ANA SƏHİFƏ / YAZARLAR

AVROPALAŞAN SAĞLAMLIĞIMIZ

59199    |   2013-03-30 07:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkədə hər bir vətəndaşın ən çox münasibətdə olduğu sahələrdən biri səhiyyədir. Hər evdə, hər ailədə həkimə, dərmana hər gün ehtiyac duyulur. Amma etiraf edək ki, səhiyyəmizin durumu, həkimlərimizin vəziyyəti, qəbul etdiyimiz dərmanların tərkibi və keyfiyyəti həmişə sual doğurur. Bugünlərdə Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada aparılması ilə bağlı qərar qəbul edilib...

Hər kəsə məlumdu ki, ölkəmizdə çoxlu sayda tibb müəssisələri fəaliyyət göstərir. Addıma bir aptek, klinika, "tibb ocağı", xəstəxana, "loğman" binaları qarşımıza çıxır. Artıq ərzaq mağazalarından çox aptekə rast gəlirik. Bu da təbii ki, tələbatın göstəricisidi. Amma bu tələbatımız ödənilirmi? Həkimlər, xəstəxanalar, oradakı özbaşınalıqlar, savadsızlıqlar, natəmizliklər, xəstələrimizin bu "bol" həkim ordusunu heçə sayıb, xarici ölkələrə üz tutmaları səbəbi haqda çox yazılıb, deyilib. Bu problemə əlac kimi, məsələn, İran İslam Respublikası ilə viza tətbiqi, yaxud ordan gətirilən dərmanlarla bağlı söylənilən fikirlərdənsə, əsl səbəbi əksəriyyət təşkil edən həkimlərimizin savadsızlığında, biliyin deyil, arxanın, köməyin, maddiyatın sayəsində iş başına keçən və insan taleyilə oynayanlarda axtarmaq lazımdı. Yazdığı bir müalicə üsulu alınmadısa, yenisini tətbiq edərək, insanlar üzərində "siçovul təcrübəsi" aparanlarda axtarmaq lazımdı. Gəliri üçün insanların can qorxusundan, inamından istifadə edənlərdə axtarmaq lazımdı. Adi müalicə ilə sağalacaq xəstəni ciddi əməliyyatla "soyan"larda axtarmaq lazımdı. Apteklərdə oxuya bilmədiyi reseptlərdə güman etdiyi preparatları xəstəyə sırıyan əczaçılarda axtarmaq lazımdı. Təbii müalicə adı altında ümidsizlərin son ümidini qıranlarda axtarmaq lazımdı. Nəhayət, bütün bunların məsuliyyətini Səhiyyə Nazirliyində axtarmaq lazımdı. Və maraqlıdı, bütün bunlar nazirliyin nəzarətindən çıxıbsa, o zaman Səhiyyə Nazirliyinin tabeçiliyində olmayan tibb müəssisələrində vəziyyət necədi?

Mən uzun illər şəkər xəstəliyi ilə əlaqədar olaraq poliklinikaya ayaq döyməkdəyəm. Hər il də "Dövlət Proqramına Daxil olan Xəstəliklər" seriyasından olan şəkərli diabet xəstələrinin üzləşdiyi problemləri yaxından izləyirəm. Varlı ölkə olan pespublikamızda nədən xəstələrin hər birinə düşəcək qədər, tutaq ki, insulin, verilmir? Hər ay neçə - neçə xəstənin əsəbdən şəkəri yüksələrək poliklinikanı tərk etdiyini görürəm. Baş həkimsə bunu, xəstələrin sayının günü - gündən artdığı ilə (?) əlaqələndirir. Amma apteklərdə insulin açıq satılır. Anlaya bilmirəm, "Dövlət Proqramına Daxil olan Xəstəliklər"in dərmanları çatışmır... Səhiyyə Nazirliyi xəstələr artdığı üçün çatdıra bilmir... amma apteklərdə satılır... və mən alıcısı olduğum Bakı, Xırdalan və Sumqayıtdakı apteklərin heç birində qiymət uyğunluğu görmürəm. Sanki tibb müəssisəsi deyil, bazardı, kim necə istəyir elə də satır. Halbuki bazarlarda qiymətlərin tənzimlənməsinə böyük ehtiyac var. Ehh, hələ tənzimlənəsi o qədər sahələrimiz var ki...

Son vaxtlar öd daşı xəstəliyindən əzab çəkən çoxlu sayda soydaşlarımızın əməliyyatla bu bəladan xilas olması həyəcan təbili çalınmasının vaxtı çatdığından xəbər verir. Xəstə bədən üzvünü kəsib pulunu almaqla işini bitmiş hesab edən "milli loğmanlarımız"ı bu qədər öd və böyrək daşının yaranması səbəbi narahat eləmir. Əksinə, belə xəstələrin artması onların da pulunun artması demək olduğundan səslərini çıxarmaq fikrində deyillər. Öd daşından əziyyət çəkən o qədər tanış - biliş, qohum-əqraba var ki, bir adam görən kimi içimdən sual keçir: görəsən bunun ödü var? O cümlədən də 2011 - ci ilin stasistikasına görə sayı 29 minə çatan və əsas hissəsini Bakı şəhəri əhalisinin təşkil etdiyi onkoloji xəstəliklər və getdikcə cavanlaşan şəkərli diabet xəstəliyi.

Gəldiyim bir nəticə var - bizdə rəqabət keyfiyyətə gətirib çıxarmır, əksinə xaos yaradır. Bu qədər həkim ordusu, saysız - hesabsız klinikalar, xəstəxanalar, apteklər xəstə sayının artmasına səbəb olur, nəinki azalmasına. Yadımdadı ki, sabiq səhiyyə nazirimiz özü xəstələnəndə xaricdə müalicə olundu. İmkanlılarımızın, vəzifəlilərimizin hamısının Almaniyada, İngiltərədə, İsraildə müalicə keçdikləri heç kimə sirr deyil. Bu, səhiyyəmizin səviyyəsini açıq göstərir.

Azərbaycanda apteklərdə dərmanların qiymət məsələsi barədə nazirlik nümayəndəsinin açıqlamasından: "Avropa ölkələrində dərmanlar üçün vahid qiymət tətbiq edilir. Ancaq Azərbaycanın qonşu ölkələrində bu, tətbiq edilmədiyi üçün bizim müəyyən qədər çətinliyimiz vardı". Yenə Avropa... Bu açıqlamanı hər kəs necə anladı bilmirəm, amma mənim burnuma qiymət artımı qoxusu gəlir. Birdən - birə on dəfə dərman qiymətləri artımını yəqin ki, xatırlayanınız var?

Ümumiyyətlə dərmandan imtina etsəkmi, nə deyirsiniz?

P.S. Artıq vakant yerlərə həkimlərin qəbul testinin ilk mərhələsi arxada qaldı. Xeyirlisi...

Fəridə RƏHİMLİ

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK