warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir film izle sakarya escort likit Adalet.az | Rusiya səfiri Gəncə Avtomobil Zavodunda Adalet.az | Rusiya səfiri Gəncə Avtomobil Zavodunda Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / AVTOMOBİL

Rusiya səfiri Gəncə Avtomobil Zavodunda

12756    |   2018-11-01 19:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və xanımı Olqa Boçarnikova oktyabrın 30-da Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində olub.

Müəssisədən verilən məlumata görə, səfirə ümumi fəaliyyət barədə məlumat verən zavodun direktoru Kamran Nəzərov bildirib ki, 2004-cü ildə Rusiyanın Naberejnı Çelnı şəhərinın OKA avtomobillərinin istehsalı ilə başlayan zavod sonradan Ulyanovsk avtomobil zavodu ilə əməkdaşlıq edib. 2015-ci ildən müəssisə Rusiyanın böyük avtomobil konsernlərindən olan Kamaz ATSC-ilə müqavilə bağlayıb və bu günədək əməkdaşlıq davam edir. K. Nəzərov Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq münasibətlərinin çox yüksək səviyyədə olduğunu qeyd edərək bu isti münasibətlərin Gəncə avtomobil zavodu ilə Rusiya şirkətləri arasında yarandığını da xüsusi vurğulayıb. Səfər şərşivəsində səfir M.Boçarnikova bildirilib ki, 2015-ci ilin sonlarında daha bir Rusiya avtomobil nəhəngi olan URAL avtomobil zavodu ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb və bu günə kimi 275 URAL ağırtonnajlı avtomobili istehsal olunub. Zavodun direktoru onu da vurğuladı ki, Rusiya şirkətləri ilə əməkdaşlıq müqavilələri nəticəsində Gəncədə 314 OKA, 317 UAZ, 273 KAMAZ avtomobili istehsal olunub. Diplomata o da bildirildi ki, ikitərəfli əməkdaşlıq istiqamətində bu gün də işlər davam etdirilir.

K.Nəzərov qeyd etdi ki, Gəncə avtomobil zavodu İB-i Rusiyanın digər böyük şirkətləri ilə də müəssisə əməkdaşlıq edir. Onlar arasında Qrabov Avtomobil zavodunu, "Stroydormaş” səhmdar cəmiyyətini, "Russkaya Stalnaya” şirkətini və digərlərini xüsusi qeyd etmək olar.

Zavodun fəaliyyəti ilə yaxından tanış olan Rusiyanın ölkəmizdəki səfiri Gəncə avtomobil Zavodunun nəzdnində olan uşaq baxçasında da olub. Burada yaradılan şəraitlə tanış olan qonaq öz xoş təəsüratlarını ifadə edib:

"Mən böyük maraqla zavodu gəzdim. Gördüm ki, bu müəssisə günü gündən inkişaf edir, yeni istehsal sahələri yaradır. Gəncə avtomobil zavodunda gördüklərim məni sözün yaxşı mənasında təəcübləndirdi. Müasir texnikalarla təhciz olunmuş bir müəssisədir. Zavodun istehsal etdiyi məhsullar Azərbaycanın iqtisadiyyatının inkişafı üçün vacibdir. Bir məsələ də məni çox sevindirdi ki, bu inkişaf tempində Rusiya şirkətləri ilə əməkdaşlıq da xüsusi yer oynayır. Bir də onu vurğulayım ki, burada mən gələcək perspektivdə ikitərəfli əməkdalığı gördüm. Bunun üçün Gəncədə hər bir şərait var. Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevlə görüşü zamanı ikitərəfli əlaqələrin inkişafından danışan zaman Gəncə avtomobil zavodunun adını qeyd etməsi və vurğulaması artıq bu müəssisənin gələcəkdə Rusiya şirkətləri ilə əməkdaşlığının daha da artmasına bir siqnaldır.

Gəncə avtomobil zavodunda yaradılan şərait, həyata keçirilən sosial proyektlər, zavodda işçilər üçün yaradılan şərait də məni təəcübləndirdi. Biz uşaq baxçasında olduq. Orada çox yüksək səviyyədə şərait yaradılıb. Uşaqlar üçün baseyn, müsiqi otağı, şahmat otağı, idman otağı yaradılıb”.




İmza:
SON XƏBƏRLƏR
2019-04-20
2019-04-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK