viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Aydın BAĞIROV: “Neftçi” haqda... Adalet.az | Aydın BAĞIROV: “Neftçi” haqda... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Aydın BAĞIROV: “Neftçi” haqda...

8323    |   2018-07-20 14:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rəsmi açıqlanmayan, amma futbol menecerlərinin də təsdiq etdiyinə görə, Roberto Bordinin rəhbərlik etdiyi məşqçilər heyəti başda olmaqla, "Neftçi"nin bu yay təkcə əcnəbi transferlər üçün bağladığı illik müqavilələrə ayırdığı pulun məbləği milyonlarla manatla ölçülür.

O milyonu alanların, o milyondan faiz götürənlərin Azərbaycan futboluna verdiyi dırnaqarası "xeyiri” bu oldu ki, dünən "Neftçi” Macarıstanda "Uypeşt”dən 4 cavabsız qol buraxıb, Avroliqanı elə birinci mərhələdəcə tərk etdi.

Kamran Quliyev, kiçik qələbələrin sizdə yaratdığı eyforiya, başgicəllənməsi keçdisə, özünüzə gəlməyin zamanıdı artıq. Ən azı, çönüb yaxın keçmişi görməyiniz üçün.

Bəs, geriyə baxanda nə görünür?

Əvvəl Tərlan Əhmədov görünür. Onun mövsümün əvvəli "Neftçi”ni 1 xalla qəbul edib, mövsümün sonu da 46 xalla təhvil verməsi, "Neftçi”ni öz zəhməti, bacarığı sayəsində Avropa Liqasına çıxarması, müqaviləsi yenilənməli olduğu halda klubdan bihörmət şəkildə göndərilməsi görünür.

Sonra isə AFFA və SOCAR-da oturanların bir insana, bir futbol adamına, bir məşqçiyə qarşı edilən bu haqsızlığı susqunluqla, ya da məmnunluqla seyr etməsi keçir göz önündən.

Sonra?.. Sonra gözünü açıb Bordini görürsən. Bəs, Bordin kimdi? Məşqçi kimi titulu kirli oyunlarla da tanınan futbol ölkəsi olmayan Moldova çempionatının qalibi. Amma Tərlanı çıxarıb, yerinə onu qoyurlar. Bu vaxt başqa bir yerli məşqçi, gənc və potensialı yüksək olan Samir Abasov isə kənddə palıd ağacının altında oturub bizimkilərdən iş təklifi gözləyir.

Amma işi də, çörəyi də əcnəbiyə verirlər. O gələn məşqçi də deyir ki, mən transferə qarışmıram. Məşqçi transferə qarışmırsa, komandada söz sahibi deyilsə, əlbəttə, deməli, orda sadəcə, marionetka, yəni bir teatr kuklasıdı. Dünən o da 0:4-ün iştirakçısı, səbəbkarı idi. Amma tək səbəbkar odumu? Bəs, pərdə arxasındakılar? Bu lazımsız (Dabo xaric), biri beşinə, beşi də birinə dəyməyən futbolçuları ölkənin ən köklü klubuna gətirənlər?

Onlar da səbəbkar və günahkardı. Amma onlara cəzanı əlbəttə, SOCAR-dakılarla AFFA-dakılar vermir. Vermələri də bundan sonra nəyisə dəyişməyəcək. Bir də ki, daha ağır cəza – İlahi cəzanı artıq dünən alan aldı...

Kiminsə haqqına girməyin bir bədəli olur.

Geci-tezi var.




İmza:
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK