ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: ŞUŞALI GÜNLƏR ÜÇÜN

Xəyyam müəllim bu istəklə yaşayır

13020    |   2018-03-12 13:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onunla Bakıda tanış oldum. Bu da bir həyat yazısıdı. Şuşada doğulub, Şuşada idman dünyasının qapısını döyüb, özünü tanıdıb, amma mən onu Bakıda fəaliyyət göstərən Şuşa Humanitar Kollecinin müəllimi kimi görüb tanıdım. Bu, əslində təsadüf deyildi. Ona görə ki, qızım o kollecin tələbəsi idi və mən də bir valideyn olaraq məktəblə təmas zamanı Xəyyam müəllimlə tanış oldum. Özünəməxsus qaynarlığı, ünsiyyət qurmaq qabiliyyəti və bir az da Şuşadan gətirdiyi yumor hissi onunla tanışlığımıza körpü oldu. Və beləcə, başladı Xəyyam Şirxan oğlu Əsədovla münasibətimiz. Yeri gəlmişkən onu da əlavə edim ki, bu işdə hər ikimizin dostu Salman Ağalarovun da xidməti danılmaz oldu. Təbiət etibarı ilə adamları bir-birinə yaxınlaşdırmağı bacaran Salman müəllim bizi o qədər doğmalaşdırdı ki, indi yüz illərin tanışları kimi görüşürük. Və o görüşlərin birində yazı-pozu adamı marağı mənə güc gəldi. İstədim ki, Xəyyam müəllimin həyat yolundan xəbər tutum, onun uğurlarından mətbuatda söhbət açım. Və belə də etdim...

Xəyyam Şirxan oğlu 1971-ci il avqust ayının 22-də Şuşada dünyaya gəlib. Elə burada da Hüsü Hacıyev adına 4 nömrəli orta məktəbin şagirdi kimi özünü müəllimlərinə, sinif yoldaşlarına, tay-tuşlarına sevdiribdi. İçindəki idmana maraq onu 1986-cı ildə 8-ci sinifi bitirərək Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olmağa həvəsləndirib. Və iki il bu texnikumda təhsil alan Xəyyam Şirxan oğlu elə həmin o iki ilin içərisində özünün nəyə qadir olduğunu sübut edə bildi. Yəni həmin iki ildə Xəyyam Azərbaycanın cüdo üzrə yığma komandasının ən fəal təmsilçilərindən birinə çevrildi. Respublkada keçirilən bütün yarışların iştirakçısı oldu. Hətta ümümittifaq və beynəlxalq yarışlara da qatıldı. Həm Bakı şəhərinin, həm də respublikanın şəhər və rayonlarının təşkil etdiyi birinciliklərdə öz ustalığını göstərdi. Onun sorağı Zaqafqaziya üzrə keçirilən cüdo yarışlarının təmsilçiləri sırasından gəldi. Qazandığı medallar, fəxri fərmanlar, diplomlar bu gənc idmançının böyük perspektivindən xəbər verirdi. Lakin hadisələrin inkişafı onu doğma Şuşaya çəkirdi. Çünki Qarabağ hadisələri başlamışdı. İndi Şuşanı qorumaq, Şuşanı qoruyanların yanında olmaq daha önəmli idi. Ona görə də Xəyyam doğulduğu gözəl cənnət məkana qayıtdı. Burada ilk dəfə olaraq cüdo üzrə yarışlar təşkil etdi. Bir idman müəllimi kimi onun ictimai fəallığı tezliklə öz bəhrəsini verdi. Yetirmələrinin sorağı Şuşadan xeyli uzaqlara gedib çatdı. Və bu yetirmələr Şuşada idman həyatının qaynarlığını bir az da artırdı...

Amma hadisələr getdikcə öz məcrasından çıxır, düşmənin Şuşa ətrafındakı yaratdığı gərginlik daha da ciddiləşirdi. Ona görə də Xəyyam Şirxan oğlu digər şuşalılar kimi silaha sarılmışdı. İndi o, Şuşanı qoruyanların biri kimi əldə silah səngərdə dayanırdı. Təəssüf ki, bütün cəhdlərə, müqavimətlərə baxmayaraq, Şuşanı qorumaq mümkün olmadı. Və Şuşanın süqutundan sonra Xəyyam müəllim Bakı şəhərinə qayıdası oldu. Burada ali təhsilini davam etdirib Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirdi. Ali təhsilli müəllim kimi 1995-ci ildə Şuşa Humanitar Kollecində fiziki tərbiyəçi vəzifəsində çalışmağa başladı. Bu gün də o bir pedaqoq kimi həmin kollecin tələbələrinin fiziki hazırlığını artırmaq üçün bacardıqlarını edir, əlindən gələni əsirgəmir. İki övlad atası olan Xəyyam müəllim hər söhbətimizdə qazandığı idman uğurlarından daha çox Şuşadan, şuşalı günlərindən danışır. Yeganə istəyi Şuşaya qovuşmaqdı. O, bir idmançı kimi komanda gözləyir. Şuşanın xilası üçün, Şuşaya qayıdış üçün veriləcək komandanı. Və bildirir ki, biz Şuşaya qayıdandan sonra görəcəyimiz işlər həddindən çox olacaq. Ona görə də fiziki cəhətdən sağlam gəncliyin gücünü yönəltmək, onların qabiliyyətindən istifadə etmək imkanlarını qoruyub saxlamaq lazımdır. Məhz bu addımlarla Şuşanın şöhrətinə idman şöhrəti də qata biləcəyik. Təki o günə qovuşa bilək!..

Bəli, zamanında keçmiş İttifaqın, eləcə də beynəlxalq yarışların keçirildiyi tədbirlərin arenalarını görmüş Xəyyam Şirxan oğlu ümidlə, inamla yaşayır, özü də Şuşa üçün, şuşalı günlər üçün! İnanıram ki, onun ümidləri çin olacaq. Çünki Xəyyam müəllimin istəyinin arxasında həm də bir gənclik eşqi, gənclik gücü dayanıb. Bu isə çox şeydən xəbər verir.





İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-22
17:29 ÜMİD
15:24 İNSAN


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK