Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Faiq QİSMƏTOĞLU: ƏN UZUN GECƏ Adalet.az | Faiq QİSMƏTOĞLU: ƏN UZUN GECƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ƏN UZUN GECƏ

4240    |   2018-11-30 13:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Həkim diqqətlə oğlanı yoxladı. Və diqqətlə oğlanı yoxlayanda onun atası da, anası da gözlərini həkimə zilləmişdilər. Uşağın vəziyyəti həddindən artıq ağır idi, get-gedə də onun çöhrəsində zəiflik hiss olunurdu. Həkim başını qaldırıb diqqətlə onun üzünə baxan valideynlərə nəsə demək istədi. Ata da, ana da həkimə elə yazıq-yazıq baxırdılar ki, həkim də bunu hiss eləmişdi. Həkim ona yazıq-yazıq baxan ata-anaya qəti söz deməliydi. Çünki beş il etdiyi müalicə gəncdə heç bir gümrahlıq yaratmamış, əksinə, onun vəziyyəti daha da ağırlaşmışdı. Bunu ata da, görürdü, ana da. Ata-ana görürdü ki, onların gözünün qabağında 33 yaşlı oğlanları çöp kimi əriyir, gözlərinə əbədi bir kədər çöküb. Bunu ata-ana bilirdi, bilə-bilə də yenə Allah-Təaladan əllərini üzmürdülər.

... Həkim bir də diqqətlə rəngi avazımış və dodaqları səyriyən ata-anaya baxdı və sonra bütün gücünü toplayıb dedi:

- Mən sizi aldada biləmrəm. Artıq bu uşaqda həyat eşqi sönüb. Çox çətin ki, onu həyata qaytarmaq mümkün olsun...

Həkim bu sözləri deyəndə özü də pis vəziyyətə düşdü. Çünki heç bir həkim istəməzdi ki, onun xəstəsi belə ağlr duruma düşsün. Həkimin bu sözlərindən sonra atanın, ananın beli bir az da büküldü, dərdi bir az da ağırlaşdı, gözlərinə bir az da kədər çökdü. Elə bil göy uçmuşdu və bu uçan göyün altında qalmışdılar.

Ata özünü ələ aldı, bəd xəbərdən rəngi avazımış həyat yoldaşına "qorxma” dedi. Və onu da dedi ki, hər şey Allahın əlindədi. Bizim başımıza belə faciələr, ağır anlar çox gəlib. Yadındadı, mənim qardaşıma da Bakıda həkimlər ölüm diaqnozu qoymuşdular. Demişdilər ki, beş-on gün ömrü qalıb. Apardıq İstanbula, kardiocərrah Mehmet Saleh Bilal əməliyyat elədi, indi beş ildi yaşayır, yeyib-içir və yeri gələndə araq da vurur, siqaret də çəkir. Həyat yoldaşının bu təsəlliverici sözləri xanımının gözlərindəki sönmüş ümid işığını közərtdi.

... Oğlunu evə gətirdilər. Vəziyyəti xəstəxanadan qayıdandan sonra bir az da ağırlaşdı. Heç bir dava-dərman kömək etmədi. Hər gün ata-ana ağır durumda olan oğluna kömək edə bilmədiklərinə görə, özlərini qınayır, hər səhəri göz yaşlarıyla açırdılar. Elə bir gün olmurdu ki, bu evdə səhərlər ağlaşma olmasın... elə bir gün olmurdu ki, xəstə oğluna baxıb ürəkləri çat verməsin... Oğlanın isə vəziyyəti hər gün, hər saat ağırlaşırdı; heyi qalmamış, qüvvəsi tükənmiş və boğazından bir tikə də çörək keçmirdi...

Kənddəki maması oğlu Tehran xəbəri eşidən kimi özünü onlara çatdırdı. Uşağa baxıb ürəyi para-para oldu. Dedi ki, onu bu günə həkimlərdən çox siz salmısınız. Dəfələrlə yalvardım ki, aparım Təbrizə. Mənim orda yaxşı həkim tanışlarlım var. Bilmirəm ey, siz bu xarabada nə görmüsünüz? Görmürsünüz , bizim həkimlər sağlam adamların başına nə oyun açır? O ki, qala belə xəstə ola! Xərcini özüm çəkəcəm, canım çıxacaq özüm də aparacam. Təki mənə maneçilik törətməyin...

Maması oğlu Tehran onun maması uşaqlarının arasında ən imkansızı idi. Amma maması oğlu Tehranda heç kimdə olmayan böyük ürək vardı, mərdlik vardı. Kəndə getsə də bir gün də dincəlmirdi. Hər gün zəng çalır, Əminin vəziyyəti ilə maraqlanırdı. Və axırda da dedi ki, Təbrizlə danışmışam, sabah bizi gözləyirlər. Sən getməsən də özüm götürüb aparacam.

... Günlərin bir günü ata, oğul və mamaoğlu Tehran Təbrizə yollandılar. Uşağın vəziyyəti yolda bir az da ağırlaşdı. Tehransa uşağın qoltuğunun altına girib çiyninə götürdü. Bir əlində iri çanta, bir yanında da xəstə Əmin. Əmin də tez-tez dillənirdi:

- Tehran əmi, sənə qurban olum, sən Allah məni bağışla, əziyyət verirəm ey!..

Tehransa kövrələrək gözləri dolur və deyirdi:

- Əmin, sənə qurban olum, düz Təbrizə qədər səni boynumda apararam, amma uf da demərəm. Onu bil ki, mən səni hamıdan çox istəyirəm...

- Bilirəm, Tehran əmi, məni hamıdan çox istəyirsən. Çünki heç kəs ağır günümüzdə sənin qədər bizə yaxın olmadı. Amma sən mənə atam qədər bir yaxşılıq eləyirsən - dedi.

Tehran:

- Əmin, nə danışırsan? Mən səni bil ki, hamıdan çox istəyirəm ey, gör sənin toyunda nə eləcəyəm.

Bu sözlərdən sonra ilk dəfə idi ki, Əminin çöhrəsində gülüş göründü... İlk dəfə idi ki, Əminin gözlərində bir işıq hiss olundu... İlk dəfə idi ki, Əminin qəlbində bir sevinc baş qaldırdı...

Tehranın dostu Məhəmmədrza onları beş saata Təbrizə çatdırdı. Yolda bir-iki yerdə maşın saxladılar, çörək yedilər. Ancaq yenə Əmin nə bir tikə çörək yedi, nə də bir stəkan çay içdi. Çox təkidlərdən sonra bir qurtum çaydan aldı və sonra yenidən qəm dəryasına qərq oldu. Gözləri soldu, bənizi ağardı, əlləri buza döndü...

... Axşam saatlarında Təbrizə çatdılar. Vaxt itirmədən çətinliklə də olsa həkimin qəbuluna düşdülər. Professorun qəbuluna gəlmiş digər xəstələr də Əminin vəziyyətini görüb onu növbəsiz buraxdılar. Həkim diqqətlə Əmini müayinə etdi, təyziqini yoxladı, ürək döyüntülərinə baxdı, hətta çəkisini də ölçdü. Bütün müayinələri dəqiqliklə elədi. Əvvəlki reseptlərə və epiqreslərə baxdı və başını buladı:

- Bu oğlana səhv diaqnoz qoyublar və yalnış da müalicə ediblər. Düz bir saatdı onu müayinə edirəm. Epiqresdə yazılan diaqnozun heç biri təsdiqini tapmır. Əvvəlcə qəbul etdiyi qələt dərmanlardan təmizləməliyik. Bu bir ay vaxt aparacaq. Ondan sonra başqa müalicəyə başlayacağıq və dörd aydan sonra biz nəticə barəsində bir şey danışa bilərik. Uşağın başını tomoqrafiya etdirməli və qan analizi verməlisiniz. Ola bilər ki, uzun müddət qəbul etdiyi dərmanlar onda fəsadlar yaratsın. Allaha dua edin ki, analizlərin nəticəsi yaxşı olsun. Pis çıxsa, mənim də işim çətin olacaq. Analizlərin cavabını alan kimi, sabah yanıma gələrsiniz, mən də ona baxıb müalicə yazaram.

Ata, mama oğlu Tehran, Əmin mehmanxanaya qayıtdılar. Həmin axşam Əminin atası üçün ən uzun gecə oldu... həmin axşam Əminin atası səhərə qədər yatmayıb balası üçün Allaha dua etdi... həmib axşam Əminin atası ilan vuran yatdı, o yatmadı... həmin axşam Bakıda da Əminin anası Allaha dua edirmiş... Ən uzun gecənin axşamı dualar gecəsi idi və səhər açılmaq bilmirdi. Mehmanxananın birinci mərtəbəsindən şəhərə baxan Əminin atası düz səhərə qədər Allaha yalvardı. Və Allaha yalvardı ki, İlahi, sən bizi sınağa çəksən də axırda sevindir. Sən mənim balamı çətin vəziyyətdən xilas elə.

Səhəri gün analizlərin nəticəsi bəlli oldu və həkimlərin qəbuluna tələsdilər. Yenə xəstələr onları növbəsiz buraxdılar. Həkim diqqətlə analizlərin nəticələrinə baxdı və çöhrəsinə sevinc qondu:

- Şükür Allaha, beynində və qanında hec bir qorxulu xəstəlik yoxdu. 50-60 faiz bu oğlanın sağalacağına inamım var.

Professorun bu sözlərini eşidən Əminin atasının üzünə bir işıq gəldi:

- Professor, yəni onu həyata qaytarmaq mümkündür?!

- Həyata qayıdacaq, ancaq bir şərtlə: gərək müalicələrə vaxtında gəlsin. Xəstəlik də belə olanda müalicəyə tabe olur. Bir aylıq resept yazıram, dərmanları alıb müalicəyə başlayarsınız.

Atası bir az da sevindi:

- Həkim, bunu evləndirə bilərəm?

Həkim güldü:

- Hələ nərdivanın birinci pilləkəninə ayaq basmamış siz iyirminci pilləkəndən danışırsiniz - deyir. – Bir az səbrli olun, Allahın köməkliyi ilə hər şey yoluna düşəcək.

Ata özünü ələ alır və maması oğlu Tehranın, bələdçi Məhəmmədrzanın nəzərləri ona zillənir. Bu bir sakitlik və rahatlıq yaradır.

Həkimin yanından çıxıb dərman dalınca gedirlər. Yazılan dərmanların hamısını alırlar. Əminin Bakıda bir aylıq dərmanına 250 manat pul verirdilər. Təbrizdə yazılmış dərmanlara isə cəmi 30 manat pul ödəyirlər.

Hamısının ovqatı yaxşıdı. Bircə Əmin kefsizdi. Məhəmmədrza deyir ki, bir-iki saata mənzilbaşına çatırıq. Ancaq o qədər acmışam ki, sümüklərim də gizildəyir. Qarşıdakı yeməkxanada yaxşı quzu kababı veririlir. Orda maşını saxlayaq bir tikə çörək yeyək. Əmin buna razı olmur. Deyir ki, tez gedək evə. Ancaq Məhəmmədrza maşını saxlayanda bir söz demir. Hamısı düşüb yeməkxanaya gedir. Məhəmmədrza kababçının yanında durub şişlərə baxır və bildirir ki, bax, bu tikələrdən bizə kabab çək! 15-20 dəqiqəyə kabab hazır olur. Bir-bir gətirib kababları masanın üstünə qoyurlar. Elə şişdə kabablar səliqə ilə bir-birinin üstündə durub. Lavaşın arasına kababı çəkib yeməyə başlayırlar. Əmin də əlini şörəyə aparır. Yemək yeyən ərəfədə bir dərman qəbul edir. Ovqatı tamamilə dəyişir. Solmuş bənizinə qan gəlir, bumbuz əlləri bir azdan istiləşir, çöhrəsinə son vaxtlar görünməyən gülüş qonur. Hələ bir Məhəmmədrza ilə zarafatlaşır da. Onun açıldığını hiss edən Məhəmmədrza Əminin boş damarını tutur:

- Sənin elçiliyinə özüm gedəcəm. Gör sənə nətəri qız alacam ey. Bax, bu Tehran əminlə bir yerdə gedib sənə qız alacağıq.

...Evə qayıdanda Əminin gəldiyini eşidən qohum-əqrəba elə həmin axşam onların qapısısnı açdılar. İki gün əvvəl onu yola salanda da, elə indi də məəttəl qalmışdılar. Əmin iki gün əvvəlki oğlana bənzəmirdi. O heysiz, taqətsiz, sifətində gülüş donmuş oğlan tam dəyişmişdi: indi onun gözünə, ürəyinə qəlbinə bir işıq, bir nur gəlmişdi. İndi onun həm atasına, həm anasına, həm də özünə Allahın yazığı gəlmişdi. Allah onların oğlunu həyata qaytarmışdı, edilən duaları qəbul eləmişdi. Sönmüş bir gəncin qəlbində günəş doğmuşdu. Və bu doğan günəşə görə anası üzünü qibləyə çevirib deyirdi:

- Allah, sənə min şükür!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK