Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Lenin və Atatürk - Ayxan Ayvaz yazır... Adalet.az | Lenin və Atatürk - Ayxan Ayvaz yazır... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Lenin və Atatürk - Ayxan Ayvaz yazır...

19031    |   2018-10-04 10:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Sovet İmperiyasının çöküşündən sonra iki azərbaycanlı Türkiyəyə gedir. Bir az gəzəndən sonra qarşılarına ayaqqabı boyayan balaca bir oğlan çıxır, üzü-gözü qap-qara. Biri çox qaba, ipə-sapa yatmayanmış, kimisə cırnatmaqdan ötrü ürəyi gedirmiş.

- Ay uşaq, ayaqqabımı təmizlə. – oğlana yaxınlaşıb.

Uşaq işə girişib. Bir azdan kişi başlayıb onunla məzələnməyə:

- Heç türk də kiminsə ayağına əyilərmi?

Oğlanın iki əlində tutduğu şotkalar tüfəngin lüləsi kimi kişiyə tuşlanıb.

- Bu nə demək, əfəndim? Mən haqqın qabağında əyilirəm, çörək qazanıram. Pis iş görmürəm ki?

İpə-sapa yatmayan kişini bu sözlər kövrəldir, üzündə güllər açır, oğlanın başını sığallayıb üzr istəyir. Amma cibindən pul çıxardıb uşağa uzadanda yenə biclik eləyir, onunla məzələnməyə başlayır, əsginası əlində yelləyə-yelləyə sırtıqcasına gülümsünür. Sonra bu əyləncəsindən usanıb pulu gülə-gülə yerə atır.

Bunu görən bir neçə millətçi kişini qabaqlarına qatıb əməlli-başlı danlamağa başlayırlar:

- Sən mənim dövlət sahibimin şəkli olan pulu necə yerə atırsan?

- Sənin heçmi millət, Atatürk sevgin yoxdur?

- Axı biz qardaşıq.

Mübahisə çox uzanıb. Kişi quyruğu qapı arasında qalmış pişiyə oxşayıb, bu vəziyyətdən necə çıxacağını düşünüb. Bu vaxt onun imdadına dostu yetişib:

- Əfəndilər, biz Sovet imperiyasının tərkibindən təzəcə çıxıb rahat nəfəs almağa başlamışıq. Dostum da bu pulun üstündəkini Leninin şəkli zənn edib. Ona görə də əsəbindən fırıldadıb yerə.

Millətçilər getdikcə soyumağa başlayıblar:

- Bu başqa məsələ!

- Halaldı belə millətçiyə!

- Vallah belə olduğunu bilsəydik heç vaxt bu təmiz qəlbli adama bu sözləri deməzdik.

Ara sakitləşəndən və millətçilər uzaqlaşandan sonra meydana kommunistlər girib:

- Sən bizim Lenini təhqir etmisən!

- Heç bilirsən Lenin necə böyük adam olub?!

- Lenin bütün kasıbların yanında olub həmişə!

Bu dəfə işlər fırıqdır: bunları susdurmaq daha çətindir. Nə desən, ağzından vuracaqlar.

Bu dəmdə millətçilər kommunistlərin üstünə düşür, əməlli-başlı dava düşür. Qışqır-bağır, söyüş, atılan yumruqlar.

İki azərbaycanlı tez aradan çıxırlar. Parka çatanda biri siqaret çıxarır.

- Mənə də ver.

- "Ostav” eləyək, başqası yoxdu.

Siqaret tüstüsü sükuta dolanır.

- Səncə, - gülə-gülə dostu həmin ipə-sapa yatmayan adamdan soruşur. – Atatürk böyükdür, yoxsa Lenin?

- O ayaqqabı boyayan.

- Onda Lenin böyükdür. – dostu gülür və onlar parkdan çıxırlar.



İmza:
SON XƏBƏRLƏR
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (78.95%)
"Neftçi" (21.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK