Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | "Hababam sinfi" haqqında bunları bilirdinizmi? Adalet.az | "Hababam sinfi" haqqında bunları bilirdinizmi? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Hababam sinfi" haqqında bunları bilirdinizmi?

3770    |   2018-12-06 11:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rıfat Ilqazın bu əsəri ilk dədə teatrda səhnələşdirilib. Səhnədəki adlardan ən tanınmışları Zəki Alasya və Mətin Akpınar idi. Onlar dəfələrlə bu tamaşanın filmə çevrilməsini təklif etmişdilər. Rejissor Ərtəm Əyilməzinsə məşhurlarla işləmək prinsipinə zidd idi. "Habab sinfi”nda çəkilən aktyorlardan təkcə Tarık Akan o vaxtlar məşhur idi. Onunla da Ərtəm Əyilməzin xüsusi bağı var idi deyə filmə çəkmişdi. Zəki Alasya ilə Mətin Akpınar başqa bir filmdə yüksək qonorar alacaqdılar. Bəs, yaxşı, Tarık Akanla rejissorun arasındakı bağ nə idi?

Tarık Akanın çəkildiyi filmlərin çoxunda obrazlarının adı Fərid idi. Ərtəm Əyilməzin dünyasını dəyişən oğlunun adı da Fərid idi. Ona görə də oğlu kimi sevdiyi Tarık Akandan çəkdiyi filmlərdə Fərid adı ilə oynamasını istəyirdi. Beləcə rejissor oğlunu yaşadırdı. Tarık Akan 12 filmdə Fərid adı ilə çıxış edib.

Əsərdə İnək Şaban və Mahmud xoca olmasa da, filmdə Münir Özqul və Kamal Sunal çəkilsin deyə bu obrazlar filmə əlavə edilib. Dəcəl İsmayıl əsgərlikdən qayıtdığı səhnələr təbiidir. O, həqiqətən də film çəkildiyi vaxt əsgərlikdə idi və məhz çəkiliş heyətini ziyarət üçün gəlmişdi. Onun üçün də əlavə səhnələr çəkilmişdi. Dəcəl İsmayıl obrazını canlandıran Əhəmd Arımanın filmlərdə çəkilməyinə səbəbkar Münir Özqul idi. Onlar ilk dəfə İzmirdəki bir sərgidə tanış olmuşdular. Əhməd Arıman əslində musiqiçi idi. Münir Özqul Əhmədi həmin sərgidə səhnəyə çıxarkən kəşf etmişdi.

Savaşdan danışan tələbələrin həmişə cuşa gətirdiyi Paşa Nuri xarakterini oynayan Sidqi Akçatəpə həyatda da "Qurtuluş savaşı” qazisi idi. Həm də Xalid Akçatəpənin atasıdır.

Birinci film həmin dövr çox maraqla qarşılandı və 28 həftə durmadan göstərildi.

"Hababam sinfi” və "Tosun Paşa” filmlərində eyni vaxtda rol oynayan Akül Öztuna "Tosun Paşa”nın çəkilişlərində dəvədən yıxılıb zədələnmişdi. Çəkilişlər qurtarandan sonra isə dünyasını dəyişmişdi. Ona görə də onun oynadığı səhnələrdə əskiklik var.

"Hababam sinfi oyanır”da məktəbdən qaçış planı çəkilmişdi yazı taxtasına. Bəs, o rəsmi kim çəkmişdi, bilirsiniz? Filmdə tələbələrdən birini oynayan Dilavər Gür. O, əslən mühəndis idi. Güdük Nəcmi ilə İnək Şabanın bir səhnəsi var. Güdük Şabanın atası kimi özünü qələmə verir və Şabana bir neçə şillə atır. Şillələr olduqca sərt imiş. Ona görə Kemal Sunalın təkrar-təkrar çəkilən bu səhnələrdə üzü qanayıb. Rejissor film təbii alınsın deyə şillələrin də sərt olmasını istəyibmiş.


Ərtəm Əyilməz çəkilişə gecikəni əsla bağışlamazdı. Hətta bir gün Tarık Akana və Ayşən Kurudaya tək ayaq üstündə dayanmaq cəzəsı da verib. Bütün aktyorlar ssenaridə yazılmış mətndən kənara çıxa bilməsə də, bircə Kamal Sunala buna görə icazə verilmişdi. Çox zarafatcıl olduğu üçün gülməli improvizələrilə obrazı daha da maraqlı edirdi. Məhz bu filmdə Kemal Sunalla Şənər Şən ilk dəfə eyni səhnədə rol almışdılar.

Rıfat Ilqazın yazı maşını almağa pulu olmadığı üçün "Hababam sinfi”ni yazılı qələmə almışdı.

Rıfat Ilqaza müsahibələrinin birində sual verirlər, necə olur ki, siz insanları bu qədər güldürə bilirsiniz?

Rıfat Ilqaz cavab verir:

- Əvvəllər insanları sübh çağı edam edirdilər. Vaxt yaxınlaşanda məhlədəki dükanlar açılmağa, satıcılar mallarını satmaq üçün müştəri səsləməyə başlayırdılar. Ailələr də üzlərində gülüş dolu ifadəylə küçəyə çıxanda edam olunan adamlara gülən bir camaat kimi görünürdülər. İndi mən də ölmüş bir təhsil sistemini göstərdim və hamı bu ölmüş sistemə baxıb güldü.



İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (100%)
"Arsenal" (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK