ANA SƏHİFƏ / YAZARLAR

Qəbiristanlıq şairləri

Emin Akif

6210    |   2018-02-01 17:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cem Yılmaz deyir ki, mən əvvəllər də bu cür zarafatlar edirdim, hazırcavab idim. Amma mən nə vaxt ki səhnəyə çıxdım, işimdən pul qazandım, o vaxt ailəm məni ciddi qəbul elədi. İndi bizdə vəziyyət eynisidir. Bizdə üstəgəl, yaş məsələsi də var. Əgər yaşın azdırsa, tutaq ki iyirmi yaşın varsa, otuz yaşlı şairdən on il daldasan. Yəni sən hələ cavansan, guyammış heç zad görəmməzsən. Şairlik elə otuz yaşa kimi həll olunan məsələdir də, ay adam. Məhz gənc yazar ifadəsi də burdan yaranıb. Ki, lazım gələndə şairin, yazıçının yaşını təcrübəsinə büküb soxsunlar gözünə.

Bir tanış var, dörd il qabaq zəng vurmuşdu ki, şair, yeni biznes tapmışam. Keçək ölülərin vəziyyətinə baxmağa. Yeraltı səltənət bizə baxsın. Məzar daşlarına yazılan şeir biznesinə girişək. Şeirin birini 100 manatdan danışaram, 70-i sənin, 30-u mənim. Soruşdum ki, qardaş, yaxşı, bəs, müəllif hüquqlarımı kim qoruyacaq? Qayıtdı ki, aləmsən e, gündə üç qəbir tutsam, 210 manat xeyrin var, maya tələb eləmir, vergi tələb eləmir. Aya ölüsü beş min qazanassan. Gündə biri özünü asır, biri infarkt olur. Allah gül kimi biznes quruban verib bizə. Çörək səpələnib e ətrafa, sadəcə, yığmaq lazımdı. Razılaşdım.

Birinci qəbirin yiyəsinin boyu balaca idi. Sən demə, kiminsə arvadına sataşıb, bıçaqlayıb öldürüblər. Molla pıçıldayıb demişdi biznes ortağıma. Buna şeir yazdım ki:

Qeyrətin, şərəfin boyunca idi,

İnsanlıq hissin də doyunca idi,

Gəldin, bu dünyada iz qoydun, getdin,

Öldün, arxanca da göz qoydun, getdin.

Ölənin doğmaları zəng vurdular ki, ala, yekə kişisən, bu nədi, ələ salmısan bizi? Sən söz soxursan, yoxsa? De, görüm, nə demək istəyirsən? Gördüm, biraz da getsə o ölənin qəbrini açıb yanına məni də soxacaqlar, mən də başladım, nə başladım. Dedim, alə özünsən, nədi? Bəs, nətər olur, alə, min cür oğraşlıq edən dostunuzun toyunda meyxanaçı çağırıb onu təriflətdirə bilirsiz, indi mən yazanda sənə toxundu? Get, halvanı ye, şükür elə.

Sonra gələn zəngləri açmadım. Biznes ortağımı da qəşşəngcə pazlayıb sağollaşdım. İki ay keçəndən sonra rast gəldik, soruşdum ki, noldu o işin axırı? Deyir, şair, məni elə döydülər ki, gedib ölən kişini də görüb qayıtdım bu dünyaya.

Bəli… Məzar üstü şeirlər yazan o qədər şair var ki, hamısını bir yerə yığsan bir yekə qəbiristanlıq çıxar.

İnsanlar özlərini təsdiq etmək üçün bir yer axtarırlar. Müğənni olsa, gərək yaxşı pulu ya da daydayı ola ki, tutuzdura, gündəmdə ola. Aktyor olsa, məcburdur ki, keyfiyyətsiz seriallara çəkilib hər gün camaatın gözünü mazol edə. Sıranı davam da edə bilərəm. Xülasə, ən sərfəli yer ədəbiyyatdır. Qurşaqdan aşağı şeirlər yazıb həm bəzi qadınların diqqətini cəlb edə bilərsən, həm də ən azından beş-on nəfər səni şair deyib çağırar. Qurşaqdan aşağı şeirlərin ucalar da. Ucalar mikrofunun başına kimi hansısa toyda. Sağlığına içib sənin mənasızlığına əl də çalarlar.

Belə şairləri başı kəsilmiş toyuğa bənzədirəm. Heç başı kəsilmiş toyuğun əlindən çıxıb qaçdığını görmüsən? Mən görmüşəm. Biraz qaçıb sonra da canını tapşırıb. Bax, bu istedadsız şairlər də elədir. Bir müddətdən sonra canlarını tapşıracaqlar. Şeir ürək məsələsidir. Məsələn, ürəyə gedən damarlarda kirəcləşmə aşkarlananda damara süni kapron damar yeridirlər. Vaxt keçir, bir neçə ilə o kapron damarlar qanın yolunu açır, özü də damara çevrilir və adam infartk olmaqdan canını qurtarır. İndi bu şairlər də infartk olmuş adamlardır.

Xülasə, şeri dünyada vəkili olmayan yeganə günahkardır. Mətn özü özünü müdafiə edəcək, şairə ehtiyac yoxdur.




İmza:

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK