deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Bilmirəm, etdiyim oğurluqdur, ya yox? - Eminquey yazır Adalet.az | Bilmirəm, etdiyim oğurluqdur, ya yox? - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Bilmirəm, etdiyim oğurluqdur, ya yox? - Eminquey yazır

7064    |   2018-11-14 11:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dayanacaqdan bir az kənarda dayanıb havanı da, özümü də zəhərləməyə başladım. Avtobusun gəlişini gözləmək qədər sıxıcı heç nə yoxdu. Birdən Yadıma düşdü ki, kartda gediş olmaya bilər, yoxlayım. Aparata yaxınlaşdım, önündə bir-iki adam var idi. Biri kartını aparatdan çəkir, yenə yaxınlaşdırır, qəpik atırdı. Atdığı qəpik hesaba yüklənmirdi ki, yüklənmirdi. Aparat bir-iki dəfə qəpiyi dala qaytarandan sonra üçüncüdə bir də bunu təkrarlamadı. Yeməyin son dörd-beş qaşığında doyan uşaqlar kimi aparat da ağzını yummuşdu. Ürəyimdə dedim ki, "dayı, aparatı zorlayanda belə olacaq da”.

Kişinin əsəbləri tarama çəkilmişdi. Dözmədi, əsəbindən aparata bir yumruq ilişdirdi, sonra birini də. Sonra əl hərəkətləri ilə "sənin kimi aparatı...” ədasıyla aparatı təhqir də elədi.

"Ümidlər sonda ölür” deyimi ödəmə aparatının önündə özünü hər saniyə sübut edirdi. Kişidən sonra sıra bir qadına gəldi. Onun da qəpik atma cəhdləri puç oldu, aparat o qəpikləri də udub geri qaytarmadı. Kişinin də, qadının da atdığı qəpiklər kartlarına yüklənmədi. Qadın nə fikirləşdi, nə götür-qoy elədi, bilmirəm. Çantasını açdı, pulqabından diri bir manat çıxartdı, aparata yaxınlaşdırdı. "Cyuuuu, cyuuuu, cırrrt” deyə səs çıxarıb aparat manatı məmnuniyyətlə uddu. Qadının üzündə bir anda çiçəklər açdı. Manatı hesabına yüklənmişdi.

Açığı bir az dilxor oldum. Deməli, aparat qəpiyə qarşı kin bəsləyir, küsüb qəpik-quruşdan. Lobya supundan küsən adamlar kimi aparat da manatlıqları plov kimi, kabab kimi hop götürürdü. Cibimdə qalan yeganə 30 qəpiyim haqda düşündüm.

- Off, indi bu qəpiyimin taleyi necə olacaq? Bunu yükləyə bilməsəm bu boyda yolu evə piyada getməli olacam. Hava da soyuq. Əşşi, nə olar, olar e. Risk eləmək lazımdı.

... deyib kartı aparata qoydum. Əvvəlcə 10 qəpiyi aparata itələdim. "Danq”ıltı və ekranda balansımın 10 qəpik artdığını görüb sevindim. Aparat insafa gəlmişdi. Sevincək 20 qəpiyi də itələdim. Bu dəfə isə "Danq”ıltı və ekranda balansın heç vecinə də deyilmiş kimi ədası əsəblərimi yerindən oynatdı.

- Ay əclaf! 20 qəpik pul deyil? Hə? Nə özünü naza qoymusan? İndi balansımdakı 10 qəpiyin nə mənası var axı? Niyə mənim 20 qəpiyim balansa yüklənməyib səndə qalmalıdı?

Qadın kimi manatlığım da yox idi. Artıq iki avtobus ötürmüşəm, dayancaqda da adam qalmayıb. Özümə ürək-dirək verib başımı işlətdim.

- Hmm... Deməli, sənin qəpik götürən yerində problem var, hə? Mən indi sənin boğazını yeddiləyərəm. Darıxma.

Aparatın qəpik atılan yerində ilişib qalmış qəpiklər parıldayırdı. Amma necə oldu ki, bu basabasdan 10 qəpik üzü ağ çıxdı? Hələ də qaranlıq qalıb mənə. Cib darağımı çıxartdım. İki barmaq enliyində, kağız nazikliyində bir daraq. Aparatın qəpik yerinin ölçüsündə idi. Darağı həvəslə o qəpik yerinə saldım. Bir dəfə itələyib çıxartdım. Darağın qəpiklərə necə dəydiyini hiss elədim.

"Şaraqqq”...

Qəpiklərin aşağıya töküldüyünü gördüm. Qəribə hissdir. Əlimi atıb qəpikləri götürdüm, saydım. 80 qəpik idi. İştahlandım. Darağı ikinci dəfə itələyib çıxartdım. Bu dəfə də "Şaraqqq”... Əlimi atıb qəpikləri götürüb saydım. 70 qəpik də bu. Üçüncünü nə siz soruşun, nə də mən deyim.

1 manat 50 qəpiyim var idi. Cibimdə bir qəpiyim də qalmadığı vaxtda bu pulun aparatdan çıxmağı lap yerinə düşdü. Elə bil qapısı xarab olmuş bir otaqdan adam xilas eləmişdim. Allah bilir bu qəpiklərin neçə-neçə adamın üzündə peşmanlıq, təəssüf ifadəsi yaratmış. Amma indi mənim üzümdə sevinc, qələbə ifadəsi yaratdı.

Köşkə yaxınlaşdım, qəpikləri manata çevirdim.

Sonra yenə aparata yaxınlaşıb lotu-lotu manatı dürtdüm aparata.

"Cyu-cyu- cııırt!.

Balansımda 1 manat 10 qəpiyin olduğunu görüb sevincimdən göyə uçdum. Bunun şərəfinə ləzzətlə havanı və ciyərlərimi zəhərləməyə başladım. İndi deyəcəksiniz ki, bunun adını niyə demirsən? Deyim e, amma bu zəhrimarın üstünə yaman düşüblər, deyirlər ki, sağlamlığınıza ziyandır. Filmlərdə blur effektiylə gizlədirlər. Təsəvvür edirsiz, film davam edir, obraz bunu ağzına yaxınlaşdırır və birdən çənəsi itir, görünmür. Sonra bir yandan da ictimai yerlərdə çəkilməsi qadağan olunub. İndi mən yazımda bunun adını necəö birbaşa çəkə bilərəm? Cərimədən qorxan adamam.

Avtobusum ləzzətlə dönüb dayanacağa yaxınlaşdı.

Mən evə gedirəm, siz də özünüzdən və qəpiklərinizdən muğayat olun! Amanın günüdür, birdən aparat tərsliyinə salar, heç daraq da dadınıza çatmaz...




İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK