ANA SƏHİFƏ / AVTOMOBİL

Azərbaycanda bu avtomobillərə tələb daha çoxdur

17384    |   2018-08-29 10:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda dəyəri 100 min manatdan baha olan avtomobillərə tələb bazarda ümumi tələbin təqribən 15 faizi həcmindədir. Bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı qeyd edib ki, Azərbaycanda maşın bazarında dəyəri kifayət qədər baha olan, hətta bir milyon manata qədər olan avtomobillər satılır, ancaq bunlar kütləvi deyil, çox az saydadır və xüsusi sifarişlə gətirilir.

Ekspertin sözlərinə görə, Azərbaycanda avtomobil bazarında əsas tələbat qiyməti təqribən 8-15 min manat arasında olan avtomobillərədir.

O qeyd edib ki, qiyməti 40 min manatdan baha avtomobillərə tələb bir qədər aşağı səviyyədədir.

R.Osmanlı bildirib ki, bu amil Azərbaycana nəqliyyat vasitələrinin idxalında özünü göstərir: "Əgər rəsmi nümayəndəliklər il ərzində 40 avtomobil idxal edirsə, onun 35-i orta və ortadan aşağı qiymət kateqoriyasına aid olan avtomobillərdir. Yalnız 5-i orta qiymətdən yuxarı olanlardır".




İmza:
SON XƏBƏRLƏR
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK