ANA SƏHİFƏ / YAZARLAR

ƏBÜLFƏT MƏDƏTOĞLU: YADDAŞA DÜŞƏN İŞIQ

Əbülfət MƏDƏTOĞLU

23869    |   2017-12-22 15:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

O, qatı dumanı da yarır

Hər bir yaranışın təbii ki, sonu da var. Necə ki hər bir sonun yaranışı olduğu kimi. Və yaranışla son arasındakı məsafə təkcə Yaradana məlumdur. O məsafəni keçənlər, ölçənlər onun hansı uzunluqda, hansı boyda olacağını heç vaxt bilmirlər. Bəlkə bunun özü də Yaradanın bizlərə bir lütfüdü. Yəni biz ömür yolumuzun boyunu, ölçüsünü bilsəydik, onda vaxtından öncə ürəyimiz partlayardı. Axı, o tarix bəlli olsa, bizim gözümüz saatda, fikrimiz təqvimin çevrilən vərəqlərində olacaqdı. Bax, böyük Yaradanın bizi bu üzüntüdən qoparan ədalətli qərarı ömrü mənalandırır. Təbii ki, onun mənasının dadını, duzunu insan ağlı, insan idrakı müəyyənləşdirir. Yəni artıq normal insan özü həyatın qədrini bilməyə, həyatsevərliyi ilə həyatı şərəfləndirməyə çalışır. Və beləcə, yaşanan ömür yaddaşa, kitablara yazılmaqla tarixə, hətta xatirəyə çevrilir. Və...…

Bəli, hər dəfə şənbə gününün köşə yazısını bilgisayara diktə etməyə başlayanda öz-özümə düşünürəm; bütün bu yazıların heç olmasa bir cümləsi, bir fikri, bir sözü harda, nə vaxtsa iynə ucu boyda işartıya çevrilə biləcəkmi, xatırlanacaqmı? Sual həqiqətən düşündürücüdür. Və düşündürücü olduğu qədər də məntiqlidir. Axı, görülən işin bir faydası, bir əhəmiyyəti olmalıdır. Özü də təkcə bir an üçün, bir gün üçün yox, müəyyən zaman kəsiyi üçün. Və bu zaman kəsiyinin içərisində də yaşam görünməlidir, ömrün anları kino lenti kimi göz önündən gəlib keçməlidir. Onda təbii ki, arxada qalanların, tarixə, yaddaşa hopanların önəmi üzə çıxacaqdır. Deməli, üzdə olmaq təkcə cismən mövcudluq deyil. Həm də mənən, ruhən hər kəsin yanında, yaddaşında, ürəyində olmaqdır.

Düşünürəm ki, elə bu ovqatın özü də hardasa artıq məni də, sizi də yaddaşımıza tərəf istiqamətləndirir. Biz hər birimiz ayrı-ayrılıqda yaddaş kartımıza əl uzadırıq, onun düyməsini basırıq. Beləcə, başlayır ömrün təqvimi vərəqlənməyə. İşarələr, işartılar, cizgilər, şəkillər və hətta səslər bizə film kimi nümayiş olunur. Onun, yəni o filmin nümayişini özümüz təşkil etsək də, amma o filmdəki məqamlar bizi dünənimizdən bu günümüzə qədər yanlarında olduqlarımızla görüşdürür, onlarla söhbət edir, onları dinləyir, onlardan sabah üçün ümid alırıq. Axı, bizim inam, inancımız özü də o yaddaşa söykənib, ordan üzü bu günə boylanıb. Və mən də həmin yaddaşa güvənənlərdən biri kimi üzümü həmişəki tək sənə tuturam və demək istəyirəm ki:


Yenə qaçıb gəlmişəm

Xatirələr bağına...

Şehli bir sükut çöküb -

Çiçəklərin tağına...


Hər ləçəkdə göz yeri

Pıçıltılı söz yeri...

Ürəyimdə köz yeri -

Toxunmuram dağıla...


Dərvişəm mən həyatda...

Dərd üstdədi mən altda!

Aman Allah, mən adda -

Qar yağıbdı dağına...


Demirəm sən də dön, gəl,

Nə yol dəyiş, nə döndər...

İki qərənfil göndər -

Ömrümün bu çağına...


***

Yəqin düşünəcəksiniz ki, bu şeirin yaddaşa, xatirəyə nə dəxli var. Amma yox! Əslində bu şeirin özündə də dünəndən, ötənlərdən, yaşananlardan və yaşadanlardan çox, həzin bir şəkildə giley var, inciklik var, dilək var və bir az da bunların gözünə qatılmış ümid... Hə, mən bir də yeri gəlmişkən, onu xatırlatmaq istəyirəm ki, dünənə, yaddaşa, xatirələrə tərəf gedən yol ilk baxışdan çox rahat görünür. Amma bu yolun ağrısı, bu yolun üzüntüsü bəzən adamın içindən nələrisə çəkib elə bir hala salır ki, o, səni təkrar ağrını, üzüntünü sinirməyə, ona dözməyə məcbur edir. Ona görə də bəzən xatirələrdən qaçmaq da istəyirsən, qurtulmaq da istəyirsən. Amma neyləyəsən ki, hamıdan qaçmaq mümkün olduğu halda, iki məqamdan qaçmaq mümkün deyil.

- Onlardan birincisi böyük Yaradandı. Allahdan heç hara qaçmaq mümkün deyil! Çox ibrətamiz bir deyim var. Onu təkrar olsa da xatırlatmaq istəyirəm. Deyirlər ki, müəllim şagirdlərə tapşırıq verir ki, sabah hərəniz mənə bir hədiyyə gətirin. Amma elə edin ki, onu heç kim görməsin. Səhəri gün şagirdlər hərəsi əlində bir bağlama məktəbə gəlir. Təkcə bir nəfərdən başqa. Müəllim üzünü həmin uşağa tutub deyir:

- Bəs sən niyə əliboş gəldin?

Şagird cavab verir:

- Müəllim, hədiyyəni nə qədər gizlətmək istədim mümkün olmadı. Çünki Allah görürdü. Ona görə də gətirə bilmədim.

Şagirdin bu ağıllI cavabı müəllimi çox razı salır. Onun başını sığallayıb deyir:

- Çox sağ ol, sən doğru hərəkət etmisən, Allah hər yerdədir!

İkinci məqam isə özümüzük. Yəni insan özü-özündən heç hara qaçıb qurtara bilməz. Onun buna nə gücü çatır, nə də qaçmağa yer tapa bilir...

Bax, bu mənada xatirələrdən qaçmaq hardasa elə özündən qaçmaqdır və bu da mümkünsüzdü. Həmin mümkünsüzlüyü söz adamları daha dəqiq bildiklərindən onu elə öz sözləriylə, öz həzin pıçıltılarıyla, kövrək misralarıyla ovundurmağa, hardasa yola verməyə çalışırlar. Bu nə qədər alınır-alınmır, bu artıq söz sahibinin söz imkanından asılıdır. Təbii ki, hərənin də söz imkanı öz qələminin gücündədi. Və mən də belə məqamlarda xatirələrlə baş-başa qalıb təkcə keçmişə bağlanmaq, orda ilişib qalmaq, orda gecələmək istəmirəm. Axı, sən təkcə xatirələrdə deyilsən. Sən hər yerdə olduğundan (söhbət mənim ruhumun olduğu hər yerdən gedir - Ə.M.) mən də elə sənin adına, sənin izinə, sənin üzünə doğru yön tutub gəlirəm. Gəlirəm ki, yaşantılarımı sənli anlarımın sənsiz anların içərisində necə əridiyini pıçıldayım və deyim ki:


Düşünürdüm şəklini

Sözlə çəkməyim daha...

Çəkdiyim hər şəkillə -

Batdığımçün günaha!..


Ruhumu oda salıb

Ağlımı başdan alıb...

Göz qırpımı yol qalıb -

Gülüm, artıq sabaha!..


Yumruq tək sıxılıram

İçimdən yıxılıram...

Bir sənə sığınıram -

İnan, bir də Allaha!..


***

Bütün hadisələrin cərəyan etdiyi nöqtə müstəvi baxımından fərqli olsa da, onun özünü ifadə etdiyi yer insanın ağlı və ürəyidi. Yəni istənilən hadisə ilk öncə insan ağlını və ürəyini hədəfə götürür. Hədəf nöqtəsi həssas olduğundan hadisənin təsir dairəsi də genişlənir. Və beləcə, bir hadisə hətta məsafənin uzaqlığından asılı olmadan öz seçdiyi hədəfin əks-sədası ilə ətrafa, digər ürəklərə, ağıllara nüfuz edir. Yəni mənim yaşadığım və yaxud törətdiyim hər hansı bir hadisə mənə doğma olanların qəlbində elə qığılcım yaradır ki, o da onlara doğma olanlar üçün transfer edilir. Və beləcə, qısa bir zaman içərisində mənim ağrım, acım və yaxud sevincim mənim ətrafımdakılar sayəsində şaxələnir, qol-budaq atır və bu da əlavə bir təsirlərin yaranmasına, genişlənməsinə səbəb olur. Bax, beləcə, obrazlı desək, hadisələr şaxələnir, görüntüdən görüntülər yayımlanır... bu silsilə ömrün həmin o yaddaş kartında özünə yer tapır - kimidə ağ hərflərlə, kimidə isə qırmızı...

Ötüb gedən zamanı nə qədər dayandırmaq, ona biganə qalmaq istəsəm də gücüm çatmır. Çünki bu ötən zamanın içərisində həmin o vurğuladığım xatirələrin kilsə zəngi kimi cingildəyən səsi məni rahat buraxmır. Deməli, rahatlıq olmayan məqamda da biganə qalmaq qeyri-mümkündür. Nə qədər göz yummaq, qulaqlarını tıxamaq istəsən də "meymun" yaddan çıxmır. Elə "meymunu" unuda bilmədiyimə görə də hərlənib-fırlanıb yaddaşımın kölgəsinə gəlirəm. Söykənirəm onun gövdəsinə və düşünürəm...

Düşüncələr məni hər yerə, hər tərəfə çəkib aparır. Necə deyərlər, dağı arana, aranı da dağa daşıyıram özümlə. Və elə bu yerdəcə könlüm qübar eləyir. Çünki reallıqda artıq 30 ilə yaxındır ki, dağa dırmaşmaq, dağa üz tutmaq istəyimin qarşısında bir cəbhə xətti var. O xəttin ön tərəfində nişançı oturub və əli də tətikdədi. Mən o sərhəddi hələ ki, xatirələrimlə keçirəm. Və hələ nə qədər belə davam edəcəyini isə heç kim, heç nə, hətta xatirələrim də mənə demir. Ona görə də özüm özümə bəzən günahkar kimi baxıram. Və elə bilirəm ki, bütün baş verənlərin bir günahkarı varsa, o da elə mən özüməm. Günahkar isə cəzalanmalıdır.

Hə, həmin günahkar yuxusunda, xatirəsində yaşıdları ilə üz-üzə gələndə, itirdiklərini vərəqləyəndə və bir də Şəhidlər Xiyabanının yanından keçəndə öz cəzasını alır. Və həmin cəzanın ağırlığından da hələ ki, ürəyi partlamır. Çünki dünyanın belə gedəcəyinə o qədər də inamlı deyil. Axı, qaranlıqların aydınlıqları da olur. Elə o ümidlə də hardasa bir az ümidsizlik ifadə edən duyğularımı misralayıram:


Ümid külündən özgə

Heç nə yoxdur içimdə...

O külü sovurmağa -

Daha çatmır gücüm də!


Biganəlik zirvəsi

Çəkib səni özünə...

Önündə dayansam da -

Dəymirəm ki gözünə!


Sanki yoxam, mən hətta

Əlinə bulaşmıram...

Şeh kimi kipriynə,

Telinə dolaşmıram...


Bu qədər buzlaşmanın

Zərəri var sənə də...

O soyuqluq damacaq -

Məzarımda mənə də!..


Bəli, mən qışın ilk günündə bir yaddaş kartına əl uzatdım və istədim ki, ora bir damcı işıq düşsün. Elə bir işıq ki, onun ucundan tutub dünənə də, bu günə də, hətta sabaha da uzanıb gedə biləcək bir yolda atüstü gəzib qayıdım. Bilmirəm, o işığı tapa bildimmi, yandıra bildimmi və yaxud sizlər o işığı duydunuzmu, gördünüzmü... Amma inanın ki, yaddaşsız, xüsusilə yaddaşdakı işıqsız yaşamaq çox çətindi. Şəxsən yaddaş və yaddaşdakı işıq mənə yaşamaq üçün stimul verir. Və mən o yaddaşın hesabına, onun gücünə hər gün səninlə, sizinlə birlikdə oluram. Bundan gözəl daha nə ola bilər ki?!

***

Yazımın sonunda bir az öncə sizə də, özümə də sual kimi vurğuladığım fikrə bir daha poetik don biçib onu şeir parçası kimi ortaya qoymaq keçdi könlümdən. Bəlkə də uyğun gəlməyəcək. Amma mənə elə gəlir ki, bu misralar özü-özlüyündə mənim dediklərimi təsdiq edəcək və siz mənimlə razılaşacaqsınız. Hər halda, bu mənim təxminimdi, inamımdı. Elə həmin inamla da deyirəm:


Elə anım yoxdu ki,

O anda olmayasan...

İşıq kimi, nur kimi -

Ruhuma dolmayasan!..


Ürək axşam və səhər

Gözləyir hər gün xəbər...

Bəlkə ömrə bərabər -

Bir ümid yollayasan?!


Unut özgə fitnəsin

Vaxt ortada itməsin...

Mənim ömrüm bitməsin -

Sən isə solmayasan!..




İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK