ANA SƏHİFƏ / MÜSAHİBƏ

"Gənclər prezidentin ətrafında sıx birləşməlidirlər" - MÜSAHİBƏ

17805    |   2018-02-11 16:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az Gənclər Mərkəzi İctimai Birliyinin sədr müavini Elvin Hüseynovla müsahibə ni təqdim edir: 

Elvin müəllim, siz 2 Fevral-Gənclər günündə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin Gənci" mükafatına layiq görüldünüz. Bu uğuru necə qitmətləndirirsiniz? 

- Azərbayca Gəncləri ölkənin ictimai-siyasi həyatında çox yaxından və aktiv şəkildə iştirak edir.Bunu əminliklə deyə bilirəm çünki bir Azərbaycan gənci olaraq məndə bu proseslərin canlı şahidiyəm.Gənclər istər gənclər əşkilatlarının daxilində istərsə də ölkə daxili və xaricində olan tədbirlərdə könüllü olaraq fəaliyyət göstərir.Bunlara misal olaraq ölkədə keçirilən iri miqyaslı və beynəlxalq tədbirləri Bakı2015 Avropa oyunlarını , 2016 Formula 1 Avropa Qram-Prisini , Bakı 2017 İslam Həmrəyliyi Oyunlarını və həmçinin Azərbaycan Brendi olan "ASAN Xidmət" mərkəzlərində könüllü olaraq fəaliyyət göstərir və bir çox bilik bacarıqlara yiyələnirlər. Gənclərin il-ildən ictimai-siyasi həyatdakı aktivlikləri artır daha həvəslə fəaliyyət göstərirlər və yeni yeni gənclərdə bizim sıralarımıza daxil olur günü gündən bizim sıramıza daxil olan gənclərin sayı durmadan artır.Bunun başlıca səbəblərindən biridə budur ki il ərzində fəal olan gənclər diqqətdən kənarda qalmır. Buna misal olaraq Gənclər və İdman Nazirliyi tərəfindən "2 Fevral Azərbaycan Gənclər günündə "2017-ci ildə gənclər siyasəti sahəsində uğurlu fəaliyyətə görə" təltif edildim.Buda onu göstərir təmsil olunduğum və sədr müavini olduğum Gənclər Mərkəzi İctimai Birliyinin il ərzində olan fəaliyyəti , tədbirlərdə , ictimai şuranın iclaslarında iştirakı orda ki müzakirələrdə fəallığı həmçinin keçirdiyim layihələr daim diqqətdədir.



Gənc olaraq ölkədə həyata keçirilən dövlət gənclər siyasətini necə qiymətləndirirsiniz?

Bir ictimai fəal gənc olaraq ölkədə həyata keçirilən dövlət gənclər siyasətini çox müsbət qiymətləndirirəm.Bunun başlıca səbəblərindən biri budur ki ölkə rəhbərliyinin başda daima biz gənclərin yanında olan cənab Prezidentimiz və gənclərin mərkəzi icra orqanı olan Gənclər və İdman Nazirliyi biz gənclərin üzərində daima öz qayğıları və öz diqqəti vardır. Bildiyiniz kimi ötən il cənab prezidentin göstərişi ilə gənclər üçün bir neçə əhəmiyyətli hadisələr olmuşdur.Bunlara misal olaraq Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılması həmçinin cənab prezidentinin sərəncamı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı qəbul edilmişdir. Dövlət Proqramının məqsədilərindən biri Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində biz gənclərin fəal iştirakına şərait yaratmaq, gənclərin yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməkdir.


Bu bir daha göstərir ki ölkə rəhbərliyi biz gənclər daim diqqətdə saxlayır və bizim problemlərimizlə maraqlanır onların aradan qaldırması üçün əlindən gələni edir. Bundan əlavə bildiyiniz kimi 2011-ci ildə verdiyi fərmana əsasən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu yaradılmışdır.Fond gənclərin hərtərəfli inkişafında və cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə yaradılmışdır.Bundan əlavə il ərzində müəyyən kateqoriyalar əsasında qrantlar elan edilir.Sədr müavini olduğum və təmsil olunduğum "Gənclər Mərkəzi İctimai Biriyi"də elan edilən müsabiqələrdə daima iştirak edir. Gənclər Fondunun dəstəyi ilə biz ölkəmizin bir çox bölgələrində tədbirlər keçirmişik , bundan əlavə region gəncləri ilə daima sıx əlaqələrimiz olur.Biz daima regionlarda gənclərmizlə daima tədbirlərdə həmfikir oluruq müzakirələr edirik onların da bu tədbirlərdən kənarda qalmamsını və regionda olan gənclərin ölkə üçün necə əhəmiyyətli olduğunu daima bildiririk.

İlin gənci olaraq həmyaşıdlarını necə görmək istəyirsən?

- Həmyaşıdlarımı daha aktiv indiki aktivliklərində aktiv görmək istəyirəm.Çünki bütün iri miqyaslı dövlət və beynəlxalq tədbirlərin əsas komandası könüllülərdən ibarətdir. Bunuda qeyd etmək lazımdır ki könüllülər bu yarışlarda və layihələrdə əldə etdikləri bilik bacarıqları gələcək iş həyatlarında onlara əvəzsiz töhfələr verəcəkdir. Hansı könüllülər ki xaricdən gələn qonaqları ilk anlarından Hava Limanından qarşılayır və digər könüllü yoldaşlarına ötürür. Aktiv olmalıdırlar bəli çünki xaricdən gələn qonaqlarla ilk onlar qarşılaşır ilk və daimi müddət ərzində onlarla əlaqə olur müxtəlif suallar ətrafında danışırlar. Həmən zaman onlar Azərbaycan Həqiqətləri barədə : 1918-ci ildə baş verən kütləvi soyqırımı, Xocalıda və 20 Yanvarda əliyalın dinc sakinlərə qarşı edilən amansızlıqlar barədə məlumat verməli. Azərbaycanın sağalmaz bir yarası olan Dağlıq Qarabağ, İrəvan , Zəngəzur və s. əzəli və əbədi olan torpağlarımız barədə məlumat verməli. Sarı Gəlinimiz , Tarımız , Qavalımız, dünya şöhrətli olan Muğamlarımız barədə məlumatlar verməlidir.Bundan əlavə "ASAN Xidmət" mərkəzlərində könüllü olan zaman bir çox vərdişlərin öyrənilməsinə can atmalıdırlar ki hansı ki cənab prezident bunu hər bir çıxışındə daima vurğulayır : Vətəndaş məmur münasibətlərini 0-a endirimək , Korrupsiya hallarının qarşının alınması və yox dərəcəsinə gətirilməsi , xidmət zamanı operativliyin və peşəkarlığın artırılması. Çünki indi ictimai-siyasi fəaliyyətdə aktiv olan gənclər gələcəkdə Azərbaycan Respublikası na xidmət edəcək dövlət qulluqçuları, elm xadimləri, incəsənət nümayəndələri olacaqlar. 


Sonda qeyd etmək istəyirəm ki bildiyiniz kimi Aprel ayının 11-də növbədənkənar prezident seçkiləri keçiriləcəkdir. Bununla bağlı olaraq məndə gənc həmyaşıdlarımı bu seçkilərdə cənab prezidentimizə dəstək olmağı və bundan sonra onun ətrafında daha sıx şəkildə bir olmağa vahid olmağa dəvət edirəm. Mən bir gənc olaraq düşünürəm ki Azərbaycan xalqı xüsusilədə Azərbaycan gəncləri öz gələcəklərini etibarlı əllərdə , öz müstəqil siyasi xətti ilə dayanıqlı bir gələcək istəyirlərsə qarşıdan gələn seçkilərdə yekdilliklə cənab prezidentə səs verməli və ətrafında sıx birləşməlidirlər .


İmza:

"Azərbaycan hər kəsin təhlükəsiz, rahat yaşadığı bir ölkədir" - Müsahibə

Xalq yazıçısının qızı: “Atam bizdən gizlin ağlayırdı” - MÜSAHİBƏ

Elçibəyin oğlu: “Atamı çox qınamışam” - MÜSAHİBƏ

ÖMRÜN 75-Cİ BAHARI

Orxan Pamuk: “Tarixdə mənim qədər dəyişiklik görən çox az yazıçı var”

“Gənc yazarların qələminə verilən dəyər bizləri daha da ruhlandırır”

“BANM-ın məzunu olmaq çox qürurverici hissdir” - MÜSHAİBƏ

KÖKÜNƏ ƏYİLƏN XAN ÇİNAR - Əbülfət MƏDƏTOĞLU

“Bakı Ali Neft Məktəbi uğurlarımın təməlini qoydu” - MÜSAHİBƏ

"Özümü tanıtmaq üçün təhqir olunmalıyam" - MÜSAHİBƏ

İsgəndər Həmidov: “Şərəfsizləri, şöhrətsizləri, üzdəniraqları televiziyalara çıxartdılar” - MÜSAHİBƏ

Mirmahmud Mirəlioğlu: “Yüz qramdan sonra ağızlarına gələni yazırlar” - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2018-07-19
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK