hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: HALAL ÇÖRƏK… Adalet.az | Faiq QİSMƏTOĞLU: HALAL ÇÖRƏK… Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: HALAL ÇÖRƏK…

7884    |   2018-08-31 11:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… O evin, o ocağın, o yurdun həmişə halal çörəyi olub. Və bu halal çörəyi Əli kişiylə Bilqeys arvad alın təriylə qazanırdılar. Alın təriylə qazanılan çörək yeyiləndə daha şirin olur. O şirinlik ki, süfrəyə qoyulan hər bir təam onların özünün əlləriylə hazırlanırdı. Bəhmənlidə bu ailəni hamı belə tanıyıb: halal çörəkli, namuslu, qeyrətli və heç kimlə işi olmayan! Əli kişiylə Bilqeys arvadın 9 övladı vardı. Sovet dönəmində bu 9 övladı böyüdüb boya-başa çatdırmaq, onlara tərbiyə vermək, oxutdurmaq elə də asan deyildi…

… O da asan deyildi ki, bu uşaqları yedirəsən, içirdəsən və məktəbə göndərəsən. Beş qardaş, dörd bacı zaman-zaman böyüyüb atalarına, analarına arxa oldular. Pambıq sahəsinə gedib alaq elədilər, pambıq yığdılar, həyət-bacada bostan-tərəvəz əkdilər, mal-qoyun saxladılar. Ataları və analarından gələn halallıq onların da qanında, əməlində özünü göstərməyə başladı. Beş qardaş – Süleyman, Mehman, Bəhmən, Şirvan, Natiq hər biri bu evə, bu yurda dirək idi. Hər biri atası Əli kişini, anası Bilqeys arvadı ağıl-kamallarıyla, savadlarıyla və zəhməkeşlikləriylə sevindirməyi bacarırdı.


… Onlar anlayırdı ki, ata-anası hansı çətinliklə boya-başa çatdırıb. Camaatın evində müxtəlif cür bahalı mebellər olanda Əli kişinin böyük oğlu Süleyman Tibb İnstitutuna hazırlaşdığı üçün evdə yazı lövhəsi (doska) düzəltmişdi. Bilqeys arvadda deyirdi ki, elə bizim mebelimiz də, soyuducumuz da, televizorumuz da bu yazı lövhəsidir. Bu yazı lövhəsi beş uşağın beşini də işıqlı yola aparırdı. Zarafat deyil, Sovet dönəmində Tibb İnstitutuna daxil olmaq hər adama qismət olmurdu. Özü də kasıb ailənin uşağı olasan, bu daha çətin idi. İndi ali məktəbə qəbul olmağa nə var ki. Test üsuludur, savadın var, heç bir çətinliyin olmayacaq. Suallara cavab yazıb istədiyin ali məktəbə daxil olacaqsan. Amma Sovet dönəmində belə deyildi. Sən «ağzınla quş tutsan» da qəbul imtahanları götürən müəllimlər halal qiymətini sənə vermirdilər. Amma Əli kişinin böyük oğlu Süleyman o yüksək qiyməti alıb Tibb İnstitutuna daxil oldu. Ondan sonra qardaşı Bəhmən də Tibb İnstitutunun tələbəsi adını qazandı. Sonuncu qardaş Natiq də yüksək qiymət alaraq həmin ali məktəbin tələbəsi adına yiyələndi. Bir kasıb ailədən sovet dönəmində üç həkim çıxdı və onların hamısı da həkim kimi eldə, obada böyük hörmət qazandılar, camaata, insanlara kömək əli uzatdılar.



… Uzatdılar ona görə deyirəm ki, böyük qardaş Süleyman həkim rəhmətə getdi. Ondan sonra Bəhmən həkim də avtomobil qəzası zamanı dünyasını dəyişdi. Ortancıl qardaş Mehmansa Bakı metrosunda baş verən terror aktı zamanı həlak oldu. Amma bütün bunlar Əli kişini ruhdan sala bilmədi. Düzdür, oğul itkisi, özü də bu cür oğul itkisi çox ağır idi. Ancaq Allah-Təala dərd verəndə səbr də verir. Axı bu ailə Allahın sevdiyi halal və zəhmətkeş ocaqdı…

Bizim uşaqlığımız bir məhəllədə keçib. Çünki hamımız Bəhmənlinin Kəbirli elindənik. Rəhmətlik Süleymanla, Mehmanla, Bəhmənlə o qədər futbol oynamışıq ki. Bəzən də dalaşmışıq, amma beş-on dəqiqədən sonra yenə qol- boyun olub «şirəlikdə» futbol oynamışıq...

… Bir dəfə Bakıya mən, rəhmətlik Süleyman və Bəhmən qatarda bir getdik. Səhər Bakıya çatdıq, onların kirayəşin qaldığı evə yollandıq. Rəhmətlik Süleyman bağlamanı açıb dedi ki, görüm nənəm bizə nə pay qoyub. O bağlamada toyuq soyutması, qatıq və doşab vardı. Artıq möhkəm acmışdıq. Günortaya yaxınlaşırdı. Süfrəni açıb ortaya qoyduq. Kənd toyuğunun soyutmasını çox ləzzətlə üç qardaş yedik. Sonra da qatığın üstünə doşab tökdük. Onu da şirin-şirin yeməyə başladıq. İnanın, həmin toyuğun soyutmasının dadı və qatıqla doşabın şirinliyi bu gün də damağımdan getməyib. Hər dəfə yadıma düşəndə rəhmətə getmiş Süleyman həkimə və Bəhmən həkimə dua oxuyuram və tez-tez də o yeməyi hazırlayıb bağlamaya qoymuş Bilqeys bibim yadıma düşür. Onun da ruhuna bir salavat çevirirəm. Bilqeys arvad mənim atamın əmisi qızı idi. O, qardaşı Pənah kişidən mənim atamı ayırmırdı. Deyirdi ki, Pənah da mənim qardaşımdı, Ərşad da mənim qardaşımdı, Qismət də mənim qardaşımdı.
Bu ailənin sevincini də görmüşəm, kədərini də hiss etmişəm. Sevincli və kədərli günlərində həmişə onların yanında olmuşam. Süleymanı itirəndə də, Bəhməni haqq dünyasına yola salanda da mən Əli əmimə, qardaşı Şirvana, Natiq həkimə təsəlli vermişəm və demişəm ki, onların hər biri bir evdən deyil, bir ocaqdan deyil, Bəhmənlidən gediblər. Kənddə həm Süleyman həkimin, həm də Bəhmən həkimin çox böyük hörməti vardı. İndi onların hər ikisinin övladı da həkimdilər.

Əli kişinin, daha doğrusu, Əli əmimin bir oğlu da var: Natiq Şükürov. Şükür Allaha ki, bu yurdda, bu ocaqda cavan olmasına baxmayaraq, belə bir səbrli, ağayana, ağsaqqal bir oğlan var. Düzdür, Əli əmimin 94 yaşı var. Amma 94 yaşı olmasına baxmayaraq, çox qıvarqdı. Bu gün də əlinə dəryaz götürüb ot çalmaqda cavanlarla yarışa bilər. Onun çaldığı otu heç kim bacara bilməz. Otu elə səliqə ilə, elə gözəl çalır ki, adam həmin anlara tamaşa etməkdən yorulmur...

Axı, Natiq həkimdən danışırdım. «Qurani-Kərim»də buyurulur: «Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlamaqla cavab ver». Sanki Natiq həkim uzun illər bundan əvvəl bu «Qurani-Kərim»in kəlamlarını oxuyub buna əməl edir. Çünki o, səbrli olmağı bacarır, savadlıdır, həmişə başqalarına əl tutur. Bu, böyüklükdür, Allah sevgisidir və kökdən, qandan gələn bir enerjidir. Mən həmişə Natiq həkimlə görüşəndə son dərəcə gözəl bir auranın şahidi oluram. Bəlkə özünün də xəbəri yoxdur. Onun çöhrəsində az adamda olan nur var. Səninlə söhbət eləyəndə çörəsində təbəssüm yaranır və o nur, o işıq sənin varlığına hopur…

Ümumiyyətlə, savadlı, ziyalı, dünyagörüşlü adamlarla söhbət eləmək şəxsən mənə ləzzət eləyir. Kimsə müxtəlif ləziz yeməklər yeyəndə zövq alır, amma mən əksinə, mənəviyyatı dolu, içi işıqlı, qəlbi nurlu adamlarla söhbət eləyəndə özümü göyün yeddinci qatında hiss edirəm, qəlbimin və ürəyimin nura boyandığını duyuram. O nur ki, hər adamda olmur. Qohumlarımın xətrinə dəyməsin, bəzən məni evlərinə qonaq dəvət eləyirlər, süfrə açırlar, ancaq qeybət elədiklərinə görə, mən o evə getmirəm, o çörəyi də yemirəm. Və çox vaxt da elə çörəyi qızımgildə yeyirəm. Nəvələrimin, balalarımın yanında olmaq, onların gülüşünü, sevincini görmək çox böyük xoşbəxtlikdir.

Natiq həkimin bir dəfə Füzuli rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Tapdıq Behbudovla bağlı çap olunmuş kitabda gözəl bir yazısını oxudum. Onsuz da mən bilirdim ki, Natiq həkim savadlı, ziyalı bir insandır. Amma bilmirdim ki, həm də onun gözəl qələmi, yazı üslubu, şirin dili var. O yazını oxudum mənə ləzzət elədi. Düşündüm ki, elə Natiq həkim də nə vaxtsa baş həkim olacaq.
Düşündüklərim müəyyən zaman kəsiyindən sonra öz təsdiqini tapdı. O, iki il bundan əvvəl Füzuli rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib. Qohumum olduğuna görə demirəm. Əxlaqına, tərbiyəsin, savadına və cəmiyyət arasındakı nüfuzuna görə, bu çox ədalətli təyinatdı. Düşünürəm ki, qısa zaman kəsiyində Natiq həkim ona göstərilən etimadı doğrultmağı bacarıb. Belə ki, səhiyyə sistemində möhkəm nizam-intizam yaranıb, imtiyazlı xəstələrin dava-dərmanları mütəmadi olaraq onlara çatdırılıb, qəbula gələn insanlar və pasiyentlər həkimlər tərəfindən diqqət və hörmətlə qarşılanır. Hər il əhalinin tibbi müayinəsi keçirilir, aşkar olunan xəstəliklər qeydiyyata alınır və onların müalicəsi həyata keçirilir.

Artıq Füzuli rayonunda çox möhtəşəm bir Mərkəzi rayon xəstəxanası inşa edilir. Çox güman ki, yaxın gələcəkdə həmin xəstəxana əhalinin istifadəsinə veriləcəkdi. Ümumiyyətlə, ölkə prezidenti İlham Əliyev digər sahələrdə olduğu kimi, Füzulidə səhiyyənin də inkişafına böyük diqqət yetirir. Natiq Şükürov səhiyyə sahəsindəki xidmətlərinə görə, prezident İlham Əliyevin sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilib. Təbii ki, bu yüksək mükafat Natiq həkimi daha məsuliyyətli olmağa ruhlandırır.

… O ocaq ki, həmişə halallıq üstündə yoğrulub, o ocaq ki, orda böyük-kiçiyə hörmət var, o ocaq ki, haram tikə görməyib və o ocaqda həmişə yeyilən çörək boğazdan çox rahat keçəcək. Çünki bu yeyilən çörək Əli kişinin, Bilqeys arvadın halallığıyla ərsəyə gətirilib. Deməli, kim nə deyir desin. Əgər kökdə, qanda, nəsildə halallıq və ədalət varsa, o həmişə sonrakı insanlara da ötürüləcək və öz bərəkətini, ruzisini daha da artıracaqdı…




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK