ANA SƏHİFƏ / YAZARLAR

Nicat Novruzoğlu: MƏSLƏHƏTDİ...

12841    |   2018-01-10 17:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu məsləhət yaxşı şeydi. Bir-birimizə ötürdüyümüz bəlkə də ən yaxşı şeydi. Özü də pulsuz-parasız. Bir o pullu məsləhətxanaları çıxmaq şərtilə. Orda məsləhət pulludu. Orda məsləhətin ət hissəsindən yapışıblar.

Hamı bir-birinə məsləhət verir. Tükənmir məsləhət. Nə məsləhət verənimiz bitir, nə də ki, məsləhət istəyənimiz.

O qədər məsləhət var ki, yazdıqca da bitmir. Hamı məsləhət yazır. İnanmırsız? İnamınızı bərkitmək üçün qəzetlərə, saytlara, jurnallara, kanallara baxın. Bütün günü məsləhətdi. Biri deyir yeməyi belə bişir, digəri arıqlamaq üçün məsləhət verir, digəri necə ərə getməyi, digəri boşanmağı, digəri kişiliyi və s.

Məsləhət ömrümüzün, günümüzün havasıdı.

Həm də deyirlər ki, vaxtı ilə donumuzun da gen olması məsləhətdən olub. Amma deyəsən artıq o məsləhət dəyərini itirib. Donlarımız daralıb. Daralmağı bir yana, hələ cırılıb da. Cırıq və dar don məsləhətsiz tikilənlərdi. Məsləhətli don gen olar.

Bir iş görmək istəyirsənsə mütləqdir ki, gərək bir neçə adil kimi görsənən insanlardan məsləhət alasan. Çünki bu zəmanədə hara üz tutsan gərək ki, işini əvvəlcədən elə qurasan ki, qurub axırına çıxa biləsən. Yarıda ilişib qaldınsa, birinci qınanılacaqsan ki, bir məsləhət edəydin də. Ona görə də məsləhətdən və bir də məsləhətini xərcləyən adamlardan bərk yapışın.

Mənim də tanıdığım bir məsləhətşünas var. Qonşumdu. Köhnələrdəndi. Dünyanın bicliklərindən başı çıxan adamdı. Qonşulardan kim nədən və ya nə çətinlikdən söhbət edirsə, çevrəsində kimin dayanmağından asılı olmayaraq gözü həmən məsləhətçidə olur. Və heç kim də ondan əvvəl hansısa bir məsələynən bağlı məsləhət vermir. Çünki sınanılmış məsləhətçidi. Məsləhəti tez-tez tutanlardandır.

O gün qonşulardan biri qalmışdı girinc. Bilmirdi hamilə arvadını hansı doğum evinə aparsın ki, övladının gəliş xərci az çıxsın. Məsləhətçi sandığından elə məsləhətlər çıxartdı ki, bəlkə də səhiyyə nazirliyinində heç bundan xəbəri yoxdu. Doğacaq qadının kişisini elə məslətləndirdi ki, qonşu onun şərəfinə uşağının adını Tövsiyyə qoydu. Tövsiyyəni cibə münasib yerdən ölkəyə gəldiyi üçün.

Sonra o biri qonşumuza da uşağının bağça işi ilə əlaqədar elə məsləhət verdi ki, o uşağını bağçaya 500 manata yox, 300 manata qoydu. Özü də düz metronun yanında. Uşağı aparıb gətirmək işi də düzəldi.

Bir məktəblinin valideyninə də dedi ki, bayramda övladına de məktəbin tədbirində Cəlilabad mahnısını oxusun. Direktor oralıdı. Uduzmazsan. İndi həmin qonşumuzu qoyublar Komitəyə sədr. Valideynlər Komitəsinə.

Belə misallar onlarcadı. Elə buna görə də yapışmışıq o məsləhətçidən.

Tək biz yox, elə bütün dövlət qurumları da yapışıb məsləhətçidən. Hansı nazirliyin, komitənin kadrlarının vəzifəsinə baxsan hərəsində bir məsləhətçi sözü var. Hamısı məsləhət verir. Onlar hələ bölünürlər də. Baş məsləhətçi, aparıcı məsləhətçi, yarıyolda qoyan məsləhətçi və s. Bunlar məsləhət verəndirsə bəs işi görən kimdi görəsən?! Onu yəqin ki, məsləhətləşməyiblər. Məsləhətsiz görülən işdən də ki, xeyir olmaz.

Məsləhətli aş dadlı olar. Bunu atalar deyib. Atalar aşı məsləhətlə yeyib və faydasını görüblər ki, deyiblər də. Aş yeyəndə məsləhətləşin.

Əgər kiminsə bostanına daş atası olsanız yenə də məsləhətləşin ki, daşınız uzaq getsin.

Əgər kimnənsə məsləhət gözləsəz və ya istəsəz, o Sizə məsləhətini çox görsə, onu da qınamayın. Çünki mal onundur. İstəmir ki, məsləhətini bölüşsün.

Bu gün məsləhət elə bil silahdır ki, hamı üstündə daşıyır. Və hamı da bu silahdan istifadə edir. Ona atır, buna atır. Arada özünə də atır. Bu davada hərənin öz silahı, öz məsləhəti var.

Məsləhətlərə qulaq asın!.. Bilin ki, belə MƏSLƏHƏTDİ...




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2018-10-19
2018-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi iri supermarketdə alıcı qadınlardan birinə yaxınlaşır:
- Bağışlayın,mən buralarda həyat yoldaşımı itirmişəm. Sizin köməyiniz lazımdı, mənə beş dəqiqə vaxt ayıra bilməzsiniz?
- Necə?!
- Bilirsiniz ,gəlin bir az söhbət eləyək ,sınamışam ,mən nə vaxt qəşəng qadınla söhbət eləmişəm ,mənim yoldaşım tez tapılıb. Qəfil hardansa üzə çıxıb ,başıalovlu kimi bizə yaxınlaşıb...




digər lətifələr
ARXİV
FACEBOOK