Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Faiq QİSMƏTOĞLU: İKİ KASA XAŞ, YARIM LİTR ARAQ Adalet.az | Faiq QİSMƏTOĞLU: İKİ KASA XAŞ, YARIM LİTR ARAQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: İKİ KASA XAŞ, YARIM LİTR ARAQ

Yaxud «hər yer ədəbiyyat» deyənlərə söykək

6842    |   2018-10-16 12:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Bu millət ki var, çox mürəkkəb və özünü sevməyən millətdi. İnanmırsınız, gedin Üzeyir Hacıbəyovu, Mirzə Cəlili oxuyun. Amma bu o demək deyil ki, elə millətin hamısı bu gündədi. Yazıq Üzeyir bəy də, Mirzə Cəlil də, Əbdürrəhim bəy Haqverdiyev də, Mirzə Ələkbər Sabir də «millət, millət» deməkdən dilləri qabar oldu. Ha istədilər bu milləti, bu xalqı irəli aparsınlar, işığa tərəf çəksinlər, alınmadı. Əksinə, bu millət, bu xalq bir az da cəhalətə, qaranlığa yuvarlandı. Mollaya inandı, mütrübə bel bağladı, fala baxana üz tutdu. Və axırı da oldu belə…

İndi qadalarını aldığım bir neçə istedadlı gənc gözəl bir təşəbbüslə çıxış edib: «Hər yer ədəbiyyat» deyib. Bundan gözəl nə ola bilər? Ədəbiyyat işıq, nur, sevgi, məhəbbət, ədəb-ərkan mənasını ifadə edir. İndi gəlin görək, bu çağırışa, bu haraya nə qədər adam qoşulacaq. Beş nəfər də, on nəfər də, əlli nəfər də, lap yüz nəfər də qoşulsa min şükür! Hələ ki bu millətin içində işıq sönməyib. Hələ ki bu millətin yuxudan oyatmaq istəyən, ona sevgisini verməyə çalışan, ürəyinin atəşini ötürmək istəyən insanlar var. Bəlkə o insanların səsini kimsə eşidə...

Bizim millət «kitab» deyəndə bəzi insanlar ilandan qorxan kimi hisslər keçirir. Deyirlər ki, nə olur olsun, təki oxumaq, öyrənmək və elm dalınca getmək olmasın! Əgər biri təşəbbüs sürüb desə ki, gəlin səhər-səhər gedək xaş yeməyə, gör onda nə qədər insan ona qoşulacaq. Özü də xaş badımcan, sirkə turşusuyla çox əla gedir. İki kasa xaşla yarım litri bədənə elə vururlar ki, elə bil dünya həmin adamın olur. Xaşdan və araqdan sonra yaxşı da bir siqaret çəkirsən, ürəyinə yağ kimi yayılır. Bax onda özünü göyün yeddinci qatında hiss eləyirsən və kefin ala buluddan nəm çəkir...

Bizə vallah, Üzeyir bəyin sözü olmasın, qəzet, kitab oxumaq yaraşmır. Qəzet, kitab oxumaq bu millətə haram sayılıb. Bizimkilər yaxşı yalan danışa bilərlər, bir-birini aldada bilərlər, əmanətə xəyanət eləyə bilərlər. Bax, bunlar bizə yaraşır. Bizə tay nə yaraşır? Bizə o yaraşır ki, yoldaşı yarı yolda qoyaq, çörək kəsdiyimiz adama badalaq ataq, sevdiyimizə xəyanət edək, yaxşılıq eləyənə yamanlıq göstərək. Bizə belə şeylər uzun müddət yaraşıb axı. İndi bu cavanlar elə şey deyirlər ki, bəlkə də çoxları buna dodaq büzür, deyir ki, rəhmətliyin uşağı, siz də iş tapmısınız ey!.. Qoyun pulumu qazanıb çak-çukumuzu eləyək…

Bizim millətin də aydınları var, işığı var, haqq yoluyla getmək istəyən nurlu ziyalıları var. Üzeyir bəyin çox gözəl bir felyetonu yadıma düşür: «Biz nə tövür iş görürük». Felyetonun qısa məzmunu belədir ki, hər millət bir iş görməmişdən əvvəl gərək mərhələ-mərhələ addımlasın. Yəni nərdivanla pilləkənləri çıxasan. Çıxmazsan, yıxılarsan yerə, başın dağılar. Məsələn, başqa millətlər siçan boyda iş görəndə biz yuxuda oluruq. Onlar keçi boyda iş icad edəndə yatırıq. Eşşək boyda işlər hasil olanda mürgüləyirik. Camış boyda iş görəndə yenə yuxudan oyanmırıq. Dəvə boyda işləri həyata keçirəndə yenə öz hayımızdayıq. Elə ki, fil boyda əcnəbilər iş görəndə bax biz qəfil yuxudan oyanırıq və onların gördüyü işi həyata keçirmək istəyirik. İstəyirik fil boyda iş görək. Onun ayağını düzəldirik, yoruluruq. Dəvə boyda iş görəndə onun da ayağını qurtarmamış heydən düşürük. Deyirik bu bizlik deyil ey! Elə yaxşısı budur siçan boyda iş görək. Siçan boyda iş görürük, aramızdan bir pişik çıxır, onu yeyir.

Bax, biz belə iş görürük!..

Heç olmasa ay millət, qoyun siçan boyda iş görmək istəyən insanlar bir az sevinsinlər və onların düzəltdiyi, qayırdığı işlərə heç də badalaq atmayın, gözdən salmayın. Çünki bu dünya ki, var, çox qəliz bir dünyadı. Gərək hər şeyi balacadan başlayasan. Bax, burda da yenə yadımıza istedadlı şair Qürbət Əzizin bir misrası düşür: «Bu millət Allahın möcüzəsidi».

… Dünyanın işini bilmək olmaz. Bir də görərsən ki, kitab sevgisi, ədəbiyyat sevgisi bu millətin ürəyinə əbədi bir sevgi gətirdi, işıq gətirdi və bu işıq, bu sevgi də milləti it hürən tərəfə deyil, işıq gələn tərəfə apardı…




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK