ANA SƏHİFƏ / AVTOMOBİL

Ötən il Azərbaycandan keçməklə 25 min tır yük daşınıb

30112    |   2018-03-13 16:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərbaycanın tranzit imkanları dəfələrlə genişlənib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib, Bakı-Böyük Kəsik dəmir yolunda əsaslı təmir aparılır”.
AzVision.azxəbər verir ki, bunuATƏTParlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda beynəlxalq konfransda iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. O xatırladıb ki, 2015-ci ildə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb.

"Bu, region ölkələri arasında əlaqələri gücləndirib. Həmçinin vahid tranzit tariflərinin tətbiqi istiqamətində işlər görülüb. Nəticədə, 2017-ci ildə Azərbaycandan keçməklə 25 min tır yük daşınıb. Ötən il həmçinin ölkə ərazisindən 10 milyon tondan çox yük daşınıb və bu da müvafiq olaraq 2016-cı ildəkindən 16 faiz çoxdur. Daşınan məhsulların 81 faizi neft və neft məhsulları, qalanları qeyri-neft məhsullarıdır. İpək Yolu layihəsi Orta Asiya ölkələrinin dünya bazarına çıxmasına, ölkəmizin logistika mərkəzinə çevrilməsinə səbəb olacaq. Azərbaycanın qonşu ölkələrlə ticarət əlaqələrinə, özəl şirkətlər arasında münasibətlərin inkişafına xüsusi diqqət yetirilir. İpək Yoluna üzv ölkələrlə ötən il ticarət dövriyyəsi 5,3 milyard dollar olub”.

N. Səfərov tədbir iştirakçılarınıBakının Ekspo-2025 sərgisinin təşkilatçısı olmasına dəstək verməyə çağırıb: "Azərbaycan həm ildə Şimal-Cənub Nəqliyyat Dəhlizi üzərində çalışır. Layihənin Azərbaycana aid hissəsi artıq tamamlanıb. Ümid edirəm ki, yaxın illərdə Şimal-Cənub Nəqliyyat Dəhlizi İpək Yoluna inteqrasiya olunacaq".




İmza:
SON XƏBƏRLƏR
2020-06-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK