqtisadiyyatın imkan vermirsə, əsgərlərin ən müasir tankları qoyub qaçacaqsa, şəhərlərini-kəndlərini bombalayan təyyarələri vurmağa qabiliyyətin çatmayacaqsa, beşcə günün içində ölkə bütünlüklə iflic vəziyyətinə düşəcəksə - müharibəyə getməkmi olar?! Bunun üçün prezident olmaq lazım deyil ey, adi bir kənd məktəbində "zavxoz" da bunu bilir. İnanmıram ki, Saakaşvili də ölkəsinin vəziyyətindən xəbərsiz ola. Yəni bunları o da bilib. Bəs onda nə idi?!
   
    Bəli, Buş deyib arxanda dağ kimi dayanmışam, sən başla, gəldim. Saakaşvili də Buşa inandı, başladı, amma Buş gəlib çıxmadı.
   
   
   
    Gəlmədi yar, gəlmədig
   
    Gəlmədi, gəlmədi,
   
    Gəlmədi, Buş, gəlmədig
   
    Hə, Buş da gəldi ey, çox gec gəldi, qarı filan, qapı bağlanıb. Özü də əvvəl bəyanatlarla gəldi. Tappa-turup Rusiyaya göndərdi bəyanatları, Avropaya göndərdi. Avropa da qoşuldu Buşun solosuna, züy tutdu bəyanatlarına. Bəli, ABŞ Avropaya bəyanat verirdi, Rusiya da bombalayırdı Gürcüstanı. Bərələ qoyurdu Saakaşvilinin gözlərini. Buş da deyirdi Saakaşvili, bərk dur, gəlirəm. Saakaşvili də nə qədər bərk dururdu, gözlər bərələ qalırdı.
   
    Əvvəla, bir söz var, yaxın qonşu uzaq qohumdan yaxşıdır. Vallah, Buş adamın lap əmisi oğlu olsun ey, çox uzaqdadı ey. O gəlib çıxanacan adamın şalvarını çıxarıb başına geyindirərlər.
   
    Və bir də deyirlər ki, Buşa ümid olan Osetiyasız, Abxaziyasız qalar.
   
    Dik Çeyni bilirsiniz niyə gəlmişdi?! Qəzetlərdə yazılanlar hamısı boş şeydi, politoloqların, siyasətçilərin dedikləri də "Gürcüstan qalib gəldi" deməsi kimi bir şeydi. Dik Çeyni gəlmişdi ki, görsün bizi də Gürcüstanın vəziyyətinə salmaq mümkündü, yoxsa yox?! Və qarpız gətirmişdi qoltuğumuzun altına verməyə, necə ki Saakaşvilinin qoltuğunun altına vermişdi. Amma mən televizorda baxırdım, Dik Çeynini yola salanda "oxranalarının" əlində iki dənə qarpız, qayıtdılar getdilər.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-08-15
2018-08-14


VİDEO