ANA SƏHİFƏ / YAZARLAR

Bələdiyyə sədri - Yılmaz Özdil yazır...

11617    |   2018-10-28 12:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Paris bələdiyyə sədri Anne Hidalqo, Parisin ilk qadın bələdiyyə sədri... Əslən fransız deyil, ispandır, 14 yaşından Fransa vətəndaşlığını daşıyır.

Avtomobil əleyhinə siyasət yürütdü, velosiped infrastruktrunu 400 kilometrdən 800-ə çıxardı, şəhərdəki nəqliyyat vasitəsini 30 faiz azaltdı. Beləcə, havadakı kirliliyi nisbətən aradan götürdü.

Bələdiyyə sədri Sena çayı sahilindəki prospektləri nəqliyyatdan ayırıb piyada yoluna çevirdi. Şəhərin sərhəddində bir milyon ağacdan ibarət meşə saldırır. Özü də Nyu-Yorkdakı Central Parkın beş qatı böyüklüyündə... Şəhərin borcunu azaltdı. Şəhər xalqının rəyi ilə hesablaşdı. Layihələr irəli sürür, tanıdır və xalqla məsləhətləşir. Paris sakinləri internet üzərindən səsverməyə qatılır, layihə bəyənilərsə, həyata keçirilir, bəyənilməsə səs çoxluğu nəzərə alınır.

Ödənişsiz muzeylərin sayını artırdı. Ödənişi çox olan muzeylərdə isə məbləğ azaldıldı.

***

Nyu-York bələdiyyə sədri Bill de Blasio... Atası alman, anası italyan əsilli...

İkinci Dünya Müharibəsində ayağını itirən qəhrəman atası alkoqolik olduğu üçün anasının soyadını götürməli olur. Həyat yoldaşı amerikan əsilli Şrilan lezbiyan olduğunu elan edən aktivist idi. İki orientasiyası fərqli insanlar rahib hüzurunda evləndilər. Evlilikdən iki uşaqları oldu, hər ikisi dövlət məktəbində oxuyur.

Marksist ideologiyaya sadiqdir. Hələ 26 yaşında olanda Amerikanın çirkin müharibə apardığı Nikaraquaya getdi, SİA-ya qarşı vuruşan Sandinista generallarının yanında yer aldı, daha sonra tibbi yardım paylanılmasında köməklik etdi.

2012-ci ildə Val Streeti işğal aksiyasına qatıldı, ordaca qandallandı.

"Varlı məhəllə, kasıb məhəllə ayrı-seçkiliyinə, iki şəhərin hekayəsinə son nöqtəni qoyacağıq”, "Vətəndaşlar arasındakı uçurum 11 Sentyabr hadisəsindən daha dəhşətlidir”, "Bu şəhər 1 faizin xüsusi mülkü deyil, bütün Nyu-York camaatının yaşayacağı, çalışacağı, ailəsini dolandıracağı yerdir”. – deyirdi.

İllik gəliri 500 min dollardan çox olan Nyu-York sakinlərinin vergilərini artırmağa başladı. Bu əlavə gəlirlə yoxsul ailələrinin uşaqları üçün körpələr evi, parklar açır.

İşə metroyla gedib-gəlirdi. Dünyanın ən varlı şəhərinin bələdiyyə sədridir amma... Özü də Broklyndə xudmani bir evdə qalır. Yaltaqlıq naminə özünü Nyu-York Yankessin azarkeşi kimi təqdim etmir, əksinə Nyu-Yorkun əzəli rəqibi Boston Redsoxun azarkeşi olduğunu söyləyir.

***

London bələdiyyə sədri Sadiq Xan... Pakistan əsilli, Londonun ilk müsəlman bələdiyyə sədri...

"Təmiz hava” sözü verdi. Seçki kompaniyasını məhv olmaqdan qurtardığı bir pubda başlatdı. Homoseksual evlilikləri müdafiə etdi. Şəhərin içindəki "velosiped nəqliyyatı”na rekord büdcə ayırdı.

Londonda 35 yaşdan aşağı olanların dörddə biri ev ala bilməyin imkansız olduğunu düşünürdü. Hər hansı bir diktatorun adamı olsanız, o zaman Londonda ev ala bilərsiniz. Sədr "bax bunu dəyişdirəcəyik” dedi. 40 yaşdan aşağı sakinlər üçün endirimli, müvafiq qiymətli ev satın almaq layihələri irəli sürdü.

London polis təşkilatı London bələdiyyə sədrinə tabedir. Deməli, şəhər əhalisi bələdiyyə sədrinə qarşı aksiya keçirmək istəyirdi. Buna görə London bələdiyyəsindən icazə alınmalı idi. O, polisə "gedin hamısını dağıdın, təzyiqli suyla qovun, gözlərinə zəhərli qaz üfürün” demədi, "aksiya onların haqqıdır” dedi. Aksiya iştirakçıları onunla əyləndilər. Və sədr insanların etiraz etməsinə icazə verdi.

***

Barselona bələdiyyə sədri Ada Kalou... Barselonanın ilk qadın bələdiyyə sədri...

Biseksual olduğunu açıqladı. Solçu, aktivist bir qadın...

İqtisadi böhran vaxtı "ipotekdən zərərçəkənlər qurumu” yaratmış, hökümət əleyhinə aksiyalarda iştirak etmiş, dəfələrlə həbsə düşmüşdü.

Sədrlik masasının arxasına keçəndə ilk işi bu oldu: sui-istifadəylə mübarizə.

Onun sözləridir: "Şəffaflıq hər şeydir. Xalqdan gizlənən tək avroluq xərcləmə belə qəbuledilməzdir”.

İşə bələdiyyə avtobusu ilə gedib-gəlir. Kirayədə qalır. "Adi insanam, adi insan kimi qalacam” deyir...


"Sözcü” qəzeti




YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK